525.Az

Azəristan ölkəsi- Vintsas Kreve


 

Azəristan ölkəsi- <b style="color:red">Vintsas Kreve</b>

Əvvəlini bu linkdə oxuya bilərsiniz

Şeytan növbəti dəfə Azəristan ölkəsinə Məkkə Mədinəni, Kərbalanı, Məşhədi ziyarət etmiş, eləcə digər müqəddəs səcdə edilən dini ocaqlarda olmuş yüksək dini təhsil almış molla qiyafəsində qayıdır. O müqəddəs yerlərdə maraqlı hər vardısa molla Şeytanın ondan xəbəri vardı bu barədə çox inandırıcı bir dildə danışırdı. Həm elə bir əminliklə danışırdı ki, həqiqətən həmin müqəddəs yerləri ziyarət etmiş, amma onun kimi zərif incə danışa bilməyən adi zəvvarlar bu baxımdan onunla bəhsə girib rəqabət apara bilməzdilər. Doğrudan da Allaha ibadət edən uşaqlıqdan o yerləri ziyarət etməyə can atan hər kəs, o müqəddəs ocaqlar haqqında heç olmazsa, söhbətlərə qulaq asmaq üçun Şeytanın yanına gəlirdilər.

Getdikcə onun söhbətlərinə qulaq asmağa gələnlərin sayı çoxalırdı adamlar molla Şeytana qulaq asa-asa həmin ziyarət yerlərini, dini ocaqları müqəddəs məbədləri öz gözlərilə görə bilmədiklərinə görə dərindən köks ötürüb təəssüflənirdilər. Zaman keçdikcə molla Şeytanın şöhrəti artırdı. İnsanlar ona getdikcə daha çox hörmət edirdilər, söhbətlərinə daha maraqla qulaq asırdılar. Kimin qapısını bədbəxtlik döyürdü ya hər kimə pis qəziyyə, acı bir hadisə üz verirdisə, kömək almaq üçün molla Şeytanın yanına gəlirdi həmişə ondan ağıllı məsləhətlər alırdı. Həyat yollarında yorulan da, var-yoxunu itirən onun yanına təsəlli tapmağa gəlirdi, molla Şeytanın təskin sözlərini eşidərək yüngülləşirdi yeni ümidlə evinə qayıdırdı. Canı ağrıyan da, beli bükülən onun yanına dua oxutdurmağa şəfa tapmağa gəlirdi. Xəstələnmiş, amma hələlik həyatının son günlərini saymayan hər kəs, onun verdiyi dərman bitkiləri ilə müalicə olunub sağalırdı.

Artıq hamı fikirləşirdi ki, molla Şeytan müqəddəs adamdır ona görə onun hər sözünə qulaq asırdılar. Bunu belə görən Şeytan bir gün camaata müraciət edərək deyir:

Sizin ölkə xoşbəxt ölkədir. Həyat da burada şən keçir. Əgər, daha xoşbəxt yaşamaq istəyirsizsə, onda gərək Allahın buyurmadığı, amma insanların özlərinin uydurduqları hər cür qadağa ilə özünüzü qısmayasınız. Əxlaqın öyrətdiyi kimi yaşamaq lazımdır, zülmətin məsləhətlərinə məhəl qoymayın, məhdudiyyətdən mərifət nuruna tərəf gedin!

Bu sözləri dedikdən sonra o, uzaq ölkələrdə tərbiyəli xalqların əxlaqı rəhbər tutaraq necə ədəb-ərkanla yaşadıqları barədə danışmağa başlayır. Artıq insanlar tənbəlləşmişdilər, aralarında savadlı bir nəfər yox idi ki, müqəddəs Quranı oxumuş olsun, Allah hökmləri Onun əsl göstərişləri barədə bilgiləri olsun ki, vəsvəsə danışan bu fırıldaq ağzıgöyçəyin paxırını aça bilsin, söhbətlərinin yalan olduğunu üzə çıxarmağı bacarsın. Buna görə Şeytanın söhbətlərinə qulaq asanlardan heç kəs bir kəlmə olsun deyə bilmirdi hamı ağızlarına su almış kimi susub dururdu, matdım-matdım baxaraq onu dinləyirdilər.

Molla Şeytan uzun zaman ərzində adamları belə minvalla azdırıb yoldan çıxardan vəsvəsi söhbətlər edir insanlara həyatda necə yaşamağı öyrədirdi. Halbuki, o cür həyatı Allahı tanımayan, Onun peyğəmbəri Məhəmmədə hörmət etməyən, vəhşi heyvanlar kimi çöllərdə gün keçirən, yaxşını pisdən ayıra bilməyən, Tanrının hökmü müqəddəs Quranın kəlamları ilə nəyin qadağan olunduğunu qanmayan gavurlar yaşayırlar.

Çöl heyvanları kimi sərsəri ömür sürmək Allahın buyruqlarını yerinə yetirməkdən özünü şirnikdən uzaqlaşdıraraq nəfsi boğmaqla yaşamaqdan daha asan olduğuna görə, molla Şeytanın sözlərinə inanaraq onun öyrətdiyi kimi yaşamağa başlayanların sayı getdikcə artırdı. Adamlar artıq namaz qılmır oruc tutmurdular, Novruz qabağı həyət-bacada abadlıq təmizlik işləri görərək səliqə-sahman yaratmırdılar, tövbə edərək günahlarından təmizlənmirdilər. Onlar adamı kefləndirib şənini qaldıran, amma ağlını başından alaraq özünü heyvana döndərən məstedici içkilər içməyə başlamışdilar. Pozğun əyyaş həyat keçirmək özünü tamahdan təcrid edərək Tanrının göstərişlərinə riayət etməklə yaşamaqdan daha asan olduğuna görə, doğru yol gedənlər əxlaqsızlıq yolunun yolçularına baxaraq, doğrudan da Allaha ibadət edənlərin yaşamalı olduqları həyat tərzini   yaşayış ahəngini tərgitməyə başladılar.

Beləliklə, zaman keçdikcə insanlar Allahı Onun əsl elçisi Məhəmmədi yaddan çıxartdılar, müqəddəs Quranın öyrətdiyi kimi yaşamağı, şəriət qaydalarına riayət etməklə həyat sürməyi unutdular.

Daha məscidlərin uca minarələrindən müəzzinlər azan oxumur Allaha inanan bəndələri ibadət etməyə səsləmirdilər, insanlar artıq səhər, günorta axşam namazını qılmırdılar.

Beləliklə, Azəristan ölkəsinin adamları Allahın iltifatına layiq olmayan insanlarda məmnuniyyət hisslərini öldürən pozğun gavurlar kimi yaşamağa başlamışdılar. Bunu belə görən Allah onlardan üz çevirdi Azəristan ölkəsini həmşərilərin ixtiyarına vermək barədə hökm verdi.

Həmşərilər şimal küləklərinin qovub gətirdikləri qara buludlar kimi ölkənin başını büsbütün aldılar, adamların mal-qarasını apardılar, var-dövlətini talan etdilər, evlərini uçurdular, mülklərini yağmaladılar, gözədəyimli hər vardısa yerlə yeksən etdilər, xəstələri zəifləri qılıncdan keçirdilər, əsl qırğın törətdilər, cavanları qüvvətli olanları isə əsir edərək ölkələrinə apardılar ki, ömürlərinin sonuna qədər özləri üçün qul kimi işlətsinlər.

Yalnız dağlara qaçmağa macal tapanlar, oradakı mağaralarda, daşlar arasında hündür qayalarda gizlənə bilənlər vəhşicəsinə qırılmaqdan güclə xilas ola bildilər. Bundan öncə çiçəklənən, gözəl zəngin Azəristan ölkəsini qəsbkarlar sanki heç vaxt bir canlının belə yaşamadığı heç nəyin bitmədiyi qara səhraya döndərmişdilər.

Həmşərilər qara tufan kimi gəldilər, fırtına tək əsib Azəristanı büsbütün darmadağın etdilər, burağan kimi ötüb ölkəni viran qoydular qəfil qasırğa kimi yox olaraq öz vətənlərinə qayıtdılar.

Azəristan ölkəsinin adamları ancaq axırıncı həmşəri buranı tərk edəndən sonra dağlardan endilər, gizləndikləri sığıncaqlardan çıxaraq yurd yerlərinə qayıtdılar. Yurd yerləri isə xarabalığa çevrilmişdi hələ tüstülənən küllüyə oxşayırdı, elə bir kəs yox idi ki, deyə bilsin ki, Allah onu onun ev-eşiyini qoruyub saxlayıbdır. Zülm camaatı zara gətirmişdi. Qardaşbacını itirənlər, arvaduşağı öldürülənlər, əri həlak olanlar ah-fəğan içində acı göz yaşları tökürdülər...

İnsanlar ağı deyib ağlaşaraq sakitləşdikdən sonra yenidən işə başladılar; onların bir qismi taxıl əkmək üçün sahələri xışlamağa çıxdılar, bir qismi əlinə bel, kətmən oraq alaraq dirriklərə, tarlalara bağlara üz tutdular, torpağı əkib-becərməyə tələsdilər ki, tezliklə məhsul yığa bilsinlər, belə ki, keçmiş varlı günlərdən bol güzərandan indi bir əsər-əlamət qalmamışdı.

Torpaq o zaman hələ bol məhsul gətirirdi buna görə Azəristan ölkəsinin insanları tez bir zamanda əvvəlkindən artıq varlandılar. Belə ki, xilas olaraq yurduna qayıtmışların torpaq sahələri həlak olmuş öldürülmüş insanların torpağı hesabına daha da genişlənmişdi ona görə onların məhsulu da çoxalmışdı.

Doğrudan da Allaha inanaraq səcdə edən insanların əbədi himayəçisi olan Qadir Tanrı Azəristan ölkəsi sakinlərinin fəlakətini, onların çəkdiyi müsibət dərdləri, yaşadıqları ağrıları görürdü onlara rəhmi gəldiyi üçün, o, məlakələrə göstəriş verdi ki, onların adını qəbahət işlətmiş günahkar işlər görmüş bəndələr siyahısından silsinlər.

Amma bir müddət ötdükdən sonra Azəristan insanları təkrarən pozulurlar. Bunu görən Tanrı ürəyində qəzəb sərtliyə yer verir, xoşbəxtlik yollarını Azəristan ölkəsindən uzaqlaşdırır, sakinlərini isə uzun müddətə gürcülərin hökmranlığına verir.

Gürcülər Azəristana gəlib ölkəni əsarət altına aldılar, insanları özlərinə qul etdilər, ağır vergilər qoydular, boyunlarına cürbəcür gömrük bac boyunduruğunu keçirdilər, müqavimət göstərənləri qılıncladılar, ən gözəl qadın qızlarını da özlərinin dağlıq ölkəsinə apardılar.

Burada qalan gürcülər əsl hökmdar kimi yaşayırdılar, istila olunmuş Azəristan ölkəsinin insanları isə onların köləsi olaraq həyat keçirirdilər.

Şənlik sevən gürcünün kefi yüz vuranda xoşxasiyyətli olurdu ürəyi gün altında qızan qır kimi yumşalırdı. Odur ki, bu zaman o, ətrafında kədərli üzləri, ümidsiz baxışları görməyi xoşlamırdı. Ona görə əhlikef gürcülər Azəristanın oğullari ilə tez bir zamanda dostlaşırlar hökmdardan qardaşa çevrilirlər. Elə o vaxtlardan Azəristan ölkəsinin insanları üzüm salxımlarından məstedici şərab çəkməyi öyrəndilər; dodaqlardan gülüş ürəklərdən şənlik əksik olmasın deyə, ayaqlarsa beyindən asılı olmayaraq atılıb düşərək oynasın deyə hər gün səhəraxşam həmin şərabdan vurmağa başladılar.

Azəristan ölkəsinin adamları iyrənc əməlləri çirkin işlərilə Allahın gözündən əvvəlkindən aşağı düşdülər Onun çox şiddətli qəzəbinə düçar oldular. Qəzəblənmiş Allah ona nökər olaraq xidmət edən qara mələklərin ən qorxuncunu yanına çağırdı dedi:

Əzrayıl, Azəristan ölkəsinin insanları getdikcə daha çox günaha batırlar, onların qəbahətli işlərini görməkdən səbrim daha tükənibdir. Bütün ölkəni onun sakinlərini verirəm sənin ixtiyarına. Onlar üçün elə bir fəlakət fikirləş, elə bir miskin iztirablı həyat yarat ki, indiyədək o cür müsibəti görməmiş olsunlar.

Əzrayıl – “Baş üstə, Əbədi hökmdarım, Sənin istəyin tamamilə yerinə yetiriləcək! – dedi hər dəfə alnını Allahın oturduğu taxtın ayaqaltlığına vuraraq üç dəfə yerə qədər baş əyib təzim etdi arxasını İlahiyə çevirib çıxmağa cürət etmədiyi üçün dal-dalı yeriyərək Onun hüzurundan yox oldu.

 Əzrayıl uzun müddət fikirləşir çox götürqoy edir ki, Azəristan ölkəsinin oğulları üçün cür bədbəxtlik gətirsin. Nəhayət, belə bir fəlakət düşünüb tapır:

 Azəristan ölkəsinə xalis Şeytan oğlunu, Yer üzünün nanəcib alçaq varlığını, ürəyi qurdlu dırmıxa oxşayan əlləriylə hər şeyi qamarlayıb özünə yığan ermənini göndərir.

 Erməni Azəristan ölkəsinə öz  arşını, çəki daşları yekə qapan tərəziylə gəlir, özüylə batman, girvənkə misqal götürür, öz çanağını, satıl sərnicini gətirir. Hamsının da ölçüləri saxta idi. O, hər kəsə ölçürdüsə, ona külli miqdarda ziyan vururdu, kimə çəkirdisə, onu da gözlərinin içinə baxa-baxa aldadaraq böyük zərərə salırdı.

 Azəristan ölkəsində ermənilər o qədər törəyib artdılar ki, daha neçə baş olduqları bilinmirdi, sayıhesabları məlum deyildi, özləri hamısı indi olduğu kimi, o vaxtlar da camaatı aldada-aldada dəllallıq edirdilər. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş idilər, yalnız yad əməyi hesabına yaşayır haram çörək yeyirdilər, başqalarının əzab-əziyyəti sayəsində dolanır özgə göz yaşlarını su əvəzinə içirdilər.

 Ermənilər Azəristan ölkəsində guya, dost kimi məskunlaşdılar. Ancaq ikiüzlü olmaqlarını, yalan hiylə qurub əl altından görmək kürəyə xəyanətlə xəncər sancmaqməharətləriniürəklərində gizlin saxlayırdılar. vaxt ki, ermənilər qeyri ermənilərlə duz-çörək kəsirdilər, kirvəlik edirdilər, onlara guya, mehribanlıqla nəvazişlə baxırdılar, ağızlarından xoş sözlər çıxardırdılar, məhz o vaxt ermənilər həmin adamlaraonların lənətə gəlmiş cinsinə mənsub olmayanların hamısınahər hansı bir pislik   yamanlıq etmək barədə düşünürdülər.

 Lakin Azəristanın bədbəxt oğulları erməni hiyləsini çox gec başa düşdülər. Belə ki, onlar əvvəlcə ermənilərlə dostlaşdılar ticarət etməyə başladılar, ermənilərlə alverə girişmiş varlılar qısa müddətdən sonra müflisləşdilər, ortabablar lüt-üryan qaldılar, arıq cılız canlarından başqa heç nəyi olmayan cırıq dilənçi gününə düşdülər. Bütün sərvətlər dəyərli hər vardısa ermənilərin əlinə keçdi, Azəristan oğullarının isə məkrli erməniləri yedirtmək üçün əzab-əziyyət alın təri ilə becərdikləri torpaqdan savayı heç nəyi qalmadı.

 O zamanlar Azəristanda yaşamaq ağır idi, həyat çətinləşmişdi, lakin buna baxmayaraq, hələ heç kəs tövbə edərək Tanrıdan mərhəmət diləmirdi, üzünü Ona tutub imdad istəmirdi. İnsanların Tanrıya belə üz tutmamasını, onların bu cür inadcıllığını görən Allah çox məyus olur bu, Ona möhkəm toxunur. Odur ki, əlini Azəristan ölkəsinin üzərinə uzadaraq deyir:

 Qoy Azəristan torpağı daha məhsul yetirməsin, bağlar çiçəklənib mer-meyvə verməsin bar-bəhər pozğunluq yolu ilə gedən adamların gözlərinə sevinc nuru ələməsin! Çünki onlar məni unudublar, daha Quranımı oxumurlar, namaz qılmırlar yalnız gavurlarla dostluq etməklə məşğuldurlar!

 Həmin il bütün yazyay boyu günəş göydən od ələdi, bir damcı da oslun yağış yağmadı. Su quyularında göllərdə sular azaldı, çaylar qurudu otlaq yerləri saraldı, əkin-səpin sahələri cücərməmiş, bağlar isə çiçəklənməmiş soldu. Hətta zirvəsində həmişə buludların gecələməyi xoşladığı uca dağların yaşıl yüksəklikləri saraldı bütün ölkə qara səhraya çevrildi. Mal-qara aclıqdan tələf olurdu insanlar susuzluğun atəşindən yanıb qovrulurdular. O il əkinlər, çəmənlər bağlar bar vermədi. İnsanlar ötən ilin məhsulundan qalmış ermənilərin hələ ki, almaq istəmədikləri nəyi vardısa, onunla bir təhər başlarını dolandırdılar.

 Növbəti ilin yazı yetişdi, sonra yay gəldi ötən ilkindən betər cəhənnəm isti oldu. Toxum qalmadığından heç kəs heç əkmədi, əkin-səpin sahələri bom-boş qalmışdı. Nəsə əkmək mümkün olmuşdusa, o da yanıb məhv oldu, toxum əbəs yerə işləndi. Qurumuş örüş yerlərinin kədərli tutqun üzündə, sarımtıl ölgün  çöhrəsində həyat əlaməti yox idi; heç bir yerdə nəinki mal-qara naxırları, hətta bircə heyvan belə görsənmirdi. Hər yerdə acınacaqlı miskin bir mənzərə vardı.

Azəristan ölkəsində canlı hər vardısa zarıldayıb-inildəyirdi, çunki hər yanda dəhşətli əzazil aclıq hökm sürürdü.

Bütün insanlar ah-nalələr içində qərq olaraq fəryad çəkən zaman, bircə mənfur ermənilər sevinirdilər. Belə ki, Allahın Azəristan ölkəsinə hələ qəzəbi tutmamış vaxtlarda, hələ münbit torpağın bar gətirdiyi dövrdə, ermənilər hər cür məhsuldan bolluca, – özlərinə lazım olandan da artıq miqdarda alıb yığmışdılar.

 Ermənilər – “həə, indi bazarımızxodgedəcək, pul-sərvət başımızdan aşacaq!” – deyərək əllərini sevinə-sevinə acgözlüklə bir-birinə sürtürdülər. Sevinən ermənilər arvad-uşaqları da sevinməyə məcbur edirdilər. Onların hamısı şadlıq günlərində ən möhtəşəm toy məclislərində geyindikləri yaraşıqlı paltarlarını geyinir, ən gözəl zinət əşyaları ilə bəzənib-düzənərək bayram günlərində olduğu kimi sevinirdilər.

 İndi ermənilər əvvəllər almışdılarsa onu satmağa başlamışdılar. Azəristan ölkəsinin oğulları vaxtsa ermənilərə satdıqlarını indi onlardan on, iyirmi yüz dəfə baha qiymətə alırdılar. Axırda hər şeyi tükəndikdən sonra onlar arvad-uşaqlarını ermənilərə qulluqçu kimi verməyə başladılar ki, acından ölməmək üçün əvəzində yemək ala bilsinlər. Qılıncın aça bilmədiyi qapıları aclıq açırdı.

 Onda ermənilər insanları sıxma-boğmaya salaraq yaşadıqları yerdən sıxışdırıb çıxarırdılar, arvad uşaqlarıyla birgə öz qullarına çevirirdilər, ev-eşiyini torpaqlarını isə əlindən alırdılar. Elə o vaxtdan Azəristan oğulları ermənilərə nifrət etməyə başladılar, necə ki, bu günə kimi onlara o cür nifrət etməkdə davam edirlər ermənini görməyə gözləri yoxdur!

 Üçüncü il quraq gəldi əvvəlki illərə baxanda daha ağır amansız, daha fəlakətli il oldu. İndi artıq hamı acından ölürdü, çünki ərzaq satan bir kəs vardı, ki, adamların onu almağa bir şeyi qalmışdı. Daha ermənilər heç satmırdılar, nələri vardısa özləri yeyibiçirdilər qarınlarını doldururdular, yeyibiçə bilmədiklərini başqalarından gizlədirdilər.

 Azəristan ölkəsində yaşayan bütün canlı varlıqlar üçün ölüm məhv olmaq günü yetişmişdi.

 İnsanlar yalnız ölüm ayağında üzünü İlahiyə çevirib yalvarmağa başladılar, imdad istədilər, mərhəmət dilədilər onda Allahınqoy əsrlər boyu Onun şəfqəti iltifatı üstümüzdən əksik olmasın! – onlara rəhmi gəldi...

 Çünki Allah bağışlayandır, rəhm edəndir! Yaxşılığı sonsuz, ikramı boldur!

 

 ~II~

 

Azəristan ölkəsinin ucqar yerində bir biyəbanlıq vardı insanlar ona Muğan çölü deyirdilər. Orada göllər vardı, ki, çaylar axırdı yağış da heç vaxt yağmırdı. Torpağın üzü şiddətli istidən sanki qızdırma içində titrəyən xəstənin dodaqları tək çatlaqçatlaq idi. Muğan çölündə heç bitmirdi heç bir canlı yaşamırdı. Yüzlərlə mil uzanan bu biyəbanlığın ucubucağı bilinmirdi.

İnsanların yaşadıqları yerdən uzaqdahəmin biyəban torpaqların ortasında bir vahə vardı. Vahədə yerin dərinliyindən bulaqlar qaynayıb çıxırdı sular kiçik arxlarla yaxınlıqdakı dayaz dərəyə axaraq burada göl əmələ gətirmişdi. Bulaqların kənarında gölun ətrafında sərin kölgəli palmalar, qollubudaqlı tut, bal kimi əncir, sarıköynək heyva başqa meyvə ağacları bitirdi. Ağır üzüm salxımları meynələrin sarmaşdığı uzun şaxları yerə əyirdi.

 Dumduru, şəffaf göz yaşına bənzəyən gölün suları kiçik şırnaqlarla torpağı dəlib keçirək özünə yol tapırdı, sızılıb-tökülərək arxlarda birləşirdi uzaqlarda qızmar günəşin qurutduğu susuzluqdan yanan çöllərə axaraq yoxa çıxırdı.

 O vahədə növbənöv dənli bitkilər yetişirdi. İnsanlar onlardan özləri üçün həm ruzi kimi istifadə edir, həm malqarasını yemləyirdilər.

 Qədim zamanlarda həmin vahədə Allahdan qorxan bir şeyx yaşayırdı. Hamı onu Allahyarxanyəni, Allahın dostudeyə çağırırdılar. O vaxtlar ki, insanlar Tanrını unutmuşdular pozğun gavurlar kimi davranırdılar, onda şeyx heç vaxt namazını ötürməzdi, hər gün həmişə Allahın göstərdiyi vaxtda ibadət edərdi. Orucunu da heç vaxt pozmazdıaxşam qürubda günəşin son şüası sönməyənə qədər, hətta göylərin qaranlıq ənginliklərində insan gözüylə güclə sezilən ən kiçik ulduzların işığını Allah yandırmayana kimi, ağzıoruclu şeyx dilinə yemək vurmazdı.

O, indiyədək heç vaxt dilini şəraba vurmamışdı, Allahın qadağan etdiyi bu içkiyə, ki, adamı sərxoş edən ağlını başından alaraq onu heyvana döndərən başqa bir içkiyə dodağını toxundurmamışdı.

Allahdan qorxan bu adam müqəddəs Quranın qadağan etdiyi heç bir işi görmürdü. Ona görə Qadir Allah onu sevir, ev-eşiyinə xeyir-dua verir var-dövlətini öz dərgahında saxlayırdı. Onun xırmanları anbarları taxılla dolu idi, zirzəmilərində min cür naxışlı, növbənöv qab-qacaq yığılmışdı, sandıqlarında cürbəcür süfrələr, rəngarəng dəstərxanlar, ipək örtüklər, qumaş, nadir zərxaralar, güllü-çiçəkli çit bükülüləri, müxtəlif tirmələr digər toxunma parçalar qalanmışdı. Belə yaraşıqlı parçaların olması ilə ancaq doğrudan da Allaha ibadət edən abid bir adamın evi fəxr edə bilərdi; gavur arvadları o cür parçaları toxuya bilmirlər heç vaxt da toxuya bilməyəcəklər. Onun saysız-hesabsız qoyun keçi sürüləri dağlara yayılmışdı; iriyelinli bolsüdlü inək naxırları dağ yamaclarındakı arxaclarda sağılırdı, mehtərlər itigedən köhlənləri dördnala çaparaq şeyxin yeyinayaqlı at ilxılarını dağlar arasındakı vadilərdə dərələrdə otarırdılar.

Amma Allahyarxan var-dövləti  ilə  yox, ədalətli allahpərəst olması ilə daha çox məşhur idi. Bədbəxtlik üz verənlər əziyyət çəkənlər, həmçinin çətinliyə düşmüş insanların çoxusu, – kimisi kömək üçün, kimisi təsəlli tapmaq ümidilə, kimisi ağıllı məsləhət almaq üçün onun yanına gəlirdilər. Allahyarxana üz tutub müraciət edən hər kəs evinə ümidlə qayıdırdı. Şeyxin qapısı həmişə öz arşını öz tərəzisiylə gəzən ermənidən savayı hamının üzunə açıq idi, təkcə erməni üçün ora gedən yol bağlı idi.

Vərəm xəstəliyi yayan aclıq insanları indi göydə Allaha, yerdə isə Onun müqəddəs Quranına üz tutmağa məcbur edən bir zamanda, onların yadına düşür ki, vahədə Allahyarxan adlı Allahdan qorxan çox müdrik bir şeyx yaşayır o, məhv olmaqda olan ölkəni xilas edə bilər.

İnsanların bir qismi danışmağa başladı ki, bəs, biz ona görə lüt acıq ki, Allaha doğrudan da ibadət edən bir bəndəni indiyədək qapısından əliboş qaytarmamış Allahyarxanın olduğunu tamamilə unutmuşuq.

Digər qismi –“doğrudan da, unutmuşuq!” – deyərək təkrarladı. Ağlımız azıb, Allah beynimizdə hərc-mərclik yaradıb. Allahyarxanın xırman anbarları isə axtardığımız taxılla cürbəcür meyvələrlə doludur.

Gedib ondan istəyərik, qoy, bizi son nəfərə kimi aclıq içində ölməkdən xilas etsin.

Qoy, bizə doğrudan da Allaha ibadət edən bəndələrin getməli olduğu əsl Tanrı yolunu göstərsin.

Qoy, bizə tövbə etməyi, Allahdan üzr istəməyi günahlarımızı  yumağı öyrətsin ki, bir daha Tanrı bizi cəzalandırmasın, göylərdən qarğış yox, yağış yağdırsın, əkin-səpin sahələrinə bağlara bar versin ki, ata-babalarımız keçmişdə necə yaşayıblarsa yenidən o cür yaşaya bilək.

Ac-yalavac insanlar bu cür danışa-danışa üzünü Allahyarxanın evinə tutub yola çıxdılar onun həyətinə gələrək şeyxə belə dedilər:

Ay Allahyarxan! Allahın dostu olduğun tək, insanların da dostu ol! Qoyma aclıqdan ölək.

Xırman anbarlarını , yeməkdən sudan bizə borc ver ki, çörəkli günlərimiz gələnə qədər yaşaya bilək. onda sənə borcumuzu ikiqat qaytararıq.

Üçqat, dördqat, doqquz dəfə artıq qaytararıq! – deyərək, hamı əllərini ona tərəf uzadıb qışqırırdı.

Allahyarxan bu zaman saqqalını sığallaya-sığallaya onların qarşısında dinməzcə durmuşdu.                        

Yığılanlar isəbizi aclıqdan qurtar!” sözlərini təkrar edə-edə qışqırmaqda davam edirdilər.

Bir zaman sonra Allahyarxan dillənir:

Aydın məsələdir ki, sizi aclıqdan qurtarmaq lazımdır. Allah yaxşı bilirdi ki, niyə özümün külfətimin yeyıb qurtara bilmədiyindən çox-çox artıq mənə taxıl göndəribdir digər məhsullardan da böyük səxavətlə bol-bol veribdir.

(Ardı var)

 





24.12.2012    çap et  çap et