525.Az

Oralarda kimlər var: israfil Məmmədov 85 (2)


 

Oralarda kimlər var: israfil Məmmədov 85 (2) <b style="color:red"></b>

SƏHİFƏNİN QONAĞI YAZAR AZƏR  ABDULLA

 

DAYIMIN  ƏTRİ

 

Çox hörmətli İsrafil müəllim! 85 illik bir ömür yolunun müəyyən anlarından bəhs edən bu yazının birinci hissəsi çap olunandan sonra oxuculardan aldığım e-maillər bunu göstərdi ki, bizlər hələ Sizin dəyərinizi verə bilməmişik.Şəxsən Sizinlə tanış olduğum o uzaq Mehri rayonunun Vartanizor kəndindəki işıqlı cöhrəniz 40 il,bəlkə daha çox keçməsinə baxmayaraq gözlərimin önündən getmir.Aman Allahım, xəbərimiz olmayan böyük işlər görmüsünüz.Əlinizə sağlıq! Var olasınız. Yücə Allah ömür payınızı artırsın!

 

Tofiq Abdin

 

 

Birinci yazıdan : “Ədalətli obyektiverməni müstəntiqinin araşdırmasından bəlli oldu ki, demiyəsən, dayımın divar qonşusu qızını bir erməni gəncinə vermədiyinə görə həmin gənc bu işi törədibmiş. Erməni müstəntiqinin gətirdiyiaydınlığainanmaq olardı, əgər... Əgər dayımın on səkkiz yaşlı, anam demişkən, qələbürcü kimi oğlu İlqar bir ay İrəvan xəstəxanasında erməni həkimlərinin müalicəsindən sonra Moskvaya aparılmasaydı, Moskva həkimləri başını bulayaraqmüalicə tamamilə yanlış aparılıbdeməsəydilər, Moskvadan əziz yaraşıqlı, göz yaşı kimi dupduru, günahsız İlqarın cənazəsi ilə qayıtmasaydıq (1984), dayımgilin yataq otağının divarını partladan erməni gəncinin gerçəkdən öz məhəbbəti naminə bu olayı törətdiyinə inanmaq olardı...

 

lll

 

 

...Bu ağır, acı, dözülməz olaydan sonra ermənilərin arasında yaşamaq, işləmək o qədər asan məsələ deyildi. Bəlli 1989- cu il hadisəsindən sonra dayım təkcə İrəvanda deyil, bütün qərb Azərbaycanında yalqız günlərini təlaş qorxu içində keçirən (1990-ın yanvarınacan) sonuncu türk olub. Mən dayımdan milli qəhrəman obrazı yaratmaq fikrindən çox-çox uzağam. O həyəcanlı, qorxulu günlər dayımı yaxından tanımayan bir ağzıgöyçəkvəzifə şirindi, əlçəkib gələmmirdemişdi. O dar macalda həmin nadana acı-acı gülümsəmişdim. Mənimsə gülümsəməyimin mənası bu idiBütün uşaqlar ataların belindən  gəlsə , bütün ataların doğma uşaqlarına istəyı, məhəbbəti, eyni cür olmur. Mən o yetişməmiş- kal adama Qorio atanın öz uşaqlarına (Balzak), dayımın evladlarına, İlqarın tənha məzarına olan bənzərsiz sevgisini anlatmağa həvəsim yox idi.

 

İndiyə qədərki ömrünün beşdə dörd hissəsini İrəvanda yaşamış dayımın tarixçi, ədəbiyyatçı, yazıçı, siyasətçi, yüksək vəzifəli rəsmlərlə yanaşı, sadə zəhmətkeş ermənilər arasında da  tanışları, dostları çox idi. Bəzi tanışları onun yüksək mədəniyyətinə, ağlına, bəzi dostları onun səbrli, təmkinli olmasına, qarşısındakı adamı diqqətlə dinləməsinə, bəziləri onun şirin, duzlu söhbətinə, parlaq natiqliyinə, son dərəcə istiqanlı olmasına, bəziləri (xüsusilə qadınlar) onun boy-buxunlu, yaraşıqlı olması bir yana, yerində, məqamında insanda xoş ovqat yaradan bir şirin söz, atmaca-kompliment deməsinə, yeri düşəndə bir gül, bir konfetlə adamın könlünü ala bilməsinə görə onu sevirdilər. İnsanın ürəyinə yatan bu başqa keyfiyyətlərinə görə çox vaxt ermənilər İsrafil Süleymanoğlunun türk olduğunu unudurdular.Yüksək mədəniyyətinin, ağlının, mehribanlığının, yaraşıqlı olmasının önündə dirəniş göstərə bilmədiklərindən, İsrafil Süleymanoğlu Matenadaran (bəlkə Mətinşünaslıq) arxivində birbaşa araşdırmalar aparmasına icazə verilən barmaqla sayılan türk aydınlarından idi.

 

Ötən yüzilliyin səksəninci illərində Azərbaycan mətbuatında, ictimai mühitində xalqlar dostluğu, beynəlmiləlçi ruhun təbliği pik həddində olmasına baxmayaraq Azərbaycan mətbuatında, bədii yazılarda Türkiyədən, türkçülükdən yazmaq bir yana, türk sözünün işlədilməsi qadağan olunan dönəmdə İrəvandan Bakıya uçan təyyarədə dayımın, oğlu Söhbətlə İrəvanda (!) nəşr etdirdiyi (1985) braşür boydaErmənistanda Azərbaycan kitabı oxuyanda heyrətdən yerimdə donub qaldım... Kitabçada İrəvanın qədimdən türklərin-azərbaycanlıların  ata-baba yurdu olması dəlillərə, faktlara söykənərək sübut edilib. Bakıya çatan günün səhərisi dostum Elman Mustafa telefonda:

 

Dayının kitabı Akademiyada əldən- ələ gəzir. Onnan birini mənə tapdeyəndə keçirdiyim qürur hissindən ürəyim şişib az qala partlayacaqdı. İsrafil Məmmədovun redaktor müavini işlədiyi, “Sovet Ermənistanıqəzetində xalqlar dostluğu, beynəlmiləlçi ruhda yazıb çap elətdirdiyi məqalələri demiyəsən, gözə kül üfürüb, “Ermənistanda Azərbaycan kitabı çap etdirmək imiş. Dayımın ustalığını yalnız, sol əliylə çırtıq çalıb quyruğuüsdə dayanmış gürzənin diqqətini özünə cəlb edən, sağ əliylə sakitcə onun boğazından tutan ovsunçunun məharətinə bənzətmək olar.

 

Baharın on yeddinci anıfilmində elit alman hərbçilərinin arasında çalışan, yüksək mədəniyyəti, ağlı, güclü məntiqi, təmkini, soyuqqanlığı həm yaraşığıyla seçilən Ştirlis rolunun ifaçısı Vyaçeslav Tixonov kimi.

 

Alman, rus, polyak məhz erməni mənbəələrindən yararlanaraq qədim İrəvanın azərbaycanlı-türk şəhəri olduğundan bəhs edən həmin kitab 1985-ci ildə ermənilərin paytaxt şəhərində nəşr olunması bir möcüzədir. Bunun möcüzə olduğunu ancaq erməni şovinizmin mahiyyətini bilənlər, bir o dövrdə yaşayan, senzuradan başı bəlalar çəkmiş yaradıcı insanlar anlayar.

 

Bəli erməni-azərbaycanlı münaqişəsinin qızğın çağında (1990- ilin yanvarında) İsrafil Süleymanoğlu Məmmədov ev-eşiyini, ata-anasının, on səkkiz yaşında dünyasını dəyişmiş oğlunun məzarlarını, vəzifəsini İrəvanda qoyaraq Bakıya gəldi. Vəzifəsini itirmiş çoxlarının tənhalığa, küskünlüyə qapıldığını, dözməyib ürəyinin partladığını görmüşəm. Ancaq şükürlər olsun Tanrıya, İsrafil Süleymanoğlu Bakıya gələndən sonra bir jurnalist-politoloq, bir alim, siyasi şərhçi, namuslu bir vətəndaş kimi öz misiyasını radio, televiziya, mətbuatla daha çevik, entuziazm ilə erməni idealogiyasının saxta, uydurma mahiyyətini, türklərə qarşı tarixi düşmənçiliyini, ayrı-ayrı vaxtlarda törətdiyi soyqırımları tutarlı fakt elmi dəlillərlə xalqımıza dünya ictimaiyyətinə çatdırmaqdadır.

 

İsrafil Məmmədovun əziyyətləri hədər getməyib.O, Dövlət mükafatına layiq görülüb,Əməkdər Mədəniyyət İşçisi Əməkdar jurnalist adını layiqincə daşıyan alim, yazar sevilən bir ziyalıdır.

 

Not : İrəvandaŞiləçideyilən ərazidə dayımın kirayəşin qaldığı evdə yaşayanda mən on doqquz, dayımsa otuz iki yaşındaydı.Dayımın köynəyini, şalvarını bəzən mən ütüləyəndə dayımın özünəməxsus, qəşəng qoxusunu hiss edirdim.Bu yaşımda gedib dayımın köynəyini ütüləmək könlümdən keçir...                                                                     

 

Avqust  2008

 

 

ONLAR DEYİBLƏR:

 

 

Cəmil Həsənli ,
tarix elmləri doktoru
                                                                     

 

Mən İsrafil müəllimi Bakıya gələndən sonra şəxsən tanıyıram.Sonralar ötüt keçən hadisələri təhlil edəndən sonra görürsən ki, İsrafil müəllim ermənilərin qabağında dayanmış bir dağ imiş.Rəhmətlik Sabir Əsədovla İsrafil müəllimin yazdığı kitabları oxuyanda ermənilərin antibəşəri  fəaliyyətinin, yaxud siyasətinin bütün tərəfləri adama aydın olur... Belə bir şəraitdə İsrafil müəllimin intellektual səviyyəsindən, bilik bacarığından səmərəli istifadə edilməlidir.İsrafil müəllimin şəxsiyyəti onun yaradacılığını tamamlayır.O içində böyük Azərbaycan mənəviyyatını yaşadır.Mən beynəlxalq konfranslarda İsrafil müəllimin çıxışlarının necə böyük maraqla qarşılandığının dəfələrlə şahidi olmuşam.

 

lll

 

 

Ağa Abdullaoğlu.

 

 

Kiçik yaşlarımda ailəmizdə hamılıqla dayımın canına and içərdik. Yaşa dolduqca hiss etdim ki,təkcə ailəmizdə,qohumlarımız arasında, kəndimizdə, rayonumuzda deyil, yaşadığı İrəvan şəhərində   böyük nüfuza, hörmətə malik nəcib, ləyaqətli,əsl mənada ziyalı,bir kimsədən bacardığı  köməyi əsirgəməyən insandı dayım.Həyatının ən ağır anlarında belə, onu təmkinli, səbrli, ağıllı görmüşəm.

 

 

 

Not: Tarix elmləri namizədi, tarixçi- yazar İsrafil Məmmədovun 1990- ildən sonra yazdığı kitablar :

 

1. “İrəvan dəftəri –2,  sətirlənmiş duyğuların qəribsəyən sədası” 2004

 

2. “İrəvan dəftəri –1, ictimai fikir tariximizin qəribsəyən üfüqləri  2007

 

3. “Ob istorii, iskonnıy zemle i qorkoy sudbe azerbaydjantsev, izqnannıx iz nıneşney respubliki Armeniya” 2009

 

4. “İrəvan dəftəri –3,  teatr tariximizdən səhifələr” 2009      5. “Rus-Türk müharibələrində ermənilərin iştirakı” 2011

 

6. “Erməni kilsəsi Türk-Azərbaycan torpaqlarında dolaşmaqda olanböyük ermənistan  kabusu” 2011

 

 





24.12.2012    çap et  çap et