525.Az

Anlamaq dərdi, anlatmaq bacarığı


 

Anlamaq dərdi, anlatmaq bacarığı<b style="color:red"></b>

NATİQ MƏMMƏDLİNİNLƏYAQƏT DÜSTURUHEKAYƏLƏR KİTABI BARƏDƏ ÖZƏL DÜŞÜNCƏLƏR

Xalq yazıçısı Anar istedadlı qələm dostum Natiq MəmmədlininLəyaqət düsturuadlı hekayələr toplusuna yazdığı ön sözdə xüsusi olaraq vurğulayır: “Natiqin hekayələrini oxudum, bəri başdan qeyd edim ki, peşman deyiləm...”

Bu yığcam münasibət özlüyündə oxucu diqqətini cavan bir müəllifin yaradıcılığının üzərinə çəkmək üçün çox mötəbər, ciddi bir tutalqa verir.

Son dərəcə dəqiq doğru bir şərhdir ki, bir çox mühüm cəhətlərlə bərabər Azərbaycan insanının ədalət axtarışı Natiq Məmmədlinin sözügedən kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir. Bu hekayələrdə ilk baxışda sadə, diqqəti cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın –“ mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb”.

Yenə Anarın doğru qənaəti üzərinə qayıdırıq ki, “Natiqin hekayələrində qaldırılan mətləblər dünyanın özü qədər qədimdi: insan xislətinin dəyişməz naqislikləri, zamanın islah edə bilmədiyi cılızlıqlar gerçəklikdəki problemlərin böyük əksəriyyətini Tanrı bəndəsinin məhz özü tərəfindən törədilməsi s.”

Madam ki, məsələnin bu ciddi, orijinal təbii, eyni zamanda da arzuolunan tərəflərinə xüsusi önəm veririk, onda bədii mətnin özündən çıxış etmək daha ədalətli obyektivdir.

BaşlayaqLəyaqət düsturuhekayəsindən. Təbii ki, ilk olaraq gəlib göz önündə dayanan yerində hər kəsin qıvraq, dolanışığın yolunu bilən, müdirin sevimlisi kimi tanıdıqları Cəsarət müəllimin obrazı olacaq. Hansısa bir jurnalist onailişib”, ona sataşanın da gərək yekə tikəsi qulağı boyda edilə. Ancaq bunsuz da ötüşməyin bir çəmi, yolu-yolağası var; özünü dağa-daşa salma, “ilişib”, di qoy ağrısını çəksin, ver məhkəməyə, yaz ki, ləyaqətimə toxunub filan qədər cərimə tələb et.

Təbii ki, Cəsarət kimi cılızlar, pul hərisləri üçün bu, göydəndüşmə bir məsləhətdi. Bəs ləyaqətin cəriməsi üçün qədər məbləğ tələb etmək lazımdıəsl həngamə bundan sonra başlayır. Məsələ yoğunlaşdıqca məlum olur ki, Cəsarətin ləyaqətinə qiymət qoymaq o qədər asan deyilmiş. Bu qiymətdə arvad-uşağın öz umacağı, vəkilin öz haqqı, müdirin öz gözləməsi, hətta ölmüş ata ruhunun belə öz istəyi,  alacağı varmış. Hər kəs ona çatacaq payı marıtlayıb. Xülasə, kişinin qeyrəti bazara çıxarılıb, qiymət kəsilir. Neyləyəsən, bu pis zəmanədə Cennifer Lopesin arxası, Cəsarətkimilərinin ləyaqəti sığortalanır, bu sığorta pulundan hərə bir cür pay umur.

Hər şey çox cəlbedici idi. Ancaq kaş Cəsarət atasının ruhuyla həsbi-halda olduğu o sarsaq yuxudan oyanmayaydı. Bilsəydi ki, bu həngamənin, istəhaistənin içində başını itirib dildən olacaq, əvəzində otaq pişiyinə dönüb miyoldaya-milyoldaya qalacaq, heç o yuxudan oyanmazdı, heç arvadı da camaatı yığıb-tökməzdi ev-eşiyinə:

“- Bıy başıma xeyir, a kişi, niyə miyoldayırsan?

Qeyrətə zəng elə, gör mən niyə miyoldayıram.

– ...Ə, qadan alım, qorxuzma məni, niyə miyoldayırsan?

Qeyrətə zəng elə, gör zibilin adı nədir?”

Təbii ki, itirdiyi zibilinqeyrətin adını soruşur. Özündə olmayanın adını soruşmağa dəyərmi?

Bu lakonik, yığcam hekayəni məğzi, məramı belədi... Kim oxusa əlbət görər!

Klounhekayəsi eləcəoxunaqlı, yaddaqalan düşündürücüdü; uşaqlıq dünyası zəbt olunmuş, əlindən alınmış balaca oğlan anasının ad günündə camaatı əyləndirən Klounla əylənmək istəyir. Balaca oğlan üçün Kloun, onun yumru, alabəzək topları öz uşaqlığının şəkli kimidionlara doğru dartınır. Təbii ki, atası Lütfi o saat işə qarışır. Bildiyi yeganə dilləpulla klounu uşağın ayağına gətirdir, onu ata, ulağa döndərməyin məlum üsuluna əl atır, vurub hovuza belə salmağı özünə ar bilmir. O balaca oğlan atasının bu əməlindən utanır, harın əmisinə, dayısına olan nifrəti yaxa cırır.

“- Sən kimsən? – deyə astaca Kloundan soruşur.

Mən Klounam! – cavabı alır.

Bəs kişi kimdi?

Kişi sənin atandı, əmindi, dayındı!..”

Balaca oğlan əmisi, dayısı, atası kimi kişi olmaq istəmir. Var gücüyləmən Kloun olmaq istəyirəmdeyə bağırır...

Bu hekayənin məğzini, dadını-duzunu bildinmi? 

Dolmahekayəsi torpaqlarmızda özlərinə yurd-yuva qurub, bizim qonaqpərvərliyimizdən istifadə edib evimizin sahibinə çevrilən, indi isə musiqimizə, eləcədə mətbəximizə yiyələnmək istəyən, çörəyi dizi üstə olan ermənilərin hərisliyini, xəbisliyini dəqiqliklə açılır.

Tiflis şəhərində mühazirə oxumağa gedən mütəxəssislər arasında ingilis, fransız, alman ruslarla yanaşı, Azərbaycan, erməni gürcü nümayəndələri var. Nahar zamanı azərbaycanlı erməni Rubik gürcü Vado ilə bir masa arxasında əyləşir. Hekayənin adından göründüyü kimi dolma yeyəsi olurlar. Hər yerdə özlərinin saxta reklamlarını işə salan erməni bu dəfəmənə erməni dolması gətirdeməsi Azərbaycan nümayəndəsinin narazılığına səbəb olur. Təbii ki, bizim milli xörəyimizin ermənilərin öz adlarına çıxması ona ağır gəlir. Mübahisənin artıq diqqət çəkdiyini görən Rusiya nümayəndəsi: azərbaycanlıyasən erməni dolması ye, Rubik azərbaycan dolması yesindeyir. Məncə əlavə şərhə ehtiyac yoxdur. Xatırladım ki, “Dolmahekayəsi ikinciNəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi olub

Beş atanın ögey oğluisə bir ayrı mərəkədi. Belə ki, beş ata oğlan uşaqlarına sənət öyrənmələri üçün qonşu qəbiləyə göndərirlər. Vədə tamam olur. Atalar oğlanlarını geri almaq üçün gedirlər. Sən demə, atalar öz oğullarını yalnız öyrəndikləri sənətə görə tanıyırmışlar. Hər uşaq öz atasının sənətini əxz etməliymiş. Bu dəfə məsələ başqa cür olur. Bir oğlan uşağı bir yox bir neçə müxtəlif sənət öyrənir. Hər ata o uşaqda öz oğlunu görür. Çox sənət öyrənmək atalara küfr kimi gəlir, həmin uşağı öldürüb canlarını qurtarmaq istəyirlər. müdrik qoca məsləhət görür ki, səhərəcən səbr edin. Atalar razılaşırlar. Səhər qalxıb o balaca oğlanı tapa bilmirlər. Məlum olur ki, çıxıb gedib. Atalar bəladan qurtulduqlarına sevinirlər. Müdrik qoca baş verənləri pünhanınca Quruçaya pıçıldayır:  O, Qəbrdə yenidən doğulacaq, hər şeyi anlayıb başa düşəndən sonra öz evinə, ruhunun beşiyi olan qəbiləsinə qayıdacaq. Mütləq qayıdacaq. Amma Şərqli qəbiləsi bunu bilməsə yaxşıdır...”

Vaxtı keçmiş sitatlarisə lap çağdaş həyatımızın nağılıdı. Hal-əlbət bu nağıl sözü heç yerinə düşmür, “reallığıdısözü daha düz olanıdı. Bütün əhvalat rəngi getmiş, içi nələrləsə dolu qırmızı qovluqla bağlıdı. Ata bu qovluğun açılmasını qadağan edib: “Onu açanda adamın arzuları ölür”. Günahı da yoxdu. vaxt açıbsa bir bədbəxt hadisə baş verib. Ya elmi rəhbəri ölüb, ya elmi şura üzvündən kimsə dünyasını dəyişib, ya da bir sistem digərini əvəz edib. Nəticədə yenə həmin həminki... Sitatları dəyiş, bu faktı çıxar, o birini yaz! Nəticədə bir insan ömrü quruca bir elmi səhifələri boyunca sitat dəyişməyə, imzaları təzələməyə həsr olunub. Yaşa dolub, qocalıb, bitib, ölü arzular qəbiristanlığına çevrilib. Elmi dəyər ictimai formasiyaların, münasibətlərin dəyişən xidmətinə qurban verilib. Bu, təkcə Qələndərlinin aqibəti deyil... Kaş balaca oğlununAta, mənim arzularım öləcək?” sualı önündə heç bir ata susqun, səssiz-səmirsiz, suçlu qalmasın!

Balaca məmurun təbriki yazdığı proloqda müəllifNatiq Məmmədli yüzdə-yüz haqlıdı: “ qədər biz varıq, Çexov aktual diri olacaq!”

Elə Mirzə Cəlil , Ə. Haqverdiyev , o biri fikir, əqidə sahibləri !

Bu silsilədə Natiq Məmmədli imzasının gənc yazıçı olaraq öz yerini tutacağına çox inamlıyıq. O səbəbdən ki, N. Məmmədli bir yazıçı kimi nəyi yazmağı, necə yazmağı üçün yazmalı olduğunu çox yaxşı bilir. Bildiyi üçün ədəbi meyarlara hörmətlə yanaşır, yazmaq xatirinə yazmır.

Ləyaqət düsturukitabında müəllifin onsəkkiz hekayəsi yer alıb. Onlardan altısı haqda qısaca söhbət açdıq. Hər bir hekayədə N. Məmmədlinin müşahidə qabiliyyəti, obrazları öz ampulasında  dindirmək, ən əsası istedadının təcəssümü ilə oxucuya anlatmaq bacarığı aydın görünür.

qayıdırıq sözün o yerinə ki, “Gündəlik həyatımızda gördüyümüz gerçəkliklər, insan xislətindən doğan naqisliklərlə barışmayan, eyni zamanda onu dəyişməyə gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə, Azərbaycan insanının ədalət axtarışı Natiq Məmmədlinin kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir”.

Bizə isə oxumaq, anlamaq anlatmaq qalır.

 





24.12.2012    çap et  çap et