525.Az

Azərbaycanda turizm təhsili: uğurlar, perspektivlər...


 

Azərbaycanda turizm təhsili: uğurlar, perspektivlər...<b style="color:red"></b>

Azərbaycan Turizm İnstitutunun rektoru,
tarix elmləri doktoru, professor

Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə  yaradılmış Azərbaycan Turizm İnstitutu (ATİ) ölkədə turizm sahəsində ixtisaslaşmış yeganə təhsil, treninq tədqiqat mərkəzidir. İnstitutun  yaradılmasında əsas məqsəd qeyri-neft sektorunun inkişaf strategiyasına əsasən Azərbaycanın turizm sahəsini peşəkar kadrlarla təmin etməkdir. ATİ tədris fəaliyyətinə 2006- il tarixində 200 tələbə, bir fakültə (Turizm işinin təşkili idarəedilməsi fakültəsi), 3 ixtisas 2 kafedra (“Turizm ixtisası fənləriÜmumi fənlərkafedraları) ilə başlamışdır. Hazırda 11 bakalavr, 19 magistr,11 doktorantura təhsil pilləsində 1500-dən artıq tələbə təhsil alır. İndiyədək 503 tələbə bakalavr magistr diplomunu almışdır. ATİ- tədris Boloniya prosesi standartları əsasında   8 kafedra tərəfindən həyata keçirilir. ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. Mübaliğəsiz deyə bilərik ki, ATİ ictimai fikirdə yeni ənənələrin, ilklərin ünvanı kimi formalaşıb. Yeni ənənələr, ilklər ATİ tələbələrinə böyük şans verir.

5-il əvvəl yəni – 2007-ci ilin 4 iyul tarixində Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında Əməkdaşlıq müqaviləsi, həmçinin ölkə tarixində ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutu IMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə Akademik müqavilə imzalanmışdır. Akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzindəTurizm asudə vaxt menecmenti proqramıüzrə ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. Bu da məzunlarımıza dünyanın istənilən nöqtəsində nüfuzlu turizm müəssisələrində işləmək imkanı verir. İndiyədək ATİ-nin 57 məzunu bakalavr pilləsi üzrə Azərbayca-Avstriya Turizm Proqramını uğurla başa vurmuşdur. Qeyd edim ki, ATİ yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənmir. Hazırda Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığı həyata keçirilir. Belə ki, 2011-ci ilin oktyabr ayının 12- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin hüzurunda Azərbaycan Turizm İnstitutu Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan Əməkdaşlıq sazişi imzalanmışdır. 2012/2013- tədris ilində 22 nəfər magistr tələbə bu proqram üzrə təhsil alır. Hazırda məzunlarımızHilton Baku”, “Four Seasons” “Jumeirah Bilgah Beach”, “Marriotte Absheron”, “Fairmont”, “Kempinski Badamdarkimi yeni açılmış otellər şəbəkəsində müxtəlif vəzifə sahibidirlər. Bəziləri Maldiv adaları, Birləşmiş Ərəb Əmirliyi kimi turizmi prioritet seçən ölkələrdə işləyir, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniya kimi dövlətlərdə təhsillərini davam etdirirlər. Bundan əlavə, ATİ- ölkəmizin digər ali təhsil ocaqlarından fərqli olaraq tələbələrin təhsildə qazandıqları nəzəri bilikləri təcrübədə möhkəmləndirmək məqsədilə 20 həftəlik istehsalat təcrübəsi təşkil olunur.

ATİ yarandığı gündənyəni 2006- ildən bugünədəktələbələrimizin böyük əksəriyyətibelə demək mümkünsə  Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda, Avropa Birliyinin Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramı çərçivəsində təhsil almış istehsalat təcrübəsi keçmişlər. ATİ tələbələri sadaladığım xarici ölkələrin  məşhur otel təhsil ocaqları ilə bərabər, həmçinin  ölkəmizin nüfuzlu otellərində, turizm agentiklərində, turizm informasiya mərkəzlərində, muzeylərdə, Nəqliyyat servisi, Sosial , Regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrimiz isə müvafiq qurum təşkilatlarda təcrübə sınağında olublar. Onu da xatırladım ki, Almaniyanın Yade Universiteti, Türkiyənin  Atatürk Universiteti, Qars-Qafqaz Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə Amerikan Doğu Akdeniz universitetləri, Rusiyanın Həştərxan Dövlət Texniki Universiteti, Moskva Dövlət Humanitar Universiteti, Sankt-Peterburq Dövlət Xidmət İqtisadiyyat Universiteti, Rusiya Beynəlxalq Turizm Akademiyası, Sankt-Peterburq Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə əlaqələrimiz təkcə tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda elmi araşdırmalar, müxtəlif beynəlxalq layihələrin işlənib hazırlanması, birgə tədqiqat aparılması, tədbirlərin təşkili sahələrini əhatə edir. Bu əlaqələr ATİ-nin keyfiyyətli kadr hazırlığında mühüm rol oynayır. Azərbaycan Turizm İnstitutu istər ölkə, istərsə beynəlxalq turizm təhsil yönümlü təşkilatlara üzv olmaqla yanaşı, onlarla faydalı birliyinə xüsusi önəm verir. 2011-ci ildən Azərbaycan Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatınınqoşulmuş üzvüseçilmiş, qurumun təşkil etdiyi tədbirlərdə fəal iştirakçısına çevrilmişdir. ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiyasiyası, Xidmət üzrə Rusiya ali məktəblərinin milli elmi-tədqiqi texnoloji konsorsiyumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya naminə Universitetlər İttifaqı (AUDEM) təşkilatlarının üzvüdür. Nəzərinizə çatdırım ki, 2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun yaradılması təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi möhkəmləndirilməsinə xidmət edir. Konsorsiumun 30 ölkədən 300 üzvü var. Konsorsiumun 10 nəfərdən ibarət İcraedici Şurasına Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Universiteti Azərbaycan Turizm İnstitutu rəhbərləri daxildir. İpək Yolu üzərində yerləşən dövlətlərin ali təhsil müəssisələrini bir araya gətirməklə konsorsium milli irsimizin qorunması, mədəniyyətlərimizdəki oxşarlıqların üzə çıxarılması çulğalaşmasını başlıca məqsəd sayır. Eyni zamanda hədəf İpək Yolu üzərində yerləşən ölkələrin sülh inkişafına töhfə verməkdir. Cəmiyyətin inkişafında, milli irsin qorunmasında təhsilin başlıca amil olması şəksizdir. Elə bu səbəbdən konsorsiumun fəaliyyət strategiyasında təhsilin dinamik inişafına böyük önəm verilir.

Ölkə daxilində turizmin inkişafına yönəlik müxtəlif səviyyəli tədbirlərin təşkilində yaxından iştirak edən ATİ Azərbaycan Turizm Assosiasiyası, Mədəniyyət Turizm Nazirliyinin şəhər rayon şöbələri, regional Turizm İnformasiya Mərkəzləri, Avstriya-Azərbaycan Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, GİZ, USAİD, ATİB, SKAL Baku, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı hotel turizm şirkətləri ilə sıx əməkdaşlıq edir.

2012-ci ilin sona çatmasına sayılı günlər qalır... Yola salmağa hazırlaşdığımız ildə ATİ- üçüncü ilk magistr proqramı pilləsində məzun buraxılış olub. Ölkədə turizm sahəsində xidmət keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılıb. Hazırda Bakı Turizm Peşə Məktəbində 10 ixtisas üzrə 400 şagird təhsil alır. Həmçinin Qusar, Zaqatala, Şəmkir, Göygöl Masallı rayonlarında regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulub . Onu da qeyd edim ki, Qusar rayonunda turizm peşə məktəbinin fəaliyyətinə start verilib. “ŞahdağQış-Yay Turizm Kompleksində çalışmaq üçün dağ-xizək idmanı üzrə metodist hazırlığına başlanılıb. ATİTurizm rekreasiya XXI əsrdə problemlər perspektivlərmövzusunda keçirilən I Beynəlxalq Elmi-Praktik Konfransa ev sahibliyi edib. Məqsədimiz bundan sonra da keyfiyyətli kadr hazırlığına nail olmaqdır.

 





25.12.2012    çap et  çap et