525.Az

İtirilmiş il, itirilmiş illüziyalar və itkin insanlar


 

İtirilmiş il, itirilmiş illüziyalar və itkin insanlar <b style="color:red"></b>

Mən sizə Tanrı kimi inanırdım, 
amma siz mənə həmişə yalan demisiniz
”.
(Etel Lillian Voyniç. “Ovod”)

 

 

Sevmədim mən bu uzun illəri. Yəni illər onsuz da uzun olur da, amma fevral ki, 29  gün  oldumən  əzəl  gündən itkilər haqqında  düşünməyə başlayıram. Belə bir takıntım var. Belə illərdə  həmişə kimisə itirirəm, atam  da  belə  ildə  ayrıldı məndən. Amma  həm   ayrılmadıinsanın fiziki yoxluğu ağrılı, acılıdı doğru. Amma  canlı ölülərin  varlığı, ya da belə  deyim, səninçün ölmüş canlının yoxluğu  daha betər  hüzün  verir. Lap  qorxu  filmlərində  olan  kimi  canlı kimisə  dəfn  edirsən, tamaşa  edirsən  cabalamağınaqışqırır, bağırır, imdad  diləyir. Baxırsan, susursan. Dilin susur, ürəyin danışır. “Sən  məni  öldürdün  axı, inamı öldürdün  içimdə”. Yalan eşitmədik böcəkdən, quşdan, insandı insana yalan danışan... Qorxu  filmlərində olan səhnələrcanlı ölülər... Deyəsən,  gəlib çıxdıq ilin sonuna, birtəhər ötüşdürdük deyə-deyə...Düzdü, deyirdilər dünya dağılacaq ...Sonra  dedilər gördüz dağılmadıcahil insanlar. Allahın bu  böyüklüyündə sevgiylə yaratdığı  dünya dağılarmı heç? Dağılan bizim özlüyümüzdə yaratdığımız  yalançı dünyalardıtəməli yalan təmənna dolu. Bir  boylansaq içimizə, qədər belə  xarabalıq var.Yıxılacaq  təbii... Qarışıq il olduhadisələri bol   nəticəsiz. Ən çox yadda qalanlar....İtkinlər...

 

lll 
İnsanlar balaca bir cəmiyyət formalaşdıran kimi  özlərinə lider axtarırlar. Ya da bir tapınaq. Nümunə. Kiməsə oxşamaq, kimdənsə  imdad diləmək arzusu var insan  oğlunun içində. Fərq eləməz necə oldu, necə gəldiqalibləri mühakimə eləmirlər axı. Əsas odu ki, bir nəfər tapıb ona sitayiş edəsən (ola bilər ki, bu  sitayiş obyektini sabah ayaqlar altında əzərsən ). Bu gün varmı? Off, gözəl... rahat yatmaq da olar, səhər dinc yaşamaq da olarobraz var ...

 

Yunan mifologiyasından gəlir sözERO... Qəhrəman yəni. Bizim dilimizdəki versiyasına qayıdacam hələ... İndi bunun ətrafında fırlanım bir az. HERO  tapmışkən... Kimdi  bu axı? Niyə lazımdı insanlara?  Tanrı yaratdıqları kimi onu da yaradıb başına  dönürlər.

 

Sən demə, bunun əsası varmışmifologiyaya görə  HERO, yəni qəhrəmanlar tanrıların yerdəki fanilərlə sevgisindən doğulan insanlardı (sevgi məsələsi var hər halda).Tanrılar ölməzdi, amma onlardan  doğulanların belə imtiyazı yox. Miflərdə Ölməz valideynin fani övladına əbədi həyat vermə cəhdləri  süjet kimi keçir. Fetida oğlu Axillesi yeraltı Stiks  çayında çimdirir, dabanına su dəymədiyindən zəif yeri  qalır. Axillesin dabanı. Məşhur Troya müharibəsiburda da Fetida hər vəchlə oğluna yardım etməyə  çalışır,hətta Olimpdəki bütün əlaqələrindən (indiki dillə desək) istifadə edir. Döyüşün yunanlar üçün uğurlu  olmasını Zevsdən xahiş edir (Burda da  tanışlıq    əlaqə  faktorları  var  gördüyünüz  kimi). Amma  əlahəzrət Təsadüf ya Zərurət işə qarışıb artıq. Daban zəifdi. Məşhur döyüş Axilles həlak olur  (dabanından aldığı yara öldürür) döyüşdə. İlahə  Fetida oğlunu ölümsüz edə bilmir. Ya da belə  yanaşsaq, bəlkə edir ölümsüz. Neçə əsrdi insanlar bu  əfsanəni yaşadırlar. Axillesin öldüyü gün olmayıb  məncə. Fetida istəyinə çatıb. Fiziki ölümlər çox adidi... Heroizm insanı əbədiləşdirən bir məfhum... Deməli, fani (sözün bütün çalarlarında) insanların əbədiyyət  arzularına bir cığırdı qəhrəman. 

 

Antik ədəbiyyat bu obrazlarla çox zəngindi. Homerin  İliada  Odisseya  ilk  baxışda  satrapların, çarların tarixini əks etdirsə , eposun əsas  qəhrəmanları yenə elə Qəhrəmanlardı. Maraqlıdı  eləmi, əsərlərdə, hadisələrdə, gündəmdə əsas  fiqurlara qəhrəman  deyirlər. Şah, çar, xan, lider filan yoxelə Qəhrəman. Bütün dillərdə  belədi, deməli  insan təfəkküründə öndə gələn obraz budu. Bəlkə   insanlar Qəhrəmanı Tanrıya bərabər tutduqlarından bütün möcüzələri, qeyri-adilikləri onlardan gözləyirlər. Hökmdarlardan yox, Qəhrəmanlardan, Heraklından  tutmuş Teseyinə qədər. Antik yunan mifləri öz yerini  Roma reallıqlarına verəndə   eyni mənzərə  görünür.

 

 lll  

Baxırdım anlamırdım, niyə belə həşirdi. Qəhr olsun... sakitləşin bir az, cənablar. Ayın yeri Günəşlə  tərs düşməyib, okeanlar gölə sığdırılmayıb, göydən  yerə bircə alma da düşməyib. Hər şey öz axarında, hər zaman necəydisə elə gedir. Yanan yanır, dağılan  dağılır, artan artır, yıxılanın da vaxtı gələndə yıxılır... Zatən, başqa cür gördüyümüz olmuşmuydu? Qəhr  olsun... Biz cəmiyyət olaraq bu il Qəhrəman obrazını çox müzakirə etdik. Haqlı-haqsız günün  qəhrəmanına  çevrildi o oğlan ... Nəticə isə o oldu  ki... Bir  taqıma  (lap kiçiyindən başladım)  rəhbərlik edə biləcək bir  igidin  karyerası başlamadan bitdi. Zəif yerlər vardı  bu olaydabitməmiş müharibə formalaşmamış insan cəmiyyəti. O oğlan illüziyalarından qurtula  bilməmişdi (nəyəsə inanırdı), cəmiyyət isə qışqırıb  bağırmaq istədiyi mövzuların bu şəkildə həllini həzm  edə bilmədi. Uzaqdakılar yaxınlaşdı bu anda  insanlar arzuladıqları yaxınların qədər əlçatmaz  olduğunu dərk etdilər elə bil. qəzəb, kin yağmuru  yönəldi bu gəncəşüurlu ömrünün böyük  əksəriyyətini kazarmalarda, məhbəsdə keçirən, özü  bilmədən qəhrəman elan olunan, özü anlamadan taxtdan endirilən bu oğlan itkin düşdü aramızdan. Sözün bütün mənalarında. İndi o yoxdu, insanlar yeni  qəhrəmanları müzakirə edirlər. Fərq eləməz bu  qəhrəmanlar müsbətdi, ya mənfi. Amma  müzakirə  konusu var yenə... Göstərilənlər görünən olmadı... İnam yox  idi...Yalan vardı...

 

lll

 

Hər kəs deməyəcəm, böyük çıxar, amma kimlərinsə  içində öz qəhrəmanları var. İnanır ona möcüzə  gözləyir. Uzaqların yaxına gəlməsini gözləyir. Olmur  möcüzə. Yoxdu o qəhrəman. Onun da  öz yalanları  doğruları var, öz zəif yerləri var. sən bu zəiflikləri müşahidə edə-edə öz dünyanı yıxırsan. Uduzan isə sənsən nəticədə. İllüziya idi itirdin. Bundan ağır ola bilər ki... Canlı ölü siyahın artdı  qəlbində, ya da itkin insanlar siyahısı. İndi fikirləşirəm ki, nəinki  insanlar, hətta  sözlər ölür. Ev tapşırığı kimi leksik lüğətdə bütün xoş sözləri xatırlamaq  istəyirsən, yadına düşənlər ağrı verir. Heç sözlərdən  belə küsdüyüm olmamışdı. Sözü bu qədər sevən mən, əzizləyən mən, sözə tapınan mənqəzəbləndim sözlərə. Nəyə lazımmışsınız?   Əzizlənmiş bir cocuğun əlində sındırılıb atılan  oyuncağa bənzədiniz... Leksik luğətimə zaman-zaman əl gəzdirməm lazım... Amma ac olduğum sözlər çoxdu...

 

lll

 

açtık çok açtık çok açtık

 

kadın istedik tanrı istedik...

 

ve bir kadın aldık çarşıdan

 

birşeyler umarak

 

kadın dediler, soy dediler soyduk.

 

giysilerini soyduk kadının ve şeylerini

 

ve salt kadın dediler,

 

salt kadındı şimdi o

 

salt erkek bekliyordu,

 

şimdi biz salt erkeğiz

 

salt erkeğiz ve çok açız dayanamadık

 

soymayı sürdürdük

 

kadını gözlerimizle

 

ve soyduk giysilerini

 

kadının ve şeylerini

 

ve soyduk saçlarını dudaklarını

 

ve gözlerini tardye gibi.

 

 

ve soyduk birşeyler umarak

 

derilerini etlerini

 

ama hep birşeyler umarak

 

soyduk herşeylerini

 

ne çıktı karşımıza

 

biliyormusunuz sonunda

 

salt kadın yerine salt kemik,

 

ve kemikler arasında kirli bir yürek,

 

çirkin korkunç bir iskelet.

 

oysa hep başka düşlemiştik kadını

 

en iyi en güzel ve sıcacık

 

ve de temiz yürekli / yani kadın

 

yani kadın /

 

 

biz çok açtık kadın istedik

 

yani kadın, yani sevgi, yani aşk.

 

ama en iyi en güzel ve sıcacık

 

ve de temiz yürekli

 

yani kadın...

  

  istədiyinizi  özünüz    bilmirsiz... Qadınların ürəyi kirli olanda, çirkin skelete dönəndə fərq edirsiniz o ürəyi.... Heç yazığınız da gəlmir bir gün  özünüzün necə tənha olacağınızı anlayacaqsınız... Gec olacaq... Kardinal Montanelli inandığı həqiqətlərə  qurban verdi Arturu. Sonra anlayanda  gec idi... Arturmu itkin? Kardinal Montanellimi? Mən Arturu  yaşatdım  hər  zaman  qəlbimdə... İtkin  olmadı... Hisslərinizdən niyə utanırsınız? Bu miqyas qədər genişdirsə, sən o boydasan. Kainat böyüklüyündə ola  bilərsən, ürəyinin fiziki qabaritləri boyda da... Artur...  ...Xoşbəxt  kəpənək... Yaşasa da, ölsə ....  Yaşadı hər zaman...

 

lll  

 

Siz öz yalanınızla məni şəkər plantasiyalarında kölə vəziyyətinə salanda mənə çoxmu yazığınız gəlmişdi? Bunu sizə deyəndə siz dəhşətdən titrəyirsiz... Ay  yumşaq  ürəkli  müqəddəs  adam! Sizin vur-tut  bir  oğlunuz  olub!  Deyirsiniz ki, səni  sevirəm ...Yaman da  sevirsiniz! Sizin  məhəbbətiniz mənə  baha  oturdu. Yoxsa siz elə zənn edirsiniz ki, hər  şeyi  yenə  yoluna qoyarsınız, məni    əvvəlki  Artur  eləyə  bilərsiniz? Elə bir  adamı ki, çirkli  yavaxanalarda qab-qacaq yuyub, saxladıqları  heyvanlardan da pis  olan fermerlerin tövlələrini  təmizləyib. Elə  bir  adamı ki, aclıq  çəkib, onu ayaq  altına  salıb  tapdalayıblar, onun  üzünə  tüpürüblər, o əl açıb dilənib, kif basmış yemək tör-töküntüsünü istəyib, lakin bunu da  verməyiblər, çünki bu şeyləri  yemək itlərin haqqı idi!  Ah, mən bunları sizə niyə deyirəm! Sizin  sayənizdə  başıma  gələn  müsibətləri  saymaqla qurtarmaz. İndi   durub  mənə  məhəbbətinizdən  dəm vurursunuz!

 

Ovod  əsərindən ...

 

Sən  dünyanın ən inamsız  adamısan    mən  bunun  əlacını  bilmirəm”. İnamsızlığın  əlacı  yox ki... Var  ya da... Biz yerin bilmirik. Nəyə inanacağımızı  çoxdan  bilmirik, çoxdan. İtirilmiş  illüziyalardı... İllüziyaların  arxasınca  getmək... Bunları fikirləşəndə  məhbəsdəki  Arturun  Kardinalın ardınca hönkür-hönkür  ağlamasını  xatırlayıram. Padre, nədən  biricik oğlunu atdın, həşəratlara yem elədin?   səhərə yaxın günəşin ilk şəfəqləriylə işıqlanan  otağımın  tavanında öz inamsızlığıma çarə  axtarıram. Tavanda axtarılan gerçəklər... sadəcə gerçəklər ... istəklər yox... İtdi bu il... Yaxınlar daha da uzaqlaşdı, illüziyalar  dağıldı...Qəhrəmanlar  öldü... Yenə ədəbi  qəhrəmanlara  sığınmaq, onların həqiqətlərinə  inanmaq bundan məsud olmaq ... Arturu da qadın  yaratmışdı... Amma  ürəyi  kirlənməmiş,skeletə  dönməmiş... Görünür,  onun gördüyü, sevdiyi  insanlar illüziyaları dağıtmaq istəmədilər...Ya da  gücləri  çatmadı...Güclü qadın... Ay aman, mən bu  güclü  sözünə nifrət edirəm. Leksik lügətimin itkin  sözlərindən biri ...

 

lll

 

İsmini unutduğum film....Gərək ki, altmışların italyan  filmi idi. Bir fraqment indiyə qədər xatirimdədiəriylə  həftəsonu tətilinə gedən qadın səhər ayılıb qaldığı məkanın həyətinə çıxanda onu sevdiyinə inandığı kişini görür. İri planda gözləri yadımdadıbir neçə saniyənin içində dəyişməyi yadımdadı. Yorgun, bezgin  gözlər birdən qəfil ildırım kimi toqquşan baxışlar... Bir neçə saniyədə səadət yaşayan ruh. Sonra  susqunluq anları, maşına oturub gedən insanın  baxışlarla yola salınması. Əslində baxış da deyildigözünün ucuna bir dünya sevinc həyat dolmuş qadın. Bir neçə vaxt sonra qadına gerçəyi deyir sevgilisi, daha doğrususevgisizi”. Onların  münasibətləri tapşırıq imiş, o adam da bu qadını nəyəsə inandıra biləcək kimsə. Hər halda dürüstlük  edir o  kişi, düzünü deyir ona. Amma bu həqiqət onu  məhv edəcək həqiqətdi. Qapının bağlanması filmin  son kadrlarıdı, o tapındığı sonuncu ümidinə qapadır hər şeyi. Ümidə bağlanan qapı isə intihara açılır... Təfərrüatlar yadımda deyilbir gözləri xatırlayıram  (elə qapı kimi açılmış), bir bağlanmış qapı təxmin edilən sonluq...  Niyə xatırladım axı bu filmi?...  , inamın itməyi... İtməyi yox... Olmaması... dünənində, bu günündə, sabahında ...

 

lll

 

Padre!

 

Görünür, bunun demək olduğunu lazımınca  başa  düşməmisən. Bunu başa düşməyin çətindir, çünki  çox cavansan. Sən yaşda olsaydım, mən başa  düşməzdim, Artur! Sən mənim üçün öz oğlum kimisən, bunu anlayırsanmı? Sənə baxmaqdan doymuram, gözümün işığısan. Səni yanlış bir addım  atmaqdan çəkindirmək, həyatını qorumaq üçün mən  ölməyə hazıram. Ancaq  indi acizəm... Mən səndən tələb etmirəm ki, söz verəsən... Səndən xahiş edirəm, dediklərimi yaddan çıxarma, ehtiyatlı ol. Qəti  qərara gəlməmişdən əvvəl yaxşı fikirləş....

 

.... Bu, atası olduğunu bilməyən Arturun Montanelli  ilə söhbətidi. Yeniyetmə Arturun. Sonragözümün  işığıdediyi adama inamın ölməsi Arturu da intihara  aparır. Hamı üçün ölür... Rivares kimi qayıdır yenə  onlar bağlı olduqları həqiqətlərin əsiri olurlar... Bu  ideyalar, bu həqiqətlər qədər insanı intihara aparıb  görəsən? Ya da itkin insanlar siyahısına salıb?!

 

lll

 

Cemma, mən sizi hələ siz biçimsiz qız olanda, çit  paltar geyib siçan quyruğu kimi nazik hörük  qoyanda  sevirdim. Yadınızdadırmı, bir gün sizin  əlinizi  öpdüm, siz həzin səslə xahiş  etdiniz ki, “bir belə  şey  etməyin” . Bilirəm,  bu  yaxşı  hərəkət  deyildi, lakin siz bunu əfv etməlisiniz. İndi sizin adınız yazılan kağızı öpürəm. Belə çıxır ki, mən sizi iki dəfə öpmüşəm, ikisində sizin  razılığınız olmadan...” Bu, Arturun edamdan əvvəl  yazdığı məktubdu hər zaman sevdiyi qadına... Bu  sözləri hər zaman sevdim mən, unutmadım. Zalım  müəllimin verdiyi ev tapşırığı deyildi... Bu sözləri lüğətdən çıxarmaq olmayacaq... Bu ədəbiyyatdı  təbii. Kişinin dilinə qadının yazdığı sözlər qoyulub. Amma  fərqi varmı? Onlar yaşayırlar bizi yaşadırlar. İtkin olmayan, qeybə çəkilməyən yalnız  odu. ƏDƏBİYYAT...İl deyil, illüziya deyil, insan deyil... İnam yalnız orda yaşaya  bilir.

 

***

 

PADRE!!! Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm ... 

P.S  Sevmədim mən bu uzun illəri. İtirdim hər zaman...


P
.P.S
. Andın mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olubbu bəs edir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz...

 

 

 





31.12.2012    çap et  çap et