525.Az

Vaxtın ad günü


 

Vaxtın ad günü<b style="color:red"></b>

Üzümüzə tutduğumuz təqvim üzrə ilin təhvil-təslimi qışın ortasına düşür. Payızın axır iki ayının qışdan, qışdakı son ayın da yazdan sayıldığını nəzərdə saxlayanda belə alınır. “QərbMiladi təqvimi görə, “ildediyimizin ikiyə ayrılan bircə fəsli varQış. Güman ki, növbənöv çətinliklər gətirən qışın vahiməsi, ağırlığı bir il üçün çox görülüb, onu iki yerə bölmək, “qüvvəsini parçalamaqehtiyacı yaranıb insanda, yəni bizdə.

Bir az detektiv versiyasına oxşadı, amma neynək: ən güclü detektivin elə Vaxt olduğunu, bütün gizlinləri tədricən açıb-ortaya tökdüyünü az qala hər mətləb üstündə dilə gətirmirikmi? Bu da olsun o mətləblərdən biri.

Xəfiyyəçiliyə ki başladın, gərək işin axırına qədər gedəsən, yoxsa adamı Kərbəlayi Zalla bir tutub, “qulluqdan çıxararlar”... Deməli, qışın yarısının köhnə ildə qalıb, parasının təzə ilə keçməsinin bir mifik-mistik yozumu da bu ola bilər: bir halda ki, ömüriki ölüm arasındakı müvəqqəti həyat”, “əzəli-əbədi Yoxluq arasındakı qısa Varlıq fasiləsidir, deməli, ilin əvvəli , sonu da qışa düşməliydi.

İlömrün mikromodeli sayıla bilməzmi?! Yığılıb-yumrulanıb bircə ilə sığan, hələ ondan da az çəkən o qədər ömür var ki! İllah da, indilərdə ömür ildən qısa, il gündən gödək gəlir insana, yəni bizə: gözünü qırpmağa peşmansan. Ancaq elə həmişə bu cür olub, deyəsən. Yoxsa Şair yazmazdı ki:    

Göz yumub aləmdən,

istərdim açam rüxsarinə,

Canım aldın, göz yumub-açmağa

möhlət vermədin!

lll

Üst-başımızda gəzdirdiyimiz, ağırlıq-uğurluqlu, dəyiş-döyüşlü təqvimdə illərin get-gəl fəsli Yazdır. “Qədim Şərq təqvimideyilən bu zaman cədvəli həyatın ən sadə, amma çox da doğma məntiqinə daha uyğun görünür: il (ömür) yazda başlayır, açılıb-çiçəklənir, bar-bəhər verir, sonra haldan düşür, solub-saralır, axırda da, o söz...

O biri şərqlilər özləri bilərlər, ancaq biz, eyni təqvim əsasında, hər təzə ilin gəlişinə Novruz bayramı adı verib, bu adla təntənə qoparır, “fələkdən bir gün oğurlayırıq”. Keçəldir, kosadır, hər nədir: qəbulumuzdurköhnə Novruzumuzdur. Şair elə-belə demir ki:

Hər gün açır könlümü

zövqi-vüsalın yengidən,

Gərçi güllər açmağa

hər ildə bir Novruz olur.

lll

Ardımızca, böyrümüzcə yeriyənİslami təqvimin, mürəkkəbliyi qədər, maraqlı xarakteri var. Bu təqvim öz başlanğıcını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsindənona ögey baxan Ata ocağından köçüb, onu bağrına basmaq istəyən Ana yurduna pənah aparmasından götürür. Bəlkə elə həmin hicrətin, köçhaköçün təsirindəndir ki, bu təqvimin özü sistemli şəkildə gəzərgiləşib, səfərdə olmağa alışıb: fəsilləri addım-addım dolaşmaq keyfiyyəti kəsb edib. Hicri təqvimi yaz deməz, qış bilməz; gah Aya (Qəmər, Mah) baxar, gah Günəşi (Şəms, Afitab) diqqətdə saxlayar, ilin əvvəliylə sonu hər dəfə 10 gün-11 gün addımlayıb, mövsümlərin hamısına baş çəkər. Bir baxarsan, Məhərrəmlə başlayıb Zilhiccə ilə bitən Hicri ilinin təhvil-təslimi düşdü yayın qızmar çağına.

Amma heç buna görə Şair öz qırımını pozmur. Deyir, kainatda Ayın, Günəşin hərəkəti məni maraqlandırmır, ayın-günün hesabını aparmaqda təmənnam budur ki, Sənə qovuşub bayram edəcəyim Vədə gəlib yetişsin:

Sipehrin fariğəm əslində

Mahü Afitabından,

Qərəz eydi-vüsalındır

 bu ayü gün hesabından.  

lll

Köhnə əyyamlarda xeyli hörmətli tutulan, son 80-90 ildən bəri isə ancaq hərdən-hərdən tarixin künc-bucağından qaldırılıb toz-torpağı çırpılan bir təqvim olub. Həmin oRumi təqvimən çox Anadoludan Balkanlara qədər uzanan maliyyə söhbətlərində, pul-paranın, gəlir-çıxarın hesablanmasında işlədilirmiş. Dəftərdarların, hesabdarların, xəzinədarların karına gəlirmiş. “Rumiki dedin, qəziyyə məlum...” Əlidarların, cibidarların, yeridarların işləri olacaqdıRumi təqvim?! Bunların öz təqvimləri olub həmişə: maaş-borc təqvimi yeyib-bitirib ömürlərini...

Elə Şair bu cərgədəymiş ki, deyib:

Ey Füzuli, qalmışam heyrətdə,

bilməm neyləyim:

Dövrzalim, bəxtnafərcam,

 tələbçox, ömraz...

 

lll

Bəlkə daha dəqiqi belədir ki, bu ilsonu-ilbaşı vurhavuru bizə hər qədər vacib, əlamətdar gəlirsə gəlsin, içində vurnuxduğumuz Vaxt-Zaman üçün bir o qədər şərtidir, adidir.

Vaxttamdır, bütövdür; zamansa biryolluq yaranıb, ola bilsin, haçansa da birdəfəyə yoxa çəkiləcək. Köhnə ildə gözü qalmaz, təzə ilə tamah salmaz; ilsonunda vay-vayı var, ilbaşında hay-hayı...

Ancaq insana, yəni bizə təsəlli gərəkdir, təntənə lazımdır axı! Odur ki, təqvimlər tapıb, cədvəllər çəkib, ölçülər qoyuruq. Yerlər nisbi, adlar şərti...

Məsələn, adında 10-luq daşıyan Dekabr birdən-birə keçib dayanır 12-ci yerdə, ilimizin sonunda. Həm bu boyda dünyanınAralıqkimi tanıdığı o boyda dəryayaAğdənizdeyən qardaşlar birdən-birə Dekabrın adını çöndəribAralıqqoyurlar. Vaxtı araya qoymağın lap ağını çıxarmaqdır bu.

Hər dəfəöz icadımız olanillərdən birinin quyruğunu o birinin başına düyünləyəndə bunu Vaxtın ad günü kimi elə özümüzəcə sırıyır, sevinib-şadlanırıq. Bu minvalla, guya Vaxtı harasa ötürürük, Vaxtı hardansa götürürük, Vaxtı hardasa itiririk. Halbuki vaxt Vaxtın vecinə! Onun işi insanla, yəni bizimlədir. Ötürülən , götürülən , itirilən Özümüzük. Yoxsa Şair niyə desin ki:

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni:

Vəqtdir, çıxmağa dünya qapısından,

əyilin!

...Ad günün mübarək, Vaxt!...

kulis.az 

 





31.12.2012    çap et  çap et