525.Az

İbrahim Topçubaşov olduğu kimi


 

İbrahim Topçubaşov olduğu kimi <b style="color:red"></b>

(Esse)

Yuxu: Quba. Aşura günü, adətən, küçədə yolboyu ara-sıra gözə dəyən ehsan süfrələri açılır. Samovar çayı, bir büküm halva, qənd. Bu gün beləydi. Qubada bircə evin qarşısında fərqli, hələ heç kimin görmədiyi  bir mənzərə var idi: Manqalda kabab bişirdi. Samovar qaynıyırdı. Süfrədə konyak, araq var idi.Yoldan keçənlər süfrəyə dəvət olunurdu...

Saatın zənginə qan tərin içində yuxudan ayıldım... Bu yuxuya birazdan qayıdacam.

Bu gün mən, uşaqlıq illərindən idealım (kumirim) müəllimim, sənətinə, yaradıcılığına, şəxsiyyətinə pərəstiş etdiyim professor İbrahim bəy Topçubaşovdan 15 yaş  böyüyəm. Onda mən onu ilk dəfə canlı görəndə, əksinə o, məndən 27 yaş böyük idi. Təxminən 45 yaşında idi. Bakıxanovla  Səməd Vurğun küçəsinin tinində yerləşən  gözəl binanın önündə  bizTibb İnstitutunun birinci kurs tələbələrimən, Eldar, Hüseyn, dostlarımız Vahid, İlyas təsadüfən müəllimimizvaxtilə Üzeyir bəyin tələbəsi olmuş  bəstəkar, şair, həkim Kazım  Aslanlıya  rast gəldik, salamlaşdıq. Elə bu vaxt önümüzdə  birVolqaavtomobili dayandı. Kazım müəllim dedi ki, baxın,  professor  İbrahim bəy Topçubaşovdu. O, maşından düşdü, bizim qarşımızdan keçəndə salam  verdi bir az  yeyin addımlarla  binanın girişinə doğru irəlilədi. Əynində tünd buludu  rəngli  mövsümə uyğun, yüngül (sentyabrın əvvəlləriydi) kostyum var idi. Orta boylu, qarabuğdayı, iri  qara gözlü (gözlərində qəribə parlaqlıq var idi), qalın qaşlı, indiki dillə desək, lazım olduğundan artıq çəkili bir kişi idi. Üzündə təkəbbür, iddia, azca ciddilik, yalnız harayasa  tələsən insanın  ifadəsi  var idi. O, binaya daxil olanda  Kazım müəllim  dedi ki,  o mənim qonşumdu,  Flora Kərimovayla evləniblər. Onunçün gözəl mahnılar yazıb... Floranın  da səsi aləmdi... O, danışmaqda davam edirdi. Ancaq mən onun dediklərini daha eşitmirdim. Çünki xəyalım məni uşaqlıq illərimin beş, altı, yeddi, səkkiz yaşlarımdakı vaxtlarıma aparmışdı. O vaxtlar mən  xəstəlik dərəcəsində futbol  azarkeşiydim. Məsələn, “NeftçiLeninqradda  Zenitə” 3:1  uduzdu. Düz iki gün başım ağrıdı, həmin gecə səhərə kimi yata bilmədim. Uşaq vaxtı ən  vacib  sözləri  Atam  otaqda heç kim olmasa da pıçıltıyla qulağıma deyərdi. Əslində bu sözlər, öyüdlər, vəsiyyətlər mənim ömrüm boyu yadımda qalacaq gələcəkdə həyatda, yaradıcılığımda istifadə edəcəyim qiymətli xəzinələr  olacaq. Bəziləri isə öncəgörmələrotuz, qırx, əlli, altmış il sonraya olan proqnozlar idi.

Bir dəfə sabahkı fizika dərsini axşam yaxşı hazırlamamışdım. O, əyilib qulağıma pıçıltıyla dedi: “Bax, sən dərslərini yaxşı oxumasan böyüyəndə heç vaxt xarici ölkələrdə canlı futbola baxa bilməyəcəksən, məsələn, İngiltərədə, Amerikada. Çox  yaxşı oxusan  İbrahim  Topçubaşov  kimi olacaqsan...”

Futbol mənim yaralı yerimiydi. Dərhal kitabı götürdüm əlimə.

Orta məktəb illərində sərbəst güləşlə məşğul olurdum. Gərgin məşqlər vaxtımı çox alırdı. Yarışların birində sağ qolum bazu oynağından çıxdı. Axşam evdə atam qolumu gipsdə görəndə çox əsəbləşdi: “Əşi, mən səni İbrahim Topçubaşov kimi görmək istəyirəm. Sən gedib süpürrəşirsən. O qədər güləşən var ki...”

Sonralar bildim ki, atam-anam məni niyə alim, cərrah kimi daha məşhur Mustafa  bəy Topçubaşovla yox, İbrahimlə həvəsləndirirdilər. Çünki İbrahim həm gözəl  bəstəkar idi. O vaxtlar mən təzə-təzə şeir yazmağa  başlamışdım.

İllər uzunu təkrar-təkrar beynimə təlqin olunan idealım indi ilk dəfə canlı olaraq gözümün önündən keçib getdi. Ona görə Kazım müəllim onun haqqında daha nələr danışdısa, mən eşidə bilmədim.

İdealımla  ikinci  görüşüm  Tibb  İnstitutunun  o ilki  buraxılış  gecəsində  oldu:

Biz, birinci kurs tələbələrindən bir neçə nəfər Opera Balet Teatrındakı təntənəli  görüşdən sonra dağüstü parkda səhərə qədər davam edən o unudulmaz gecədə iştirak edirdik.O gecəni dünyanın heç bir rəssamı ya yazıçısı axıra qədər təsvir edə bilməzdi. Ancaq yenə bir neçə kəlmə:

O vaxtlar mənim kumirim professor İbrahim bəy Topçubaşovla  yaradıcılığa yeni başlayan Flora Kərimovanın  məhəbbətlərinin zirvəsi idi (həmin illər Flora xanım Tibb İnstitutunda təhsil alırdı).

Dağüstü parkdaDrujbarestoranının həyətində İbrahim bəy royalda  məhz  Flora üçün bəstələnmiş nəğmələrini çalır, Flora oxuyur... Gözəl ilıq bir  payız gecəsi. Gecə uzun, ömür qısa... İbrahim bəyin gözlərində qəribə ilahi bir eşq parıltısıay işığı  qarışıq...

Bir virtuoz  cərrahın, böyük alimin böyük ürəyi  royalın  şirmayı  dillərində  gəzir... Əllər quluydu o ürəyin... Mənsonralar Riçard Bartonu Yelizabet Teyloru sevən anlarında səhnədə görmüşəm, mənMehdi Məmmədovla Şəfiqə Məmmədovanın müqəddəs sevgilərində (bu sevdanın zirvəsində) “Xəyyamda tərəfmüqabil olanda görmüşəm, onlar özlərini oynayanda görmüşəm, eşqin özünü görmüşəm!.. Mən Rübabəni  Leyli oynayanda  görmüşəm. Ancaq onların heç biri  o gecədə İbrahim ola bilməzdi. O gecədə Həzrəti İbrahimin sevdalı ürəyi oxuyurdu o ürək Floranı  oxudurdu. Flora da ki, Flora. O təkrarsız səs, gözəl ürək, İbrahimin ilahi məhəbbətiylə qovuşmuşdu, bir atəşdə iki pərvanə yanırdı. Odun, işığın çatırtısı hələ qulaqlarımda səslənir, ürəyimi bağrımdan  qoparıb aparır, aparır...

mənim ürəyimin  ildırımlı şimşəklərində bir heyrətim onda havalandı ki, İbrahim müəllim əlləri röyalın şirmayı dillərində oxumağa başladı. O səscərrahın, bəstəkarın, alimin, natiqin bənzərsiz  səsi, hələ qulaqlarımdan getmir. Sonralar mən Tofiq Quliyevi, Emin Sabitoğlunu, Şəfiqə Axundovanı b. özləri öz nəğmələrini ifa edəndə  canlı  dinlədimhamısı da gözəl ürəyəyatımlı! Ancaq İbrahimin ifası bənzərsiziydi...

O gecədə  mələklər göylərdən enib, bizim aramızda haradasa bir mübarək yerdə əyləşmişdi. O gecə ayrı bir gecəydi...

O gecə düz səhərə kimi Dağüstü parkda gəzintilərlə, şirin söhbətlərlə, nəğmələrlə davam elədi. Onda Qarabağ getmişdi, saysız qayğılarımız varıydı. Onda atam, anam, qardaşım, babam, nənəm, dayım sağ idi. Ayın işığından tutub göylərə dırmaşırdım, ürəyim istəyəndə. Rəsul Rza demişkən, yol gedəndə heç kim məni tanımırdı, əzələləri  kürəyimdə, qolumda balıq kimi gəzdirirdim...

Üçüncü görüşümüzYanıqlarmühazirəsində oldu. Bəlkə bu söyləyəcəklərim indiki gənclərə bir az çatmaya. Bizlər tələbə olanda, o zamankı ali məktəblərdə olan görkəmli alimlərin qədim yunan natiqləri sayaq mühazirələrinə gedib könüllü qulaq asardıq. O natiqlərin, alimlərin sırasında riyaziyyatçı Qara Bəhmən, unudulmaz Azad  Mirzəcanzadə, İbrahim bəy Topçubaşov  başqaları var idi. Məno zamankı  birinci kurs tələbəsi bu minvalla iki dostumla birlikdə hələ dördüncü, beşinci kursda dinləyəcəyimiz  mühazirələrə könüllü gedirdik. Bu mühazirə o qəbildən idi. İynə atsaydın yerə düşməzdi. Tibb İnstitutunun müxtəlif kurs tələbələri, Politexnikin, Universitetin, Neft-Kimya İnstitutunun s. Ayaq üstə durmağa da yer yox idi. İbrahim bəy mühazirə oxuyurdu. “YanıqlarbəhsininŞua  yanıqları  bölümünə çatandaXirosima-Naqasakifaciəsinin təsvirində onun çöhrəsi bulud kimi doldu, gözəl nitqi azca titrədi birdən pəncərəyə tərəf döndü. Üzü pəncərəyə, şəhərə, arxası salona bir nəhəng kişi  hönkürürdü... Hamı nəfəsini çəkmişdi. Bir dəqiqəyə qədər davam edən bu mənzərə çox şaşırdıcı gözlənilməz idi. O, gözlərini dəsmalla sildi auditoriyaya tərəf çevrildi. Mühazirə davam edirdi... Qarşımızda Böyük Alim, virtuoz cərrah, təkrarsız Natiq, böyük ürək sahibi, qəlbinə dünyanın bütün rəngləri, sevgisi sığan müəllim, aşıq, bəstəkar, vulkan dağı, nur şəlaləsiprofessor İbrahim bəy Topçubaşov idi...

Dördüncü görüşümüz Mustafa bəyin E.Əfəndiyev adına xəstəxanada yerləşən  cərrahiyyə kafedrasında oldu:

Böyük cərrahiyyə otağı. Biz tələbələr otağınşüşə  papağındanbaxırıq. (Həkim tələbələrin otağa daxil olmadan əməliyyatları izləmək üçün xüsusi inşa olunmuş kümbəz). Otaqda İbrahim bəyin assistenti  dosent Əli Abbasov (Alik), ikinci assistenti  sevimli tələbəsi Qəmbər müəllim, kafedranın əməkdaşlarıAzər, Akif Şəfa müəllim. Xəstə əlli dörd yaşında nisbətən arıq, mədə rezeksiyası nəzərdə tutulan kişi. Xəstənin kürək əzələlərinə hər iki yan tərəfdən məhlul inyeksiya edillir. Müəllimimiz bizə izah edir: “Bu, Mustafa bəy TopçubaşovunEfir-yağ anesteziyasıdır (etil spirti, şaftalı yağı novakain). Dünyada analoqu olmayan yeni üsuldur. Bu üsulun eksperimental elmi əsaslandırılmasında böyük fizioloq professor Q.Qəhrəmanovun  böyük zəhməti olmuşdur. İbrahim Topçubaşovun da bu üsulun tətbiqiylə bağlı elmi araşdırmaları dünyanın bir çox nüfuzlu elmi dərgilərində çap olunmuşdur. Bu üsulla anesteziyanın fəsadından ölüm riski sıfırdır (“0”). Ən ağır əməliyyatların gedişində xəstənin huşu tam aydındır,analgeziya davamlıdır.”

İrəliyə gedib onu da deyim ki, o zamanlar heç kim bilmirdi ki, M.Topçubaşov   Q.Qəhrəmanovun bu üsulu bir neçə il sonra 1977-ci ildə Nobel mükafatı komitəsinin təklifiylə bu mükafata təqdim olunacaq, 1978-ci ildə mükafatın təqdim olunmasına bir neçə ay qalmış Sovet rejiminin (qaraguruhun) qara əlləriyləBakinski raboçi  qəzetində dalbadal 4 nömrədə Alfred Nobelin əleyhinə məqalələr dərc olundu. Guya Nobel Azərbaycana zərər fəlakətlər gətirmişdir. Sovet rejimi Nobeliifşaedirdi. Rejim heç vəchlə razı ola bilməzdi ki, müstəmləkələrindən birinin alimləri bu ada layiq görülsünlər.

Q.Qəhrəmanovun xatirələrindən: “1978-ci ilin oktyabr ayında əl radiosunu götürüb bağa getdik. Radioda Nobel mükafatı laureatlarının adları çəkilirdi. Bizim adımız çəkilmədi. 1978-ci ildə tibbə fiziologiyaya nəzərdə tutulmuş mükafat heç kəsə verilmədi. Mustafa bəy mənə dedi: “Qəhrəman, mən dünyanı görə-görə gəlmişəm. Sənin başın çox qovğalıdır. Mükafat səni hücumlardan qoruya bilərdi”.

Cərrahiyyə otağındakıların çox da nəzərə çarpmayan səfərbərliyi. Mənim idealım əməliyyat geyimində otağa daxil oldu. Əməliyyat başladı... Musiqinin əməliyyat otağında xəstəyə cərrahlara təsiri mövzusunda İbrahim Topçubaşovun rəhbərliyi altında dissertasiya  yazan Akif doktor xüsusi musiqi  müşayiətini  idarə edirdi. Ətrafa könül oxşayan həzin musiqi yayılırdıətir kimi, dağ havası, bulaq suyu kimi...

O gündən düz on il sonra mənim aktiv cərrah ömrüm başlayacaqdı. Bir ömür dünyanın yaxın-uzaq ölkələrində əməliyyat otaqlarında ağır xəstələrin çətin problemləriylə üz-üzə qalacaqdım. Ancaq onların heç birində o günkü qədər həyəcanlı olmadım. O gün yuxarıdan – “şüşə gümbəzdənbaxanda 10-a yaxın kiçikqar təpəcikləri bir ağappaq  dağgörürdüm. “ dağın  əlində gah skalpel, gah da başqa alətlər əməliyyat masasındakı xəstəyə  can verirdi. Can verirdi deyəndə, elə bil ki, bir adamın kəsilmiş qarnında dünyanın ən nadir, miniatür xalısı toxunurdu. Əllər , naxışları qırmızı kəpənək idilər, çəmən çiçəklərinə qonur yenə azca havalanıb, titrəyib, yenidən qonurdu...

Dünyanın ən böyük əl sürətiylə əllərin cəldliyi bəhsə girmişdi, seyircilərin təfəkkür sürəti onlara çata bilmirdi. Elə bil ki, dünyanın cüt ən sürətli göyərçin raketinin dalınca qədər səy etsə çata bilməyən əlliyə yaxın göz düşmüşdü...

Bir insanın mədəsində dünyanın ən zərif xalısı toxunurdu... Xəstə suallara aydın cavablar verirdi. Ağrı yox idi.

Mən dilin belə şirinliyini, sözlərin Məkkə göyərçinləri kimi, mübarək uçuşunu, rənglərin təsvirlərin ilahi harmoniyasını ilk dəfə bu biçimdə canlı görürdüm. O dil ilanı yuvasından  çıxara bilərdi. O dil  Stravinskinin məhəbbətinin zirvəsi – “Simurq quşubaletinin sözə transformasiyası idi. O dilol”! kəlmsindən yaranan dünyamızın, o uzaqol!”un əks-sədasıydı!...

O zamanlar  qəzetlər böyük-böyük başlıqlarla onun haqqında xoş sözlər  yazırdılar. O, yenicə Türkiyə, İtaliya Yaponiya səfərlərindən  qayıtmışdı. Hər üç ölkədə öd kisəsi məməciyinin xərçənginin yeni cərrahi müalicə üsulunu uğurla nümayiş etdirmişdi. Silsilə göstərmə cərrahi əməliyyatlar keçirmişdi, Türkiyədə cərrahlar cəmiyyətinin fəxri üzvü seçilmişdi.

Ankarada konsertdə Nesrin Sipahi onun bəstələdiyiDağlarda duman gözəldimahnısını ifa edirmiş. İbrahim bəy fasilədə xanımdan bu  şarkının bəstəçisini  soruşub məlum olub ki, müğənni bəstəkarın adını bilmir.

İtaliyaya səfərinin yekununda onaHaribaldi qızıl medalıtəltif olunub. Türkiyədə oxuduğu iyirmi dörd mühazirənin qonorarını kasıblara məxsus cərrahiyyə klinikasının hesabına köçürüb... Bir il Türkmənistandakı dağıdıcı zəlzələ zamanı insanları təmənnasız ölümdən xilas edib.

O zamanlar müxtəlif adamlar bu parlaq şəxsiyyət  haqqında ziddiyyətli  fikirlər söyləyirdilər. O zamanlar televiziya insanların ömrünə bu qədər nüfuz etməmişdi  ruhumuzun  məkanını bu qədər zəbt etməmişdi, internet  yox idi. Azərbaycanda əsas dedi-qodu mövzusu futbolBanişevski, Müslüm Maqomayev, gözəl Nərgiz (SSRİ KKB-sinin şefi  Semiçastnının sevgilisi, fontanlar bağında onun adına restoran)  bir İbrahim Topçubaşov idi.

Deyirdilər ki, İbrahim dünyada olan bütün kişilərdən fərqli gizlin-aşkar sevdiyi qadınların hamısını  ZAQSa aparıb, kəbin kəsdirib. Dörd dəfə evlənib. Deyirdilər ki, əsl kişi belə olar.

Hər dəfə uğursuz ailə həyatından sonra ata qınağı ilə, Sovet rejiminin ağır nəfəsiylə üzləşib, yerini itirib, məhrumiyyətlərə düçar olub. Çalışdığı cərrahiyyə kafedrasından Quba şəhər xəstəxanasına, oradan Maştağa xəstəxanasına, yerdəyişmələri bu səbəbdən olub. Quba mərkəzi xəstəxanasında bir müddət cərrah işləyib. Orada öz cərrahiyyə tibb bacısına vurulub. O, ömür boyu çalışdığı xəstəxanalarda saatını səhər gimnastikasıyla başlayar, musiqinin müşayiəti ilə cərrahi əməliyyatlara davam edərdi. Xülasə, çox az bir müddətdən sonra həmin tibb bacısıyla, sonralar bütün Azərbaycanın tanıyacağıQubalı qızla İbrahimin arasında böyük sevgiməhəbbət dastanı yarandı. onlar  ən qısa müddətdə ailə qurdular. Bu izdivacdan üç gözəl övlad dünyaya gəldi. İş onda idi ki, bütün bu gözəlliyin içində birnovar idi. O da izdivacdan əvvəl  Qubalı qızın öz əmisi oğluna nişanlı olmasıydı... 

İllər keçdi, İbrahim atasıyla barışdı, Bakıya döndü, doktorluq dissertasiyası müdafiə etdi, professor oldu. Yuxusuz gecələriylə, tükənməz enerjisiylə, ürəyinin böyük eşqi, Allah sevgisiylə, düzlüyü ilə, öz halal zəhmətiylə şöhrətinin zirvələrinə ucalmaqda davam etdi. Çoxlu sayda tələbələri oldu. Onlara övladları qədər atalıq elədi. Məsələn: Qəmbər müəllimin ləyaqətini, istedadını görüb Tovuzdan Bakıya dəvət etdi. Bu kasıb balasına öz ikinci mənzilini verdi ki, yaşasın, elmi rəhbəri oldu. Neçə-neçə insanlara Allahdan aşağı ömür bəxş etdi, qızıl əlləriylə. Musiqinin cərrahiyyə əməliyyatlarında istifadəsinin elmi əsaslandırılmasının bütün dünyada pioneri oldu, rəhbərliyi altında dissertasiya səviyyəsində elmi işlər aparıldı s., s.

bir gün təxminən qırx yaşlarında bütün zamanlar üçün Azərbaycanımızın dünyanın ən gözəl səslərindən olan Flora xanıma tuş gəldi. (Musiqiçilərin diliylə desək, dörd oktava səsi olan, dünyanın ən nadir məxmərindən, işığından, dəniz köpüyündən, quş iliyindən, bir ki, göylərin maviliyindən yoğrulan bir səsürək). bu mübarək görüşüdünya durduqca qalacaq nəğmələri, məhəbbəti Allah- təala özü yazmışdı taleyinə İbrahimin. Ağır zəhmli atanın, dəmir məngənəli Sovet rejiminin gizli-açıq təqibləri İbrahim bəy kimi zərif qəlbli, böyük ürəkli insanı desək , deməsək sağdan-soldan sıxırdı. Ürək ki, ürəkdi , o da ola cərrah ürəyi, aşiq ürəyi. Rəsmi bir insanın, kommunistin, ali məktəb professorunun, müəllimin, üstəlik dünyada tanınan  akademik oğlunun özüylə nəzərə çarpacaq yaş fərqi olan həkim, tələbə, müğənniylə dördüncü  evliliyi. O zamankı Sovet cəmiyyəti bu gerçəkliyi qəbul etmək gücündə deyildi. Səhnələrdə  min  il əvvəl  vaqe olan Leyli-Məcnun  faciəsi  təqdir olunurdu, ancaq  göz önündə  onun qədər aydın mübarək bir eşq təqib olunurdu.

Qızıl əlləriylə, mübarək istedadı, ağlıyla, sevdalı nazik ürəyiylə Vətənimizi  dünyada tanıdan bu nəhəng, dürüst şəxsiyyətə min illər təqdir olunan eşq, bu gün yaşandığına görə irad tutulurdu.

Onun mübarək eşqi, nəğmələri, şəxsiyyətinin, sənətinin işığı dünyada ən uca musiqili  fəvvarə kimi mazutlu bir şəhərdən, xeyli mazut qəlbli insanların arasından  göylərə ucalırdı, ürəklərə sevinc, gözlərə nur paylayırdı. Ancaq o nur zərrəcikləri yerə qayıdanda, yenə o mazut ürəklərlə bir bərabərə çatanda ağrılar, acılar təzələnirdi. Bu minvalla göylərə zillənən işıq şəlaləsi, yerlərə dönüşündə ağrı-acılara tuş gəlirdi. Ucalardaydı onun xoşbəxt məhəbbət ömrü. O da dəqiqələr çəkirdi. Zamanın qalan böyük bölümündə qaranlıq cəhalət var idi. həmin cəhalət   onu qırx beş yaşında bu dünyadan qoparıb qədri bilinəcəyi bir dünyaya aparanda, bizim beşinci görüşümüz baş tutdu:

Böyükçox böyük izdiham. Qara örtüklü tabutun dalıyca müxtəlif məsafələrdə  dörd qara geyimli, qara örpəkli qadın gedir. Ən kiçiyinin iyirmi doqquz, ən böyüyünün qırx beş yaşı var. Ən kiçiyiFlora xanım onlardan bir az arxada addımlayırdı. Dördünün qoluna yaxın rəfiqələri girib. Yoxsa addımlamaq olmazdı. Bu boyda dərdi tək daşımaq olmazdı!..

Onların dördü tabutun dalıyca mənə yaxın məsafədə addımlayırdılar. O hıcqırtılar, yanıqlı göz yaşları ürək dağlayırdı. Flora xanıma ən yaxın məsafədə idim. Fikrim öndə tabutun içində gedən kumirimdə idi. Ömrümdə gözlərimdən bu qədər yaş axmamışdı. Birdən diqqətimi Flora xanımın yaxın məsafədən aydın eşidilən zümzüməsi çəkdi. O, İbrahimin ona həsr etdiyi mahnını qəribə yanıqlı səslə oxuyurdu. Bu eşitdiyim ağıların ən acısı, təsirlisi  idi. Az qalırdı damarımda qanım dona. Elə bil ki, dünyanın ən təsirli zəhərinə bal qatmışdılar. Ölüm səsdə, nəğmədə həll olmuşdu...

Haşiyə:

Bu hadisədən düz otuz il sonra Flora xanım mənim sözlərimə Ətiqə Ələkbərovanın   bəstələdiyiAllah mənim köməyim olmahnısını mənim Allahın rizası üçün həmin səslə oxudu...

O ağır, unudulmaz gündən üzü bəri yaxınuzaq səfərlərimdə müəllimim, idealım İbrahim bəy Topçubaşovla bağlı bütün xatirələri ürəyimdə əzizlədim, saxladım. Bir neçəsini sizlərlə bölüşəcəyəm.

Tələbəsi, indi ATU-nun cərrahiyyə kafedrasının müdiri professor Həsən Sultanov:

Bərdənin baş həkimi cərrahı idim. Maddi imkanım qədərincə idi. İbrahim müəllim elmi rəhbərim idi. Müdafiəm çox yaxşı keçdi. Müdafiədən sonra dedim ki, “İnturist banket behləmişəm. Kimləri buyurursunuz dəvət edin, axşam bu günü qeyd edək. Etiraz elədi. Bu gün əməliyyatlarım olub, yorulmuşam, sonra da müdafiə, axşam daNeftçioynayır, futbola gedəcəm. Bir ayrı vaxt qeyd edərik. Mən utana-utana təkid elədim. Biz artıq geyinib küçəyə çıxmışdıq. GəldikTəzə bazara. Girəcəkdə,  Gəncə səbətləri satılan yerdə dedi ki, dörd dənə böyk səbət ver. Tez iki nəfər köməkçi çağırdım. Ət dükanında qəssaba iki qoç kəsdirdi, hər birini iki şaqqaya böldürdü, hər səbətə bir şaqqa qoydurdu, sonra bu minvalla hər səbətə 5 kq alma, 5 kq mandarin, balıq, meyvə, göy-göyərti, xülasə, bir evə lazım olacaq bir həftəlik bazarlıq. Dörd çox böyük səbəti iki taksiyə qoyduq, ünvanları dedi, hər ünvanda dayanıb mən, özü taksi sürücülərinin köməyiylə (evlərin ikisi liftsiz idi) o ünvanlara çatdırdıq, axırıncı səbəti Flora xanım yaşayan evə gətirdik. Bu ünvana çatanda gözümün ucuyla müəllimimin üzünə baxdım. Bu dolu bədənli, ağır çəkili adam əməlli başlı yorulmuşdu, tərləmişdi. İstəməsəm təkidlə məni evə dəvət etdi. Saat təxminən altı olardı. Dedi ki, səhərdən başım işlərə o qədər qarışıb ki, heç nahar etməmişəm. Evdə heç kim yox idi. Soyuducudan yarım kiloluq şüşə qabda qara kürü, kərə yağı, çörək konyak gətirdi. Mən utana-utana kürü sevmədiyimi dedim, təkid etdi ki, birlikdə əyləşək. Kiçik çörəyə yağ kürü sürtdü. Qalan bütün kürünü, yağı böyük çörəyə çəkib yedi. Nisbətən iri qədəhlərə konyak süzdü, məni uğurlu müdafiə münasibətilə təbrik etdi, qədəhləri içdik mən ondan ayrıldım. Taleyindən keçən o dörd xanıma İbrahim bəyin  münasibəti heç vaxt yadımdan çıxmaz. Yol boyu elə bil ki, aydan yerə dönmüş bir adam idim...

Sağlam qidalanmağın yolunu axı o bizim hamımızdan daha yaxşı bilirdi. O, niyə belə edirdi?..”

ATU-nun kimya kafedrasının  dosenti  Əziz Məmmədov:

Dost idik. Evimizdə yeyib-içirdik. Birdən həyat yoldaşımın biləyindəki şişi gördü, süfrədən dik qalxdı, yaxınlaşdı, əliylə tutdu, “klinikaya gedirik,” –  dedi. (Onu da deyim ki, mən həyat yoldaşımı düz üç aydı ki, həkimə aparmağa razı sala bilmirdim. Qorxurdu...). Bu professor,  İbrahim  Topçubaşov idi. Böyük şöhrəti, sənəti, xəstələrə, –  nüfuzlu  ucalıqdan mütləq ani təlqini: “Gedək, dedi, –  bir azdan qayıdarıq...”

Klinikaya zəng elədi: “Əməliyyat otağını hazırlayın.” Yeməklər süfrədə qaldı. Mən heç cür  gözlərimə inana bilmirdim ki, “qorxaqların  padişahıxanımım necə ani olaraq getməyə razı oldu. Biz klinikaya daxil olanda həyat yoldaşımın ən çox xoşuna gələn musiqi sədaları (əlbəttə Flora xanımın ifasıyla) üstümüzə çiləndi...

İki saatdan sonra evimizdəydik, İbrahim bəy sağlıq deyirdi...

İbrahim dünyasını dəyişəndə üç gün evimizdə matəm oldu. Üç  gecə-gündüz mən həyat  yoldaşımı sakitləşdirə bilmədim...”

Tələbəsi,  indi yetmiş beş yaşı olan dosent  Azər Şadlinski.

Mən ömrümdə çox cərrahlar natiqlər görmüşəm. Heç bir qələm onun cərrahiyyə əməliyyatlarındakı əllərinin uğurunu, insan topoqrafik anatomiyasına bu qədər bələdliyini, xəstələrə baxışdan sonrakı ilahi təhlilini, mühazirələrindəki dil şirinliyini, royalın arxasında özü öz nəğmələrini ifa edəndə olan halını təsvir edə bilməz. Sonra sakit səslə: sən əbəs yerə özünü yorma...”

Tələbəsi dosent

Şəfa Əliyev.

Professor İbrahim Topçubaşov geniş dünyagörüşünə, müstəsna istedada dərin zəkaya malik bir alim idi. O, böyük işgüzarlığı gərgin əməyi ilə hamını heyran edirdi, cərrahlığın müxtəlif sahələrində eyni intensivlikdə uğurlu fəaliyyət göstərirdi. Özü öz işindən zövq  alırdı!!.

Qırx beş il, üç ay, iyirmi doqquz gün mənalı bir ömür yaşadı.”

Professor

Zəhra xanım Quliyeva:

Qonşu idik. Uşaq baxçasına birgə gedərdik. İbrahim kök, nadinc uşaq idi.Bir yerdə durmazdı. O qədər o yan-bu yana qaçardı ki, qan-tər içində olardı. Müəlliməsi  kürəyinə paltarın altından  dəsmal salardı, tez-tez dəyişərdi... Bir dəfə təxminən on yaşım olanda, anam məni Reyhan xanımgilə nəyə görəsə göndərdi... Elə yenicə sözümü demişdim ki, İbrahim həyətdən evə gəldi. Məni  görcək royalın arxasına keçib ani bəstələdiyi sözlərini quraşdırdığı mahnısını çalıb-oxumağa başladı: “Zəhra bizə qonaq gəlib...” Onu bir dəfə görən adam ömür boyu unuda bilməzdi...!!!”

Haşiyə:

Keçən əsrdə dünyada insanın bütün əzalarında (ayaqdan-başa, beyinə qədər, qaraciyərdən ürəyə qədər, damarlardan sümüyə qədər hər yerdə, hər yerdə) bıçağı işləyən bir neçə Böyük Cərrah, Alim yaşayıb. Azərbaycanın payına akademik Mustafa bəy Topçubaşov  düşmüşdü. (Çox-çox ölkələr, məmləkətlər var idi ki, heç belə birisi yox idi). O Mustafa bəyin iki tələbəsi belə hünər sahibiydilər. Biri professor Fuad Əfəndiyev, o birisi professor İbrahim Topçubaşov. İkisi müəllimlərinin yarı yaşında bizləri tərk etdilər...

Bu yazını məhz indi, indi yazmağa məni sövq edən, bu yazının əvvəlində gördüyüm  yuxu oldu.

Əslində bu yuxu mənim  idealım professor İbrahim bəy Topçubaşovun  tələbəsi, professor Baxşəli Baxşəliyevin beş il əvvəl mənə danışdığı gerçəyin yaddaşımdakı kölgəsi idi. Baxşəli müəllim deyirdi ki, 1970-ci ilin 23 fevralında (o zamanlar mən Qubada şəhər xəstəxanasında cərrah işləyirdim) küçədə bir evin qarşısında süfrə açılmışdı. Beş addımda manqalda kabab bişirdi, samovar qaynayırdı. Süfrədə araq, şərab var idi. Ev yiyəsi yoldan keçənləri dəvət edirdi. Heç olmasa, iki tikə kabab  götürüb yüz qram araq vurmağı xahiş edirdi. Mən lap yaxından keçirdim, yaxınlaşdım. Xəstəxanamızın feldşeri orada idi. Soruşmaq istəyəndə başını aşağı salıb yavaş səslə dedi: “Baxşəli doktor, gedək, bu kişi İbrahim doktorun vaxtilə Qubada işləyəndə  evləndiyiQubalı qızınəmisi, həm o vaxtlar  nişanlı olduğu oğlanın atasıdır. Bu gün professor İbrahim Topçubaşov rəhmətə gedib. Bu axmaq kişi şadyanalıq edib, keçənləri süfrəyə dəvət edir...”

Baxşəli müəllim deyirdi ki, ayaqlarım bu ağırlıqda zindana dönməmişdi. Hannan-hana ayaqlarımı zorla dalımca sürüyə-sürüyə oradan uzaqlaşdım. Bir taksiyə oturub birbaşa: “Bakıya sür,” – dedim... Yol boyu nələr keçdi beynimdən, ürəyimdən. Xatirələr, xatirələr... Xeyirxahım, müəllimim, dünyanın ən gözəl kişisi, qadınların dəlicəsinə sevdiyi erkək, atam, qardaşım professor İbrahim bəy Topçubaşov. Yüksək mədəniyyətli, qanadlı, nəğməli, səxavətli, yaxşılıqdan doymayan, yorulmaq bilməyən, pislikləri görməyən, görmək istəməyən, zəmanəsinin düşməni, yetimlərin dostu idi o....

Bu gün Baxşəli müəllimlə telefon danışığmda hal-əhval tutdum, dedi ki, səhər iki ağır əməliyyat etmişəm. Ağır olsa da, vaxtilə mənə danışdığı xatirəsini onun yadına saldım. Dəstəkdə uzun fasilədən  sonra güclə eşidilən hıçqırıqlar eşitdim. isə demək istədi, tez sağollaşıb xudahafizləşdim. Bəlkə , demək istəyirdi ki, o faciə Cavidin, Şekspirin qələminə layiq idi. Heyif  İbrahimdən,.. Onu hələ əvəz edən yoxdur...

SON

İbrahim bəy bütün zamanlar üçün dünyanın ən gözəl cərrahı, Bülbül İnsanımız təkrarsız müəllimimiz, bənzərsiz ustadımız idi.

O, təpədən-dırnağa, başdan-ayağa eşq idi. Eşqİşıqdır. İşıq haqdan yanırsa, məhv ola bilməz. İşıq qınanmaz! İşıq yalnız öyülər. İşığı quyulamaq olmaz. İşığı dondurmaq, yandırmaq olar. İşıqdan adam islana bilər. Ürəklərdən qan qarışıq İşıq axa bilər... Maye işıq.

İşıq əsrin, zamanın, bir millətin, xalqın da damarlarından axa bilər. O heç vaxt yox ola bilməz. İşıq ucalıqdır! O, dua kimi Tanrıya ən tez çatandır! Bizi ucalara səsləyən İbrahim bəy işıq idi. İbrahim bəy İşıqdır,  yalnız özünə  bənzəyən!.. Həmişə var olan!!!

Gözəl böyük müəllimim, fizioloq professor Qəhrəman Qəhrəmanov deyirdi ki, şüurlu fəaliyyət emosiyasız qeyri-mümkündür.

Bir ömür emosional nəhəng vulkanda yaşayan İbrahim Topçubaşov bənzərsiz təfəkkür, enerji sahibi idi. Çox təəssüf ki, ətrafdakılara, xalqımıza, Vətənimizə nur çiləyən o gur enerji zamanın  basqısı onun özünü cismən belə tez məhv etdi. Qırx  beş yaş idi ki...

Dekabr  2012

 





31.12.2012    çap et  çap et