525.Az

Azərbaycan ədəbiyyatında sufizm


 

Azərbaycan ədəbiyyatında sufizm <b style="color:red"></b>

filologiya elmləri doktoru,
professor

 

 

Böyük fars şairi, farsdilli qəzəlin dahi yaradıcısı Hafiz Şirazinin özününpiritəriqətisayaraq qəzəllərinə nəzirələr yazdığı Marağalı Əvhədi (1274-1338) Azərbaycan sufi ədəbiyyatının böyük mütəfəkkirlərindən biridir. Məşhur Marağa rəsədxanasının güclü fəaliyyət göstərdiyi dövrlərdə  yüksək təhsil alıb dərin bilik qazanmış Əvhədi çoxlu səyahət etmiş 1333- ildə 59 yaşında Marağaya qayıdaraq Nizami Sənayi ənənələri möcibincə özününCami-cəm” (“Cəmşidin Camı”) didaktikəxlaqi məsnəvisini yazmışdır.

 

O, bir alim kimi elmi məsələlərə girişir, kainatın yaradılması, mədən, bitki, heyvan insanın yaradılmasından elmi söhbət açır. Kitabın üç hissədən ibarət birini buna həsr edir... Kitabın əvvəlindən axırına qədər elmə mədhiyyə oxuyur... Övlad tərbiyəsi məsələsi üzərində şair çox dayanır” (Yusifli Xəlil. “Marağalı Əvhədi onunCami-cəmpoeması”, Marağalı Əvhədi. Cami-cəm. Bakı, “Lidernəşriyyatı, 2004, s.5).

 

Cami-cəmpoetik baxımdan Nizami Gəncəvinin, nəzərifəlsəfi baxımından Ş.M.Şəbüstərinin yolunu davam etdirir. Məsələn, ŞəbüstəriOnuncu sualınQaydasında yazırdı: “Gözəl xasiyyətlərin birinci şərti ədalətdir // Ondan sonra isə hikmət, iffət (paklıq) şücaətdir”. Marağalı Əvhədi isə yazır:

 

Əgər bilməsə təfsir, nəhv, hikmət

 

Sən şahdan, vəzirdən, istə ədalət.

 

Onun ədalətli şah, ümumiyyətlə ədalətin fəzilətləri haqqında fikirləri dahi Nizaminin ədalətli şah kamil insan haqqında fəlsəfi görüşləri ilə yaxından səsləşir.

 

Şəriətdən tutmuş məişətədək bir çox mətləbləri xırdalıqlarına qədər çözələyən bu poemada Marağalı Əvhədinin sufi baxışları əsərin ikinci fəslinin ikinci balında yer alır. Bu hissə poemanın həcmcə üçdə birindən artığını təşkil edir. Fəqət, həmişə olduğu kimi, söhbət həcmdə deyil mahiyyətdədir.

 

PoemanınMürşid rəhbər axtarmaq haqqındaadlı  bölümündə Mürşid (Siddiq) axtarmağa çağırır:

 

Mən düz göstərirəm Siddiq yolunu

 

Bir öyrən, hardadır, çalış  gör onu

 

Dünya o paklardan deyildir uzaq

 

Sən oturmusan yaslılar sayaq

 

Xəzinə gizləmiş burada hər bucaq

 

Birdə sənin yerin yox burda ancaq

 

Hər kəs ki, bu yolu elmsiz gedər

 

Onun fərmanına kim ürək verər

 

Bu məstlik çağında bir rəhbər gərək

 

Lazımdır tapasan bir yol göstərən

 

Onun kölgəsində oturasan sən.

 

Səninçin vacibdir ağıllı bir zat,

 

Çatsan beləsinə ona əl uzat.

 

Tədqiqatçı yazır: “İnkarolunmaz həqiqətdir ki, Əvhədi sufizmə meyl edən şairlərdən olmuşdur. Onun poemasında sufizmlə bağlı fikirlər çoxdur... Qəribə burasıdır ki, sufizmi bəzən yanlış olaraq tərkidünyalıq, mütilik təbliğ edən bir cərəyan kimi tanıyırlar. Halbuki çox mürəkkəb bir çox qolları olan sufizm əslində hakim dinə, feodal ideologiyaya qarşı müxalifətin, xalq etirazının ifadə formalarından biri olmuşdur... Əvhədi poemasında insanı bu məqama (“mənəm Allahməqamına) layiq qadir olduğunu göstərmişdir” (Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2008, s.264). M.Əvhədi şeyxin müridin sifətlərini belə nəqş edir:

 

Din elmi lazımdır şeyxə, şəriət

 

Bir ki, düz, sağlam, mətin bir hikmət.

 

Təmiz, müşk ətirli bir nəfəs gərək

 

Quruluqdan uzaq baş, beyin, ürək.

 

Könlünü qan ilə bəsləmiş olsun

 

Həfsini öldürüb, qan yemiş olsun.

 

Allahın istəyi, iradəsiylə

 

Hər şeyi yerində  gətirər dilə.

 

Bədəni zindanda, ruhu göydədir

 

Üzündə, gözündə gülüş rəqs edir.

 

M.Əvhədi insanı nəfsini öldürməyə tövbə etməyə çağırır. Tövbəylə günahdan kənar olsan, zahirin batinin nura boyanar deyir:

 

Alim öyrənib bilsə-dəftərdən,

 

Mömin onu üzdən oxuyur həmən.

 

Gözü Haqq nuru ilə görən bir ürək,

 

Pərdə arxasında var görəcək.

 

Əvhədi deyir ki, kişinin başı o vaxt ucalar ki, onun nəfsinin başı aşağı olsun, “Tərk etsin çoxluğu, sayı aşikar // Rədd etsin Allahdan başqa hər var”. Şair nəhayətdə bu qənaətə gəlir ki, xəlvətin mənasını anlamaqHillədə tək, azad olmaq üçünaşağıdakı qırx yaman xisləti tərk etmək lazımdır:

 

Təkəbbür, mənəmlik, özünü çəkmək,

 

Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,

 

Tərəddüd, paxıllıq, kələk, kin, tamah,

 

Yalançı, saxtakar, vəfasız olmaq,

 

Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,

 

Pozğunluq, nankorluq, insan incitmək,

 

İsrar, böhtançılıq, bir fitnə, lağ,

 

Fırıldaq, qan içmək, riya nifaq,

 

Hirs, ikiüzlülük, acgözlük, həsəd,

 

Zülüm, cövr, cəfa, süstlük nifrət

 

Hər söylədimsə ondan qaç uzaq,

 

Onların əksiylə məşğul ol ancaq.

 

Buna yiyələnib onlardan qaçan

 

Ölkəyə vəlidir, həm vali inan.

 

Bu xislətlərdən xilas olmaq sufiliyin başlıca şərtidir təbii ki, ancaq bu mənfi xislətlərdən təmizlənmiş adam Allahın dərgahına yaxınlaşa, onunla qovuşa bilər.

 

Böyük sələfi Nizami kimi M.Əvhədi eşqi insan kamilliyinin başlıca əlaməti hesab edirdi.

 

Azərbaycanda XIII-XVI yüzilliklərdə xüsusilə geniş yayılmış sufizm cəmiyyətin həyat tərzinin fəallaşmasında əhəmiyyətli rol oynayırdı. Xanəgahlar sadəcə təriqət başçılarının, mürşidlərin zikr etdikləri yerlər deyil, cəmiyyət həyatını hərəkətə gətirən elm-irfan mərkəzləri idi. Sufizmin Azərbaycanda fəal qolu olan Vəhdəti-vücud insana diqqəti artırmış, onu ilahi varlıq kimi vəsf etməyə başlamışdır. Hələ dahi Nizamidən, erkən sufilərdən gələn kamil insan konsepsiyası sufizmdə ilahi insan həddinəson həddə qədər yüksəldi. Sufi təlimlərin əsasında əxlaqi kamillik mənəvi saflıq ideyası durur, özünə, nəfsinə qalib gəlmək, özünü təmizləmək bu sırada əsas yer tuturdu. Bədiifəlsəfi bir cərəyan kimi sufizm həm bəzi təzyiqlərdən qorunmaq, həm dərin mənaları ifadə etmək üçün poeziyada yeni forma axtarışları aparır, bədiipoetik ifadə imkanlarını genişləndirir, ədəbiyyatın obrazlılığı artırdı. Bu proses Füzuli poeziyasında öz zirvə məqamına çatmışdır.

 

Sufilik erkən islam dövründə nəzəriyyə kimi deyil, həyat tərzi kimi yaranmışdırkimi bir başlanğıcdan çıxış edən Rəhim Əliyev sufizmin panteizmləvəhdəti vücudla (İbn Ərəbi təlimi iləG.Ə.K.) dil tapmasının səbəbi haqqında yazır: “Axı islam Allahı əlamətsiz idi, çox mücərrəd idi bu onun savadsız adamlar arasında təbliğinə çətinliklər yaradırdı... Sufilər deyirdilər: dünya Allahın əmri ilə yaranıbsa, o hər şeyin səbəbidirsə, deməli hər şeydə, görünən bütün vücudlarda Allahın əlamətlərinin olması təbiidir. Beləcə sufilərdə Allahın sadə, ən savadsız adamlara izah oluna bilən bir formulası yarandı. Allahgörünən görünməyən vücudatın cəmidir. Allah vəhdətivücudatdır...

 

Müsəlman sufilər Allahın birliyinə ehkam kimi heç zaman şübhə etməyiblər. Onlar üçün vəhdətivücud dünyanın gözəlliyindən Allahın gözəlliyini onun xaliqlik qüdrətinin gücünü anlamaq duymaq forması idi” (Sufi irfan terminləri haqqında. “Ədəbiyyat qəzeti”. 6 avqust, 2010). R.Əliyevin sufi irfan anlayışlarına yanlış münasibətlə bağlı bir fikri maraq doğurur. O, yazır: “Guya Allahı ağılla dərk edənlər sufidir, intuisiya ilə dərk edənlər irfanidir. Gülünc bölgüdür... bütün dinlərdə Allaha ağılla deyil, ürəklə sufi dilində desək, eşqlə bağlanmaq daha üstün hesab olunur. İslamda bunasidqdeyilir, lakin mənası elə ürəklə bağlanmadır”. Nüfuzlu mənbələr qeyd edir ki, sufizmə görə Allahı ağılla dərk etmək olmaz. Ağıl Allahın insana yerdə yaşamaq, yer həqiqətlərini dərk etmək üçün verdiyi imkandır. Allaha yetmək üçün isə bütün yer əşyalarından xilas olmaq, tamahlardan təmizlənmək, mənfi xislətlərdən azad olmaq lazımdır.

 

Məntiqdən kənara çıxan mətləbləri dərk etmək sufiliyin başlıca şərtidir. İlahisəmavi həqiqətləri dərk etməyin özməntiqivar. Məsələn, niyə bir adam istedadlı olur?! Dahi bəstəkar musiqisini haradan eşidir?! Niyə sevənlər dünyanı başqa gözlə görürlər?! Ekstaz həddində insan niyə görmür, eşitmir hiss etmir?! İnsanın varlığına ilahi həqiqətləri dərk etmək imkanı veriləndə o özü ilahiləşir, Allaha çevrilir. Nəsimi yazırdı:

 

 

Daim ənəlhəqq söylərəm,

 

həqdən çü Mənsur olmuşam

 

Kimdir məni bər-dar edən,

 

bu şəhrə məşhur olmuşam

 

Qibləsiyəm sadiqlərin,

 

məşuqiyəm aşiqlərin

 

Məqsudiyəm layiqlərin,

 

çün beyti məmur olmuşam.  

 

 

Sadiqlərin qibləsiyəni Allaha qovuşanların, allahlaşanların qibləsi olmaq, hətta daha önə keçmək demək deyilmi?!

 

Sufi olmağın birinci şərti özünü dəf etmək, özünə qalib gəlməkdir. Özünə qalib gəlmək üçün ən əvvəl nəfsinə qalib gəlməlisən. Ərəb sözü olan nəfs lüğətlərdə insandakı heyvani hiss, şəhvət hissi kimi mənalandırılır. Klassik ədəbiyyatda tez-teznəfsiəmmarəişlənir ki, mənası nəfsin əmri, nəfsin çağırışı, nəfsin qulu deməkdir. Öznəfsiəmmarəsinəqalib gəlmək salikin birinci vəzifəsidir. Lakin nəfsə qalib gəlmək, bəzilərinin düşündüyü kimi, heç dünya malından tamamilə imtina etmək deyil. İnsan yaşamaq üçün lazım olduğu qədər dünya nemətlərindən istifadə etməlidir. Əsas məsələ isə dünya malına aludə olmamaq, ondan asılı vəziyyətə düşməməkdir. Maddi həyatdan mənəvi həyata keçmək üçün dünya malından imtina etmək gərəkdir ki, məhz bunun üçün insan öz nəfsinə qalib gəlməyi bacarmalıdır. Maddi maraq, dünya malına hərislik olan qəlbdə mənəvi saflıq yuva bağlaya bilməz. Maddi olan hər şey insanın bədəninə xidmət edir. Bədən isə ruhun qlafıdır, o ruhu əzizləmək qorumaq üçün yaranıb. Ruh çıxan kimi bədən bütün gözəlliyini, mahiyyətini itirir.

 

Bəli, tamamilə doğrudur, Allah insanı bir dəfə yaradır, insan dünyaya bir dəfə gəlir. Lakin Allah insana qeyriadi imkanlardüşünən beyin, danışan dil, görən göz,  dünyanı gəzən ayaqlar, möcüzə yarada bilən əllər, duymağı sevməyi bacaran qəlb, dad iy bilmə, hətta yuxu görmə imkanları verir. Bütün bunların sayəsində insan özü-özünü dəfələrlə yaratmağı bacarmalıdır. Çünki Allah ona sehri Tanrıdan başqa heç kimə məlum olmayan ilahi bir vergiİstedad verir.

 

Sufizmin tarixində əsas dönüşlərdən birini nəxşibəndi təriqəti yaratdı. Sufizmin erkən mərhələsində bu fani maddi dünyaya bağlanmamaq üçün, ondan imtina edən tərkidünya (asket) dərvişlər, kobud desək artıq avara bir həyat sürməyə başlamışdılar. Xatırladaq ki, sufizm əslində Məhəmməddən sonra xilafəti idarə edən üçüncü xəlifəninÖmərin dövründə malibərabərsizliyə etiraz əlaməti olaraq meydana gəlmiş bir cərəyan idi. Bu minvalla da dünya malından imtina nəfsin öldürülməsi nəfsə qalib gəlmək yolunda ilk addım idi. Fəqət, bu dərvişliyin sürətlə artdığı dövrdə elə bir həddə gəlib çatdı ki, çiyni heybəli, yun əbalı dərvişlər qapı-qapı gəzib dilənməyə başladılar. Bu əslində sufizmin paklıq ülviyyət kanonlarına zidd idi. Belə olanda İmam Cəfəri Sadiqin nəslindən olan Buxaralı Bəhaüddun Şahi Nəxşnbənd (1318-1388) “Əvvəl zəhmət, sonra məhəbbət!” şüarını irəli sürdü. Bu şüar sufilərin başını torpağa əydi. Xeyr, onları ilahi məqsədlərdən, Allah eşqindən ayırmadı. Sufizmə xüsusi bir forma verdi. Avara dərvişlərə anlatdı ki, əkinbiçin, təsərrüfat da Allah buyruğudur. Burada nəfs yoxdur. Nəfs insana yaşamaq üçün lazım olandan artığını (heyvani bir şəhvətlə) iddia etməkdir. Əlbəttə, burada müəyyən ziddiyyətlər var. Fəqət, nəxş bəndlik sufi dərvişləri bir yerə topladı, dağılmağa qoymadı, onların fikrini əqidəyə Allahın verdiyi nemətlərə yönəltdi. Nəxşi bəndlik sufizmi bir əli torpaqda, bir əli haqda yaşadan təlim təriqət idi.

 

lll

 

Sufizm möcüzələr müəmmalarla doludur. Lakin sufi mürşidlərə möcüzə göstərmək qadağan olunmuşdur. Çünki möcüzə göstərmək Allahın işinə qarışmaqdır ki, bu isə böyük günah idi. Mənsur Həllacı edamına fitva o möcüzə göstərdiyinə görə verilmişdir...

 

Bir gün gənc Fəridəddin Əttar öz dükanında oturubmuş. Birdən bir sufi dərviş ona yaxınlaşır soruşur: “Sən necə ölmək istəyirsən?” Əttar bu gözlənilməz suala belə cavab verir: “Sən necə mən elə”. Sufi dərviş cibindən bir dəmir parçası çıxarır, ya Allah deyib vurur başına ölür. Bu hadisə F.Əttarı sarsıdır, həyatını alt-üst edir dönüb sufizmlə məşğul olur. Böyük elmi irfan təlimi alandan sonraİlahinaməMəntiqüt-teyrtraktatlarını yazır...

 

ŞərqAzərbaycan ədəbiyyatında sufizmi  hürufizmsizFəzlullah Nəiminin nəzəriyyəsi İmadəddin Nəsiminin poeziyası olmadan bütöv  şəkildə təsəvvür etmək olmaz. Hürufizmin nəzəriyyəsini Fəzlullah Nəimi Təbrizi Astorabadi (1329-1394) poetik zirvəsini Seyid Əli İmadəddin Nəsimi (1369-1417) yaratmışdır. OnunCavidannamə”, “Məhəbbətnamə”, “Ərşnamə”, “Nəsihətnamə” , “Növminamə şeirlərDivanı” (Heç biri farscadan dilimizə tərcümə olunmayıb!) əsərlərində sufi təriqət olan hurifizmin nəzəri  mahiyyəti izah olunur. “Cavidnamələr altı kitabdan ibarətdir, onun birincisiniCavidani Kəbiri Fəzlullah, qalanları müridiləri yazmışlar.

 

Hürufizmə görə Allah iki formada təzahür edir: 1. İnsanda 2. Sözdə-Quranda (Allahın sözündə). Allahın insanda təzahürünün üç mərhələsi var:  1.Nəbüvvət peyğəmbərlik; 2. vəlayətilahi himayədarlıq; 3. üluhiyyətilahilik! NəbbüvvətMəhəmməd Əleyhyüssəlamla başa çatır. İlahi himayədarlar şiə imamlarıdır.  Nəimi axırıncı himayədir, birinci canlı xuda, üçüncü mərhələnin banisidir. Allahın ikinci təzahürü sözdə, səsdə,  hərfdədir. Ən kamil hərf, sözQurandır (Bax: Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq... s.230).

 

Hürufizmin nəzəri fəlsəfi əsasında Allahı təbiətin hüdudları daxilində, onun varlığında dərk edən panteizm dayanır. Bu barədə mükəmməl şərq mənbələrinə istinad edən filosof A.Şükürov yazıb: “Bu fəlsəfənin nümayəndələri ləfziSözü Allahla  birləşməkdə insana verilən imkan kimi irəli sürülür. İdrak da Sözün idrakıdır, onların dili ilə desək, Mərifət sözün mərifətidir. Söz mövcud olan nəsnələr üçün təzahür formasıdır. Elə məhz buna görə Söz irəli sürülür heç bir mənanı Sözsüz təsəvvür etmək olmur. İslam fəlsəfəsində olan Hürufilər bir dahi sufi M.Füzulidə hüsn həm eşqin, həm qəmin səbəbidir: “Hüsnün olduqca füzun, eşq əhli artır zar olur // Hüsn mitdar olursa eşq ol mitdar olur”. Füzulidə hüsn dünyanı göstərən aynadır, ən kamil hüsn Tanrıya məxsusdur.

 

Nəsimi isə yazıb:

 

Rövzeyi-rizvan üzündür, vəssəlam,

 

Surəti-rəhman üzündür, vəssəlam,

 

Ərşi-həq, ey can, üzündür, vəssalam,

 

Lövh ilə Quran üzündür, vəssəlam.

 

Hürufilər İnsan hüsnünü (sifəti) hansı yöndən oxuyurdularsa orada Allah sözünü kəşf edirdilər. Onlara görə, insan sifətində gözlər, burun, burunun qanadları, dodaqlar elə yerləşib ki, ərəbcə onu oxuyanda Allah kəlməsi əmələ gəlir. Həm Nəsimi demişkənHaq-təala insan oğlu özüdür”. Əlbəttə, hürufizm Nəsimi poeziyası elə bir dəryadır ki, hər rəvac oranı üzüb çıxa bilməz. Yaxşısı budur, konkret olaraq böyük şairin məşhur bir qəzəlinə   nəzər salaq:

 

Məndə sığar iki cahan

 

mən bu cahana sığmazam,

 

Gövhəri-laməkan mənəm,

 

 kövnü-məkana sığmazam.

 

İzah: Mən həm maddi cahandanətdən, sümükdın, həm mənəvi cahandanruhdan ibarətəm bunların hər ikisimən yerləşir. Amma mən bu həm maddi , həm mənəvi cahana sığmazam. Laməkan gövhərAllah deməkdir. Onun məkanı necəliyi heç kimə bəlli deyil. Heç kim, hətta peyğəmbərlər onun yerini  bilir, üzünü görüb. Mənim fikrimcə, Allah sevən qəlblərdə gecələyir. “Kitabi-Dədə Qorqudeposunda onun haqqında deyilir: “Ucalardan ucasan // Kimsə bilməz necəsən”. Kövni-məkanabu aləmə, kainata sığmazam:

 

Ərqi ilə fərqi kafü-nun

 

məndə bulundu cümlə-cün

 

Kəs sözünü əbsəm ol,

 

şərhi-bəyanə sığmazam.

 

İzah: Göy yer kaf nun hərfləri kimi məndə birləşib. Bu iki hərfin birləşməsindən yaranan kun  sözünün mənasıOl!” deməkdir. İnama görə AllahOl!” sözü ilə yer üzünükainatı yaradıb. Ona görə hürifilərin ən böyük kəşfi bu idi ki, onlar Allah, Cahan İnsan üçlüyünə SÖZ-ü gətirdilər SÖZ-ü Allahdan sonra ikinci yerə qoydular. Füzulişünas alim yazır: “İlk dəfə SÖZ-ü özlərinə qədər Şərqdə dəbdə olmuş Allah, Cahan, İnsan üçlüyündə Allahdan sonra ikinci yerə gətirən hürufilər  (xüsusən Nəsimi!) kimi Füzuli SÖZ-ü peyğəmbərdən ona nazil olmuşQurandan əvvələ, Allahdan sonraya gətirir:

 

Məndə sığar iki cahan,

 

mən bu cahana sığmazam

 

Gövhərilaməkan mənəm,

 

kövnü məkana sığmazam.

 

deyərək Nəsimi (hürufilər) Cahanı İnsanda əridirlər. “Ənəlhəqqdeyən hürufilər İnsanı Allaha yaxınlaşdırır. Allahın İnsanda məcəlla etdiyini iqrar edərək Allahı İnsanda əridirlər:

 

Qorxdular həq deməyə,

 

döndülər insan dedilər.

 

                        (Nəsimi)

 

Beləliklə, yerdə iki böyük qüdrət qalırdı: SÖZ İNSAN! Füzuliərşdən gələnsözüasimanın sirrini açan açarhesab edir; yəni göylərin sirrini göylərdənilahidən gələn SÖZ aça bilər.

 

M.Füzuli sözün gözəlliyi ilə bərabər onunlibasi-mərifətləsüslənməsini, başqa sözlə, sözün ağıl, mərifət, irfan, əxlaq elmlə dolu olmasını önəmli sayırdı” (Əliyeva-Kəngərli G. Azərbaycan füzulişünaslığı. Bakı, 2007, s.39). Kəs sözünü lal (dilsiz) ol mən heç bir şərhə sığmazam.

 

Beləliklə:

 

Zərrə mənəm, günəş mənəm,

 

çar ilə pəncü-şeş mənəm

 

Surəti gör bəyan ilə,

 

çünki bəyanə sığmazam.

 

Bu isə hürufizmin əsasında dayanan bir yekunvəhdəti-vücud fəlsəfəsidir: zərrədə kainatı, damlada dəryanı görmək dərk etmək!

 

İ.Nəsimi öz yaradıcılığı ilə ana dilli şeirimizi elə bir məqama yetirdi ki, ondan sonra həm Türküstanda dahi Nəvai, həm İraqda dahi Füzuli mərhələləri yarandı;  obrazlı desək, Nəsimi Nəvaini, Nəvai Füzulini yaratdı. Onların isə  Ə.Yəsəvi, Nizami, Əbu Nüvas, Y.Əmrə, Hafiz Şirazi, Rumi kimi ustadları müasirləri var idi. Əslində hürufizm Şərqdə başdan ayağa bir rəngi-cidal idi...

 

Sufi ədəbiyyat həm müəmmalara bürünmüş müdrik mənalar xəzinəsidir. “Müəmmaəslən ərəbcədir. Örtmək, gizlətmək mənasında olan təmiyə sözündən düzəldilmiş sifətdir... müəmma yazmaq onu aça bilmək xüsusi hazırlıq bilik tələb edirdi. Çətin müəmma yaza bilmək üçün bir neçə dil bilmək, əbcəd hesabının müxtəlif elmlərdəki rəmzi mənasını (ədədi, nücum, zaman s.) yaxşı mənimsəməklə bərabər məharətli tapmaca qurmağı bacarmaq, tisfəhmlik tələb olunurdu.

 

Müəmma ədəbi bir əyləncə olsa belə şairin orta əsr alimləri ilə münasibətinin, onun hazırlıq dərəcəsini zehni inkişaf səviyyəsini bildirən bir şəkil olaraq XIX əsrə qədərki ədəbiyyatımızda müəyyən yer tutmuşdur (Araslı H. Füzulinin müəmmaları haqqında. Azərb. SSR EA Ədəbiyyat məcmuəsi. I cild, 1946, s. 27).

 

Ədəbiyyatımızda öz sufi-hürufi görüşlərini vermək üçün Nəsimi, Füzuli kimi dahilər müəmma işlətmişlər.

 

 





31.12.2012    çap et  çap et