525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur <b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.
Mark Avreli

 

 

Mikelancelo istər heykəltəraşlıq, istərsə rəngkarlıq əsərlərində insana, onun zəkasına əməllərinə əslində bir himn qoşur, insan ruhunun təntənəsini vəsf etməklə hamıya bir nikbinlik bəxş edirdi. Hamıya sevinc, digər ülvi hisslər, ümid bəxş edən bir insanın özü heç şəxsi həyatında xoşbəxt deyildi, onun yaradıcılığı təkcə həyatının mənası deyil, həm onu qayğı təsəlli ilə mükafatlandıran bir qüvvə idi. Heç kəsə qəribə görünməməlidir ki, hamımızda ali hisslər oyadan bu adam özü tənhalığı sevirdi, ümumi şəkildə anlaşılan ünsiyyətlərdən qaçırdı. Öz sənətinə dəlicəsinə vurulmuş bir adam kimi o, buna axıradək bütünlüklə sədaqətli idi, özünü, bütöv həyatını məhz qeyri-adi sənətinə, nəhəng istedadının ifadə olunmasına həsr etmişdi.

 

Ferdinand Magellan

 

İradədüzgün mülahizə ilə birləşmiş məqsədə can atmaqdır.

 

Platon

 

Həqiqi ləyaqət heç vaxt öz kölgəsi olan şöhrətə baxmaq üçün geri boylanmır.

 

Höte

 

Ferdinand Magellan çox vaxt Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi hesab olunur, lakin o, dünya ətrafına ilk səyahətini başa çatdırmamışdan əvvəl öldüyündən, bu daha dəqiq olardı ki, o, Magellan-Elkano ekspedisiyasının təşəbbüsçüsü lideri kimi təsvir edilsin. Çünki səfər bask dənizçisi Xuan Sebastyan de Elkano tərəfindən uğurla başa çatdırıldı. Magellan portuqal kübarlığına məxsus idi o, Lissabonda kraliça Leonoranın pajı kimi xidmət etmək üçün anadan olduğu şəhəri tərk etmişdi. Magellan 1480-ci ildə Portuqaliyada anadan olmuş, 1517-ci ildə isə Vətənini tərk edib İspaniyaya yollanmışdı. O, naviqasiya coğrafiyanı dərindən öyrənmişdi.

 

1506- ilin başlanğıcında o, Şərqdəki ilk Portuqaliya vitse-kralı olan Almeydanın donanma komandasına daxil olmuşdu. Kral Manuelin onun başçılığı altında göndərdiyi ekspedisiya Afrikada Hindistanda müsəlman dəniz qüvvələrinin qabiliyyətini yoxlamalı idi. Onlar Hindistanın Malabar sahilində Kannanorda dəniz postu yaratdılar. Magellan burada yaralanmışdı. Burada həmçinin naviqasiya barədə biliklərə yiyələnmiş, sonra isə ayrı-ayrı komandaların tərkibində o, Mozambik sahilinə gəlmişdi. Portuqaliyalılar burada fort qurmuşdular.

 

1508-ci ildə o, Hindistana qayıtmış, bir il sonra böyük Diu döyüşündə iştirak etmişdi. Bu döyüş Portuqaliyaya Hind okeanının əksər hissələrində ağalıq səlahiyyətləri qazandırmışdı. Sonra o, hərbi gəmidə Malakkaya üzmüşdü. 11 sentyabr 1509-cu ildə portualiyalılar Malakkaya girdilər, ərazini işğal etdikdən sonra Molukkalara (Ədviyyat adalarına) tərəf üzdülər. Dostu  Serran Mollukadan (Ədviyyat adalarından) ona məktub yazaraq bildirmişdi ki, Ədviyyat adaları Şərqdə, çox uzaqda yerləşir, müqayisədə götürdükdə Amerikaya yaxındır. Magellan cavabında ona yazmışdı ki, əgər Portuqaliyadan olmasa da, Kastiliyadan həmin adalara gəlib çıxa bilər.

 

Həmin mövsümdə onlar Qoa adasını götürməyin planını hazırlamışdılar. Magellan məsləhət gördü ki, bu mövsümdə iri gəmilərdən istifadə etməsinlər, yeni vitse-kral elə etdi şəhər təslim oldu. Lakin Magellanın adı vuruşanların siyahısında çıxmamışdı. Onun kapitan rütbəsində xidmət etməsi barədə elə bir məlumat yoxdur.

 

Afrikanın şərq sahilində Hind okeanının qərb sahilində portuqaliyalıların qələbələri Hind okeanında müsəlmanların hakimiyyətini məhv etdi. Almeyda ekspedisiyası ərəbləri dəniz ticarətinin mühüm məntəqələrindən uzaqlaşdırmaq niyyətinə nail oldu. Lakin Malakkaya nəzarət etmədən, bu nailiyyət tam hesab oluna bilməzdi. Donanma 1511-ci ildə Malakkaya döndü altı həftədən sonra onu tutdu. Magellanın iştirak etdiyi bu hadisə portuqaliyalıların Şərqdəki qələbəsini taclandırdı.

 

Malakkadan keçməklə Şərqin sərvəti Qərbin limanlarına çatdırılırdı. Malakka boğazına ağalıq edən portuqaliyalılar dənizlərə, Malayziyanın limanlarına açarı əllərində saxlayırdılar. Sərvət mənbəyi olan Malukkaları (Ədviyyat adalarını) tədqiq etmək vəzifəsi qalırdı (bu adalar indi İndoneziyaya məxsusdur). Buna müvafiq olaraq 1511-ci ilin dekabrında onlar kəşfiyyat səfərinə yollandılar Bandaya çatdıqdan sonra ədviyyatla qayıtdılar.

 

1512-ci ildə Magellan Lissabona geri qayıtdı, sonrakı ili Mərakeş istehkamına qarşı göndərilən qüvvələrə qoşuldu, istehkam təslim olduqdan sonrakı toqquşmada o, yaralandı ömrünün sonuna qədər axsaq qaldı. 1514- ildə Lissabona qayıtdıqda kral Manueldən onun pensiyasını artırmaq üçün bir əlamət xahiş etdi, bu isə onun rütbəsinin böyüməsi demək idi. Lakin onun döyüşdə nizamlı qaydada iştirak etməməsi barədə məlumatlar krala çatdıqda, o, xahişi rədd etdi Magellanı yenidən Mərakeşə göndərdi. İki il sonra o, krala xahişini təkrar etdi. Kral bir daha təklifi rədd etdikdən sonra ona dedi ki, öz xidmətini istədiyi yerə təklif edə bilər.

 

Magellan İspaniyaya yollandı 1517-ci ildə bir qrup portuqal dənizçisi ilə birlikdə Sevilyaya gəldi. O, buradakı portuqal kosmoqrafına qoşuldu onlar birlikdə Valyadoliddəki saraya səfər etdilər. Onlar burada öz milli mənsubluqlarını elan etdikdən sonra kral I Karla öz xidmətlərini təklif etdilər. Onun əvvəlki Maqalhaes adı ispan versiyasında Ferdinando de Magellana çevrildi.

 

1493- ildə qəbul edilmiş Papa bullasına görə kəşf edilən bütün yeni ərazilər gələcəkdə kəşf olunacaqlar da Atlantik okeanından keçən demarkasiya xəttindən şərqdə Portuqaliyanın, bütün qərb isə İspaniyanın olmalı idi. Magellan dostu Faleyro bu vaxt öz iddialarından praktiki fayda götürmək üçün qərbə tərəf üzməyi təklif etdilər. Guya ki, böyük sərvət gətirən Ədviyyat adaları demarkasiya xəttindən qərbdə yerləşir, beləliklə Portuqaliyaya deyil, İspaniyaya məxsus olan yarımkürədə olacaqdır. Kolumb da Yerin kürə şəklində olduğunu bildiyindən Hindistana Afrika ətrafı ilə deyil, qərbə üzməklə yol açmaq istəmişdi. İndi isə onların özləri bu risqli işdən əldə ediləcək maddi faydanın on ikidə birini almalı idilər. Hər ikisinə Santyaqo ordeni pul buraxdı. Magellan inanmışdı ki, o, öz gəmilərini Atlantik okeandan, möhkəm torpaqdan keçən boğazı kəşf etməkləCənub dənizinəkeçirəcəkdir.

 

Bu ideya onun üçün prinsipial deyildi. Digərləri keçidi axtarırdılar ki, gəmilərlə uzun müddət qərbə tərəf üzməklə Şərqə çatacaq beləliklə, Xoş Ümid burnundan keçən marşrutdan imtina edəcəklər. Çünki həmin buruna portuqaliyalılar nəzarət edirdilər. Kral müqaviləsində Magellan partnyoruboğazıtapmağa istiqamətlənmişdi.

 

Şərqi İndiya işlərinə inanan rəsmi qulluqçular ekspedisiya üçün beş gəmini hazırlamaq barədə təlimat aldılar. Bu işlər Sevilyada görülürdü, burada portuqaliyalıların qurduğu layihəni pozmaq üçün göstərilən cəhdlər uğursuz oldu. Magellanın flaqman gəmisi başda olmaqlaSan Antonio”, “Konseption”, “ViktoriyaSantyaqogəmiləri səfərə hazır idi. Magellanın partnyoru Faleyro dəlilik tutması xəstəliyinə görə üzə bilmədi.

 

Magellan yəqin ki, “Espana, Espana, la de las bellas mujeres”- “İspaniya, İspaniyagözəl qadınlar ölkəsi  nəğməsini eşitmişdi, ona görə ispan qızına evlənmişdi. Bu nikahından iki il sonra  ispan arvadına körpə oğlu Rodriqoya Seviliyada bəlkə birdəfəlik əlvida deyib, 20 sentyabr 1519-cu ildə doqquz ölkəni təmsil edən 270-ə yaxın adamla Qvadalkvivr çayının mənsəbindəki Sanlukar de-Bar limanından səfərə yollandı.

 

Donanma bir həftəyə Tenerifə çatdı, sonra Braziliyaya tərəf üzdü. 29 noyabr 1519-cu ildə donanma Braziliya sahilinə gəlib çıxır. Onlar xəttə düzləndikdə tufan başladı. Dekabrın 13- Magellan Rio de Janeyro körfəzinə girdi, cənuba tərəf üzüb boğazı axtardı. Sonra eskadra sahili tədqiq edəndə, avropalılar Cənubi Amerikadakı, indiki Argentina Uruqvay sahilindəki Parana çayının mənsəbi olan La-Plata körfəzinə gəlib çıxdılar, bunun boğaz olmadığı qənatinə gəldilər. La-Plata sahilindən cənubda ilk dəfə pinqvinləri gördülər. 30 mart 1520-ci ildə ispan dənizçiləri Pasxa günü portuqal general-kapitanına qarşı ciddi qiyam qaldırdılar. Magellan qətiyyətlə, rəhmsizliklə gəmi kapitanlarından birini edam etdi, digərini isə bəxtini sınamaq üçün sahilə atdı. Həmin gün, 1520-ci ilin 24 avqustunda donanma Müqəddəs Xulianı tərk etdi. Magellanın donanması Cənubi Amerika sahilləri ilə aşağı tərəfə üzürdü, digər okeana keçmək üçün boğazı axtarırdı. İspan gəmi kapitanları onu dəli hesab edir, deyirdilər ki, “Dəli, boğazı axtarmaq xəstəliyinə tutulmuşdur”.

 

Santa Krusun mənsəbinə çatdıqdan sonra Magellan yenə cənuba tərəf üzdü.Onlap yeddi auı qışlamağı keçirməklə məşğul oldular. Pataqoniya sahilləri ilə üzdükdə sahildə balina sümüklərini gördülər,bu balinaların bir okeandan digərinə keçməsi üçün  boğazın oması inamını artırdı. Buradakı suyu yoxladıqda, suyn duzlu oması, onun hasısa çayın mənsəbi deyil,  boğaz  olduğunu göstərdi. Nəhayət, gəmilər 1520-ci ilin oktyabrında axtardığı boğaza girdi, onun uzunluğu 530 km idi. Sonralar bu boğaz onun adını daşıyacaqdı. Boğazla üzmək 38 gün sürdü. Uzun illər boyu Magellan yeganə kapitan idi ki, bu boğazı bir gəmi itirmədən keçmişdi. AncaqSan Antoniogəmisi qaçdı, yalnız gəmilərdən üçü (digəri, “Santyaqogəmisi əvvəllər qəzaya uğramışdı) keçidin qərb qurtaracağına gəlib çıxdı. Dəmir iradəli admiral okeanın görünməsi xəbərlərini eşitdikdə, yerə yıxılıb sevincindən ağladı.

 

28 noyabrdaTrinidad”, “KonseptionViktoriya” “Cənub dənizinə” – okeana daxil oldular. Bu nəhayətsiz sulardan onların sakit, tufansız keçməsi, sonralar onuSakit okeanadlandırmağa səbəb oldu. Susuzluqdan əziyyət çəkərək siçovulların xarab elədiyi biskvitləri, sonralar isə dadlı xörək kimi siçovulların özünü yeyərək, axırda dəri qayışlarla  qidalanaraq komanda əvvəlcə Peru axınına düşdü, nəhayət, Sakit okeanı üzüb keçməyə can atdı. 18 dekabra qədər onlar Çili sahili ilə üzürdülər. Onlar Sakit okeanda üzəndə quruya vaxt yan alacaqlarını, ümumiyyətlə torpağı yenə vaxtsa görəcəklərini bilmirdilər. Hətta Magellan da qurunu bir daha görəcəklərinə şübhə etməyə başlamışdı.  O, göy cisimlərinin köməyi ilə hesablamalar apararaq Qərblə Şərq arasındakı məsafənin ölçüsündə Ptolomeyin 11 min km. səhv etdiyini üzə çıxardı.  Sonra Magellan şimali-qərbə tərəf istiqamət götürdü 6 mart 1521-ci ildə, 5 ay davam edən üzməkdən sonra Mariana adalarından olan Quamda ilk dəfə quru torpağa ayaq basdılar. Donanma Sakit okeanla 17 min km üzmüşdü. Bu vaxt dənizçilər böyük məhrumiyyətlərlə üzləşmişdilər. 99 gün ərzində onlar ilk dəfə təzə qida əldə etdilər. Yerli sakinlərlə ticarət başlandı. Lakin onlar çox oğru idilər, hər şeyi oğurlamağa cəhd edirdilər.

 

Magellanın kral Karla hələ İspaniyanı tərk etməmişdən əvvəl göndərdiyimemorialda güman edilirdi ki, o, Molukkaların (Ədviyyat adalarının) yerini təqribən bilir. Bu vaxt Marianlardan Filippinə tərəf üzəndə birbaşa Ədviyyat adalarına istiqamət götürmək əvəzinə, görünür o, şübhə etmədən əvvəlki ideyasının təsiri altında idi Molukkalara (Ədviyyat adalarına) girməmişdən əvvəl baza yaratmaqdan faydalanmaq fikrinə düşdü.

 

9 martda oranı tərk edib Magellan qərbə, cənubi-qərbə istiqamət götürdü, bu isə onu sonralar Filippin adlanacaq adalara gətirib çıxardı. Onlar buraya ayaq basan ilk avropalılar idilər. Adaları Magellan Müqəddəs Lazar adlandırdı. Massavada o, İspaniya naminə ilk ittifaq yaratdı, Sebuda isə hökmdarı onun yaxın adamlarını xristianlığa keçirdi. Bir kiçik adadakı Sebu limanında qızğın ticarət başlandı. Yerli sakinlər dənizçilərdən dəmir almaq üçün qızıl ərzaq verirdilər. Hökmdar raca Xumabon ispan kralının himayəsini qəbul etdi. Lakin 27 aprel 1521-ci ildə Magellan 50 adamla Maktan adasına sebulu yerlilərlə gəldi ki, yerli sakinləri ram etsin, çünki həmin adanın tayfa başçılarından biri Xumabona tabe olmaq istəmirdi. İspaniyanın qüdrətini onlara göstərmək üçün Magellan tayfa başçısına qarşı ekspedisiya hazırladı. Lakin döyüş uğurlu olmadı, onlar həmin adaya dənizdə təbii çəkilmə vaxtı gəlmişdilər, ona görə gəmilər toplar sahildən uzaqda qalmıçdı. İspanlar geri çəkilməyə başlayanda Magellanı tuzemlər ayağından yaraladılar, sonra üstünə tökülüb onu öldürdülər. Böyük ağıl iradə sahibi olan bu adam qonaq olduğu adanın sakinlərinin xahişi əsasında onlara qoşulub, qonşu adanın adamları ilə vuruşmağa yollandı burada aldığı nizə ilə yaralanıb, güman edilir ki, nizənin ucu zəhərli imiş, sonra isə öldürüldü. Magellan arzusunda olduğu Ədviyyat adalarını görmədən öldü. Onun arzusu da özü kimi torpağa kömüldü. Görkəmli Avstriya yazıçısı Stefan Tsveyq onun səyahətini ölüm səhnəsini olduqca maraqlı şəkildəBəşəriyyətin ulduz saatlarıseriyasında təsvir edir.

 

(Ardı var)

 

 





31.12.2012    çap et  çap et