525.Az

Dünyanın ən ucaboylu karliki (hekayə)


 

Dünyanın ən ucaboylu karliki <b style="color:red"> (hekayə)</b>

                        

 

Elə bu zaman Şişman Hənifə qəfildən söhbətə müdaxilə etdi:

 

O, dünyanın ən ucaboylu karliki idi. Yəni, karliklərin arasında ən ucaboylusu idi. Özü bunu bir dəfə mənə fəxrlə demişdi.

 

Mənim qəribəmə gəlsə , məclisdəkilər yerlərindəcə dəbərib bir-birilə baxışdılar başlarını tərpədə-tərpədə onunla razılaşdılar. “Olar, olar, niyə olmasın?!” Elə bil, hətta rahat-rahat köks ötürdülər. Pis səslənmirdi: “karliklər arasında ən ucaboylusu...” Mən isə başqa şeyə mat qalmışdım. Onların bu məqamda belə asanlıqla Karlik Babacanısatacaqlarına”, bu cürayağa verəcəklərinə”, açığını deyim ki, inanmazdım. “Karliksözünə gətirirəm. Sağlığında ona bu sözlə heç vaxt heç kim müraciət etməmişdi. Yanında bu sözü ağzına alan olmamışdı. Heç kimin ağlına gəlməzdi. Çünki o, bizim uşaqlıq dostumuz idi, biz isə o zaman dostumuzu boy-buxununa görə seçmirdik.

 

Amma bəlkə yemək masasının ətrafında oturanlarıən ucaboylusözündəki müsbət  məna çaları çaşdırmışdı. Əlbəttə, başqa cür ola bilməzdi, bu elə beləydi ki, vardı. Yas məclisində, dəyirmi masanın ətrafında oturub, möhkəm yeməkdən sonra çay qəhvə içən bu adamlar, yəni, biz Babacanın ən yaxın altı dostu idik. Hərdənbir siqarasının gur tüstüsünü enli burun pərlərindən ağzından parovozun bacasından çıxan düman kimi püfüldəyib tavana buraxan Şişman Hənifə, əslində, siqar çəkməkdən çox bizim altımıza da acıq verirdi. Mən, belə baxanda, özümə bunların yaxın dostu deməzdim, çünki ayda, ildə bir dəfə, toyda, ya da bu günkü kimi yasda onlarla görüşmək imkanım olurdu, mən bunlar üçün artıq yaxın  tanış idim. Babacanın da  yaxını idim, vəssəlam. Uşaqlığımız bir yerdə keçsə , gəncliyimiz bir-birindən sərt şəkildə ayrılmışdı. Seyid Qəmbərdən başqa, Seyid Qəmbər istisna idi. Mən bu yas məclisinə həm Babacanın, həm mənim indiyənə qədərşəriklidostumuz sayılan Seyid Qəmbərlə bir yerdə gəlmişdim. Onunla küçədə təsadüfən görüşdük, “xoş-beş, on beş...”

 

var, yox? – Mən soruşdum. Seyidi xeyli vaxt idi, görmürdüm.

 

Heç... – Seyid cavab verdi.

 

Hara belə?

 

Sənin bəs xəbərin yoxdu?

 

Nədən, noolub ki?..—Məni maraq götürdü.

 

, deməli sən bilmirsən... – Seyid mənim sözümün səmimiyyətinə inandı. –  Karlik Babacan üç gün əvvəl ölüb, bu gün evində məclis var, üçüylə yeddisini birləşdiriblər.

 

Mən xeyli təəccübləndim təbii ki, hayıfslandım. Necə olub ki, mənim xəbərim olmayıb:

 

Yox, mən axı Montində oluram, xəbər tutmamışam. Nəyiydi bunun, ay yazıq... qırx yaşı təzəcə tamam olmuşdu ki...

 

Montində olmağın bura dəxli var?! – İndi Seyid mənimizahatımayüngülcə əsəbiləşdi. – Gedirsən, gedək bir yerdə. Uşaqlar hamısı olacaq. Orda söhbət elərik.

 

Gedək, gedək. Mənim ki, bir işim yoxdu, evə gedirdim. Uşaqları da çoxdandı, görmürəm.

 

Uşaqlardediyim haman bizim bu dost, tanışlarımız idi. Hamımız bir məhlədən çıxmışdıq. Uşaqlığımız Təzə Pirin altındakı o birmərtəbəli məhlədə keçmişdi. Sonra hərə bir tərəfə dağıldı. Kimsə kiminləsə daha tez-tez görüşdü, kimsə dostdan yaxına, tanışa çevrildi, kimsə o birilər barədə artıq özündən yox, kimdənsə xəbər aldıbütün bunlar qocalmağa doğru gedən yolun çox təbii bir qanunu idi.

 

Karlik Babacanın evi elə bu həndəvərdə idi, yolu irəlidən sağa burulub çatacaqdıq. Yol gedə-gedə qəflətən ürəyim sıxılmadımı, sıxıldı. Üzümə diqqətlə baxıb Seyid Qəmbər narahat oldu:

 

Nooldu sənə, rəngin ağaran kimi oldu...

 

Heç... Heç. Təsir elədi mənə bunun ölümü... – Mən cavab verdim.

 

Biz addımlarımızı yeyinlətdik.

 

... Şişman Hənifə ümumi sükut içində sözlərini təkrar etdi:

 

 Elədir ki, var. Karliklərin ən ucaboylusuydu. İçmişdi, özü bunu mənə dedi.

 

 Şişman Hənifə yenə bir topa bulud kimi tüstünü içinə çəkmədən eləcə ağzının ucundan çölə püflədi. Sonra xeyli çoxbilmiş mənalı baxışla məclisdəkiləri bir-bir süzərək barmağıyla siqaranın enli gövdəsini ehtiyatla taqqıldadıb külünü qabağındakı külqabıya tökdü.

 

Keçəl Bağır əli ilə tüstünün ona tərəf gələ-gələ əyilib-düzələn parçasını qovalamaq istədi, əli havada yellənə-yellənə qaldı, bir parça tüstü Keçəlin barmaqları arasından yol eləyib zorla da olsa özünü onun ağzına, burnuna dürtdü.

 

Öhö, öhö... dedik axı, bunu çəkirsən, çıx balkona çək. Boğdun sən bizi ki...

 

Şişman Hənifə Keçəl Bağırın ona ünvanlanmış sözlərini vecinə aldımı, almadı, elə bil, ona yox, boşluğa deyilirdi bu sözlər.

 

Balkon soyuqdu. Qış, elə bil, birdən, qəflətən girdi... – Bu sözləri isə Ağaqulu dedi. Onun da öz ləqəbi vardı. Onun ləqəbiCırtdanidi. Məncə, Ağaqulu Karlikisatmaqlarınapeşman olan birinci adam oldu. Bu, onun üz-gözündən bilindi. Üzünü yana tutub Şişman Hənifə tərəfə baxmaq da istəmirdi. Şişmanın yanında oturmuş Zümzümə Mərifət isə başını bulaya-bulaya:

 

Kimə deyirsən? Sən bunu tanımırsan? – dedi durub stulunu Şişmandan uzaqlaşdırdı. Şişman yalnız sırtıq-sırtıq, səssizcə irişdi.

 

Ləqəblərə gəlincə. Bu ləqəblərin heç biri həqiqətə uyğun deyildi. Təkcə Karlik Babacanınkından başqa. Babacan isə, həqiqətən, karlik idi. Özü sirkdə işləyirdi. Ağlaya-ağlaya güldürməyin mükəmməl ustası idi. O biri ləqəblər, əslində, əksinə effekt yaratmaq üçün qoyulmuşdu. Uşaqlıq dövrünün qəribəlikləri sayıla bilərdi. Ağılsıza ağıllı, gücsüzə güclü, kifirə gözəl deyərdik düşünməzdik ki, axı bu ləqəblər paltar kimi dəyişən deyillər, onlar xal kimi, bədən ləkəsi kimi bu adamın canına əbədilik yapışacaq onunla bir yerdə həyat yolu ilə addımlaya-addımlaya gedəcəklər. Şişman heç kök birisi deyildi. Yeməkdə hamımızaforaverərdi, amma heç kökəlməzdi. Keçəl Bağırın indinin özündə cod saçının gurluğu məncə hamımızın çoxdandan qibtə yerinə çevrilmişdi. Cırtdandediyimiz Ağaqulu isə nəhəng birisi idi. Əyninə alacağı paltarı mağazalardan asanlıqla tapmırdı. Seyid Qəmbər seyid-zad deyildi, onun ləqəbi sonrakı vaxtın, artıq gənclik illərinin yadigarı kimi qalmışdı. Eləcə gəncliyində bir dəniz araq içəndən sonra birdən-birə içkini tərgitdi namaz qılmağa başladı. Biz adını dəyişib onuSeyidçağırmağa başladıq. Zümzümə Mərifət aramızda ucadan, bəlağətli danışan idi. Məclisdə, toyda, nişanda nitq deyənimiz o idi, ya özü qabağa düşürdü, ya da biz onu qabağa verirdik. Elə danışırdı ki, elə bil, qışqıra-qışqıra nərə çəkir. Zümzümə...Mərifət... Sözün mahiyyətin üzbəüz duruşundakı gözəlliyə fikir verdinizmi? Niyə belə edirdik, bu ləqəblər bizim həyatımıza niyə necə girirdibunu demək, əlbəttə ki, çətindi. Niyə biz bir-birimizi olduğumuz əndazədə, görkəmdə görə bilmirdik, bəlkə görmək istəmirdikbunu demək isə mümkün deyildi. Hər ləqəbin arxasında böyük bir formalaşma cilalanma tarixçəsi dururdu, bu qəti belə idi. Mənim ləqəbim vardı. Mənim ləqəbim Məcnun idi. Niyəbilmirəm. Əslində, bilirəm. Qızlara tez-tez vurulurdumondan.

 

Qonaq otağında uzun (bir az əvvəl, deyəsən, dəyirmi demişdim... isə, eybi yoxdu, üstündən bu qədər vaxt keçib, üzürlü sayıla bilər) yemək stolunun ətrafında yas mərasiminə yığışmış bu adamlar, yəni, biz,  bayaq dediyim kimi, mərhum Karlik Babacanın kimi yaxın, kimi uzaq uşaqlıq dostları idik. Yeməyi təzəcə bitirib çaya keçmişdik. Söhbət bütün yas məclislərində olan kimi ordan-burdan, adda-budda mövzuların həndəvərində dolaşıb gedirdi. Vaxtaşırı heç nədən, tamamilə əlaqəsiz olaraq (əslində isə, çox adi qabiliyyət bunun belə olmasını tələb edirdi), mərhum Karlik Babacan gəlib yadımıza düşürdü, bu zaman bizlərdən kimsə gözünü qaldırıb otağın yuxarı başında divarın uca yerində Karlikin asılmış şəklinə baxır, canyananlıqlaAllah rəhmət eləsin sənə, ay Babacan, səndən yox idi...” deyir, sonra hamı bu sözləri hayıfsılana-hayıfsılana  təkrar edir, beləcə, söhbət edə-edə biz, Seyid Qəmbərin sözü olmasın, “plastinkanı dəyişirdik”, yəni, mövzunu təzələyirdik.

 

Qəribə idi, Karlik Babacanın divardan baxan şəkli çox  canlı idi, ucları yuxarı burulmuş bığları, elə bil, tərpənirdi, qaşları alnına doğru qalxıb çatılırdı, xallı burnunun ucu tərləyirdi. Bir-birinin lap yanında yerləşmiş iki alov dili kimi oynayan gözlərinin dərin yerindən hərdən bic təbəssüm, hərdən isə ümidsiz kədər boylanırdı. Şəkil elə bir dəqiq nöqtədən çəkilmişdi ki,  guya o da xeyli maraqla yuxarıdan bizim  söhbətimizə qulaq asır. Birdən Keçəl Bağır Karlikin şəklinə başı ilə işarə edib məclisə müraciətlə belə dedi:

 

Ona bax, ona bax, gör qulaqlarını necə şəkləyib bizə qulaq asır. İndi gəlib sənin bu yalanını üzünə çırpar, onda görərsən...

 

O bu sözləri Babacandan, guya ki, məzəli bir hadisə danışan bu zaman gözləri bic-bic gülən Şişman Hənifəyə müraciətlə dedi.

 

Şişman Hənifənin danışdığıməzəlihadisə isə bundan ibarət idi.

 

Siz bilirdiz ki, bu Babacan, – Hənifə geriyə çevrilmədən əli ilə arxasındakı şəklə işarə etdi, – hər gecə yerinə girəndən sonra gözünə yuxu gedənəcən bir-iki dəqiqə zır-zır ağlayırmış? Sirkdəki ağlamaqdan yox eee, həqiqətən ağlayırmış. Özü mənə danışıb. İçmişdi bəlkə ... , yaman çox içmişdi, ondan çıxmayan ... ağzına gələni danışırdı. Bilmirəm, niyə dedi, amma dedi, elə olur, gözümdən yaş krantdan su kimi gəlir. Amma sən Allah, heç kim bilməsin. – Sözünün bu yerində Hənifənin gözləri işıldadı. Biz bir-birimizin üzünə baxdıq, tezcə başımızı yerə dikdik. Zümzümə Mərifət istədi onun sözünü kəsə, “bəlkə valı dəyişək?” dedisə , olmadı. Şişman ona məhəl qoymadı, mərdiməzar idi, hökmən deyəcəklərini deyəcəkdi. O, davam etdi:

 

Sözümü kəsmə, maraqlı söhbətdi... Siz heç onu piyan görmüşdüz, yox, görməmişdiz. Mən isə görmüşəm. Ay Hənifə, toyumun birinci gecəsidi, deyirdi,  yanıma bir azdan arvad gəlib girəcək, məni yenə gic ağlamaq tutub. Özümü heç cür saxlaya bilmirəm. Yorğanı da çəkmişəm başıma, ancaq hıçqırıram. Bu da ki, –  Şişman Hənifə gözü ilə otaqdan o tərəfə, mətbəxə, yəni, Karlikin arvadı olan tərəfə işarə elədi, – soyunub, bəzənib-düzənib gəlib yatağın lap yanında... çaşıb qalıb, başa düşə bilmir ki, yorğan altından bu hıçqırıq nədi, niyədi, heç başa düşmür... Neyləyim, neyləməyim, dişimi sıxdım dişimə, özümü yığışdırıb birtəhər ələ aldım, yorğanı üstümdən atdım, yorğanın altinda da ki, lütünəquluyam, başladım bərkdən hırtıldamağa, guya, elə bayaqdan gülürəm. Ağlamaqdan hırtıldamağa keçmək, özün bilirsən, asan bir şeydi mənimçün. Elə böyük fərqi yoxdu buların. Arvad elə bildi, mən bayaqdan gülürəm, bir mənə baxdı, bir mənim boyuma-buxunuma baxdı, o da başladı gülməyə. Amma, əslində, o ağlamalı idi, Hənifə, o, gül kimi arvad, vücudunu, elə bil, mərmərdən töküblərboyu, buxunu... mənim nəyimə gəlmişdi?! Nədi, nədi, kiməsə bəlkə acıq vermək lazımmış. qədər soruşdum, demədikimə. Qərəz... Bir müddət evliliyimizdən keçdi, Karlik dedi, artıq gecələr mənə ağlamaq tez-tez yox, hərdən gəlir. Gələndə o da, yəni, bu daŞişman yenə Karlik Babacanın arvadı tərəfə işarə elədi,- mənimlə bir yerdə başlayır zır-zır ağlamağa. Bu niyə ağlayırinanırsan bir dəfə soruşmamışam, özü demir. Soruşmaram. Könül birliyi ki, demirlər, bəlkə bu elə odu, hm?! Karlikin dediyi sözlərdi, mən ölüm.

 

Şişman Hənifə susdu. Masanın ətrafında oturanların heç birindən səs çıxmadı. Biz hamımız pərt olmuşduq. Karlik bu sözləri Şişmana demişdisə sirr kimi demişdi, o isə indi bu sirri faş edirdi. Ortalığa namünasib sükut çökdü. Mətbəx tərəfdə bu zaman milçək uçsaydı, biz onun səsini eşidərdik.

 

... Şişman Hənifə Keçəl Bağırın sözlərini eşidib əvvəlcə duruxdu, sonra isə hətta diksindi. Diksinməsinə səbəb Bağırın sözləri olmadı, həmən o hadisə oldu. Sonralar bunu heç cür unuda bilməyən dəfə-dəfə müxtəlif tədbirlərdə yada salan məclis əhlinə məlum o məşum hadisə elə bu zaman baş verdi.

 

... elə bu zaman o hadisə baş verdi. Karlik Babacan mənə, sənə, bir göz qırpımında divardakı öz şəklinin içindən atdanıb düşdü yerə, qaça-qaça gəldi Hənifənin yanına, bacardığı qədər yuxarı tullanıb onun üzünə tüpürmədimi, tüpürdü. Biz ancaqtfu sənin abırsız, satqın üzüvə!” sözlərini güclə eşitdik. Yenə bir göz qırpımında Karlik artıq  qaça-qaça gedib divardakı şəklinin içinə atdanıb girmişdi, ordan bizə qaşlarını çatıb bayaqkı maraqla baxmağına davam edirdi. Həm maraqla baxırdı, həm , elə bil, heç baş verməmişdi.

 

Mən dedim sizə, siz inanmadız. Dedim mən, indi gəlib bunun üzünə tüpürəcək? Dedim, demədim? – Keçəl Bağır altdan-altdan bizi süzüb  yorğun məmnun bir halda bayaqkı sözlərini təkrar etdi.

 

Hamımız mat-məəttəl qalmışdıq. Dinib danışan yox idi. Şişman Hənifə əlini atıb dəsmalını cibindən elə çıxartdı ki, elə bil, tapança çıxarır indi Karlikin şəklini nişan alıb vuracaq. Əvvəlcə tərs-tərs çönüb şəklə tərəf baxdı sonra dəsmalla üzünü silməyə başladı. Sildi, sildi, birdən ayağa qalxdı. Artıq biz oturmaq həvəsində deyildik. Hər kəs yerindən durdu. Getməyimiz məsləhət idi. Otağın havasından gərginlik qılınc kimi sallanmışdı. Rəhmətliyin arvadı boynunu burub əlləri qoynunda ağır-ağır bayır qapının ağzına gəldi. Biz evdən bir-bir çıxdıqca ona başsağlığı verməyə başladıq. Zümzümə Mərifət bəlkə birinci dəfəydi ki, uzun danışa bilmədi. Səsi xeyli yavaşdan çıxırdı. Sıxıla-sıxıla dedi:

 

Sən ki, bilirsən, o bizə qardaş kimi idi. Allah səbr versin, sənin özünə Allah ürəyincə versin. Onun əziyyətini çox çəkdin...- Mərifət udqundu.

 

Babacanın arvadı Mərifətin pauzasından istifadə elədi, ürəyində sözü varmış:

 

Sağ olun, hamınız çox sağ olun. Sizinlə nəfəs alırdı. Allah sizinkilərə rəhmət eləsin. Əziyyət çəkdiniz... – Karlikin arvadı, həqiqətən, qəm kədər mücəssəməsi idi.

 

Hərəmiz nəsə bir söz tapıb bu boylu-buxunlu, hətta indiyənə qədər yaraşığını itirməmiş, həyatını bizim karlik dostumuza həqiqətən qurban vermiş bu gözəl vəfalı xanıma təsəlli kimi dedik. Amma aradakı pərtlik hələ qalmışdı. Gözümüzün önündən bir neçə dəqiqə əvvəl baş vermiş o qəribə mənzərə çəkilib getmirdi. Karlikin arvadı bircə Şişman Hənifəyə əlini uzatmadı. Onun əli havada asılı qaldı. Bu xanım heç birimizin üzünə baxmadan gözlərini yana çevirib, əslində, Şişmana bəlkə birinci dəfəsiz müraciət edərək qəmli bir az da yanıqlı səslə ürəyindəkiləri belə dilə gətirdi:

 

Mən sizin dediklərinizi eşitdim. Siz onakarlikdediniz. Noolar, olsun, bu bir həqiqət idi. Amma... Babacanın indi elədiyi hərəkətə mən qətiyyən haqq qazandırmasam da, bircə onu bilirəm ki, o, dünyanın bütün karlikləri arasında ən ucaboylusu idi. Siz bilmirsiniz. O, hər gün bunun əzabını yaşayırdı. Mən isə ona ancaq bu sözlərlə təskinlik verə bilirdim. Mən ona deyirdim: sən dünyanın ən ucaboylu karlikisən, niyə bu qədər özünü üzürsən?! Ən ucaboylu! Mən ərimlə fəxr edirdim. O yataq söhbətini isə, eşidirsiz, mənim ərim heç kimə danışa bilməzdi. Heç kimə! Siz o söhbəti uydurmusuz. Uydurmadı sizin dedikləriniz. – Bu gözəl arvadın bir gördük, gözləri dolub, səsi isə qorxulu bir pıçıltıya dönüb kobud bir ahəngə büründü, amma tezcə o ahəngin içindən asanlıqla sıyrılıb çıxdı. – Eybi yox, olur, həyatdı...  Sözünü bitirib burnunu çəkdi, dönüb sakitcə mətbəxinə qayıtdı.

 

Şişman xoruz kimi qıpqırmızı qızarıb qalmışdı. Bir kəlmə ağzından söz çıxarıb danışa bilmədi.

 

Biz pəjmürdə bir halda pilləkənləri ağır-ağır enib, nəhayət, küçəyə çıxdıq. Hava soyuq idi qaralmaq istəyirdi. Günün qəribə vaxtı idi axşam kimi axşam düşürdü, gündüz kimi gündüz idi. İki dəqiqəyə qədər evin qabağında dayanıb diqqətimizi bir yerə toplamadan ordan-burdan danışdıq. Mətləbə dəxli olmayan boş-boş şeylərdən. Şişman hələ pərtlik içində susurdu. Onun üzünə heç birimiz baxmaq istəmirdik. Amma ayrılarkən yenə dözmədi, yenilmiş pəhləvan döyüşə doymayan kimi ürəyindəkiləri  bir daha açıb boşaltdı:

 

Vallah billah, bu adam o sözləri mənə demişdi. Demişdi, sabaha sağ çıxmayım, demişdi. Niyə siz mənə inanmaq istəmirsiz axı, niyə? Siz elə bilirsiz, bu arvad istədiyindən deyirdi o sözləri?! İstədiyindən demirdi, azadlığa çıxıb, onunçün deyirdi. Bu zülümdü, Ay Allah, heç kim mənə inanmaq istəmir...

 

Yalvara-yalvara onun-bunun üzünə baxa-baxa qaldı. Hayıf, onunçün vacib olan hələ bizim ona inanıb inanmamağımız idi. Üzü hələ qızarmışdı, əlləri titrəyirdi. Son sözlərini deyəndə isə ağlamsındı səsi titrədi. Eynən balaca, cığal uşaqlar kimi...

 

Başımızı bulaya-bulaya daha bir kəlmə söz danışmadan Şişmanı yolun ortasında tək-tənha buraxıb hərəmiz bir tərəfə dağılışdıq. Mən avtobus dayanacağına tələsdim. İndicə olmuşların tabut içi kimi ağır, qaranlıq, anlaşılmaz ahəngi məni üzürdü, rahat buraxmırdı. Amma axşam Seyidlə zəngləşəndə mənim üçün bəzi şeylər aydın olacaqdı. Seyid deyəcəkdi:

 

Bəs sən bilmirsən?.. , bilmirsən, sən axı Montində yaşayırsan... Şişmanı arvadı bir ay olar evdən qovub. Çox böyük bir qələt eləyib bu. Nəysə, telefon söhbəti deyil. Oğul-uşağı da analarının tərəfini tutublar. Deyirlər, iti görək, qurdu görək, Hənifəni görməyək...

 

Hələlik isə mən yüngülcə üşüyə-üşüyə yaxındakı avtobus dayanacağına tərəf gedirdim gedə-gedə belə düşünürdüm: “Əslində, Karlikin bu sözləri Hənifəyə deyib-deməməyi əsas deyil. Əsas olan odur ki... Karlik bunun üzünə gəlib tüpürəndə hamımızın ürəyindən tikən çıxartdı.”

 

 

 





31.12.2012    çap et  çap et