525.Az

Oralarda kimlər var:dostlar,tanışlar


 

Oralarda kimlər var:dostlar,tanışlar<b style="color:red"></b>

ASLAN QƏHRƏMANLIdan YENİ PARODİYALAR

Hamımızın çox gözəl tanıdığı yazıçı-dramaturq,alim Aslan Qəhrəmanlı bu ilin son ayını bir az rahatsız keçirdi həmin günlərdə eyni narahatlığı mən keçirirdim.Onun keyfini açmaq üçün tez-tez evlərinə zəng edirdim yavaş-yavaş mırt vururduq.Belə günlərin birində Aslan müəllim mənə dedi ki,bir neçə yeni parodiya yazmışam.Bəlkə yeni il qabağı bunu  oxuculara təqdim edək. fürsət İlahi.Həm mənim üçün,həm oxucular üçün. Ona görə ki, mən öncələr Aslan müəllimin parodiyalarını çap etmişdim öz səhifəmdə bu dəfə Allah bu xəbəri göydən yetirdi. Həm oxucuların canı mənim bir səhifəlik yazımdan qurtarar həm son ilin son yazıları bir az keyfli yazılar olar. Baxdım ki, Aslan müəllimin parodiyaları səhifəmi doldurmur mən bir zamanlar ordan-burdan aldığım keyfli xəbərlər üstünə yazdığım bir neçə lətifə sayaq şeyləri parodiyaların gözünə qatıb  2012-ci ilin xəbəri son həftə yazısı kimi təqdim edirəm.

Öncə Aslan müəllimə bir sual :Tanınmış şairlərimizin şeirlərinə parodiyalarından bəzilərini oxumuşam. Çoxunu da bu səhifəmdə Ədalətqəzetindəki səhifəmdə yayınlatmışam. zaman nədən parodiyalar yazmağa başladın?

ASLAN QƏHRƏMANLI- Hər hansı əsərə yumoristik baxış bütün dünyada geniş yayılmışdır.Tarixi detektiv romanlara, şeirlərə çoxlu parodiya yazılmışdır indi yazılmaqdadır. Lakin Azərbaycanda bu, demək olar,yoxdur.Əvvəllər şairlər bir-birinə dostluq şarjları yazardılar,indi o da unudulub.Səbəbi isə bizim yazıçıların bir az dəymədüşər olmaları,zarafatı qəbul etməmələridir.Rusların İvanov soyadlı bir parodiyaçısı vardı,az-çox tanınmış bütün şairlərin əsərlərinə parodiyalar yazmışdı hətta konsertlərdə çıxış edirdi.Şeirə parodiya şairi yazdıqlarına görə daha məsuliyyətli olmağa məcbur edir.Mən Səməd Vurğundan Qulu Ağsəsə qədər şairlərimizin çoxunun şeirlərinə parodiya yazmışam.Bilirəm ki, bəzi şairlər məndən inciyirlər,bunu görüşəndə onların soyuq salamlaşmalarından duyuram.

lll

 P A R O D İ YA L A R

                     

Misra sənin, misra mənim...

Gülünclərə gülünc  gələn 

                                  bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım

                               Şahmata güldüm,

                                                                                         Dünya sənin,

                                                                                            dünya mənim,

                                                                                             dünya heç  kimin...

                                                                                       Məmməd Araz

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Birdən gözə gətirərlər, yandır üzərrik.

..............................................

Misra sənin,

misra mənim,

misra heç kimin.

lll

Çevrəsindən  çıxsa əgər sevda fırfıran,

Dayanmadan fırlanacaq evdə fırfıran,

..............................................

Misra sənin,

misra mənim,

misra heç kimin.

 

lll

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün gəbəsinə güvədi dünya,

.............................................

Misra sənin,

misra mənim,

misra heç kimin.

 lll

Ayaq saxla, dövrənə bax ötəri belə,

Sən özündən uzaqlaşdır xətəri belə,

...........................................

Misra sənin,

misra mənim,

misra heç kimin.

 lll

Gülünclərə gülünc  gələn

                                 bu ada güldüm,

Heç üzünü görmədiyim

                                bu yada güldüm,

.................................................

Misra sənin,

misra mənim,

misra heç kimin.

lll

 KÖRPƏ FİKİRLƏRİM

 

Körpə fikirlərim qalxıb oyanır,

Körpə fikirlərim şən-şən boylanır,

Səhərim al-əlvan rəngə boyanır,

Qəlbim işığını qucur bayrağım.

İltifat Saleh

 

Körpə fikirlərim, icazəlidir,

Kefi istəsə söyləyə bilər,

Körpə fikirlərim möcüzəlidir,

Parodist onunla neyləyə bilər?

 

Körpə fikirlərim yumub gözünü,

Açıbdır ağzını, şən-şən boylanır,

Qaranlıq düşəndə dartır özünü,

Səhərlər al-əlvan rəngə boyanır.

 

                    

Körpə fikirlərim yatıb yıxılır,

Körpə fikirlərim doyanda yeyir,

Başqa fikirlərə yanıb yaxılır,

Hər şeyi hər zaman bilirəm”-deyir.

 

                     

Körpə fikirlərim dayanıb uçur,

Körpə fikirlərim yeriyib qalxır,

Harda işıq görsə, tez onu qucur,

Arxaya çevrilib irəli baxır.

 

                    

Zəif misraları bir gün pozacam,

Təzə söz söyləmək çətindir yaman,

Mən daha sanballı şeir yazacam,

Körpə fikirlərim böyüyən zaman.

lll

 

İNİKASIN DİSPERSİYASI.

 

Evimə dərd girir hər gün

o başından, bu başından,

Gözümə kölgə salırsan,

o maşından, bu maşından,

Səni sakitcə soruşdum,

o yağışdan, bu yağışdan,

Saçının ətrini aldım

o balışdan, bu balışdan.

İlqar Fəhmi

 

Güzgüdə əks edir hər

                   şeyo otaqdır, bu otaqdır,

O stoldur, bu stoldur, o yataqdır,

                                         bu yataqdır,

Açılanda cırıldayır o boz qapı,

                                      bu boz qapı,

Ayağa geyilir hərdən,

                         o şapşapı, bu şapşapı.

Əvvəlki tək yenə boşdur,

                         o gülqabı, bu gülqabı,

Siqaret külüylə dolub,

                          o külqabı, bu külqabı.

Pəncərələr taqqıldayır

                     o yağışdan, bu yağışdan,

O ucadan, bu ucadan,

                    o yavaşdan, bu yavaşdan.

İki dərd var, hey dırmaşır,

                              o divara, bu divara

Neyləsinlər, darıxırlar,

                               o avara, bu avara.

Saatlar vaxtı aparır,

                     o ömürdən, bu ömürdən,

Sürtürəm gedən anlara,

                  o kömürdən, bu kömürdən.

Beləcə qaralır zaman,

                             o il qara, bu il qara,

Məlul-məlul baxıram mən,

                               o İlqara, bu İlqara.

XƏZƏR TELEVİZYONUXƏBƏRLƏR SUNUCUSU ANAR NƏCƏFLİ-dən ŞƏRHLƏR

Baş ucumda kiçik bir televiziyon,televizyon yox, daha doğrusu onun radiyo tərəfi.Hər gün saat 20.29-da ( 25-,30-da yox ha... məhz 29-da)  XƏZƏR televiziyasının XƏBƏRLƏR proqramı başlayır.Ən etibarlı dinləyici  kimi hər gün istirahət edə-edə dinləyirəm.Maraqla dinləyirəm.Bu xəbərləri verən Anar bəy  hər gün yorulmadan eyni sözlərlə başlayır keçir əsas məsələlərə.Doğrudur çox zaman siz elə ürək açan şeylər demir, ancaq neyləsin, məmələkəti halını dəyişə bilməz ki...Bunlar olan şeylər.Bu Anar bəy  sunucu olaraq çox şirin çox gözəl şərhlər verir.Sevmili şairimiz Zakir Fəxri hətta onu Uğur Dündar kimi bir sunucu ilə müqayisə edir.Haqlıdı.Mən Anar Nəcəflinin şərhlərini ərinmədən qeyd eləyirəm yadıma salıb,sonra da keyf eləyirəm.Moralimi  düzəldirəm.

ONLARDAN BƏZİLƏRİ:

Azərbaycan Dövlət Neft Şirkətinin bir məsul əməkdaşı neft buruqları ümumiyyətlə neft çıxa biləcək sahələrdə tikilən evlərin insanları ilə danışır deyir : qardaşlar,axı sizin bu üstündə evlər tikdiyiniz sahələrdə tonlarla neft neft məhsulları var.Ona gərə sizin köçürülməniz labüddür.Siz köçməsəniz, bəs onda biz bu qara qızılı neyləyək.

Bir qədər fasilədən sonra Anar bəy ləzzətli bir şərh verir: SAXLAYAQ GƏLƏCƏK NƏSİLLƏRƏ.

   

***

Heç uzaqlarda deyil fevral ayının soyuq şaxtalı günləri.Keçən ilin bu soyuq   günlərindən birində yenəXƏZƏRtelevizyonu əməkdaşlar soyuqdan, doğal qazdan, isitmə sistemlərindən başqa həyati  yardımlardan reportajlar hazırlayırlar. Şikayət etməyən yox ki... Varsa, irəli dursun. İnsanlar yenə narahat şikayət şikayət üstündən. Operatorlar heç cür sakitləşdirə bilmirlər insanları.Üz tutarlar bu üçün məsul şəxslərin ünvanına məsul şəxs elə bax bu şikayətçilərin yanındadır. “XƏZƏRin müxbiri ona yaxınlaşır soruşur:

Siz bu şikayətlər haqqında deyə bilərsiniz?

Məsul şəxs:

Təlaşa heç bir gərək yoxdur.Yaxın vaxtlarda hər şey qaydasına düşəcək.

Sunucu Anar bəy Nəcəflinin şərhi: YAXIN VAXTLAR GƏLƏNƏ QƏDƏR QIŞ QURTARAR!!!!!!!!

BU DA ÖZÜMDƏN BİR KÜNC YAZISI :

  keyfli  anlarında şair-publisist Tofiq Abdin

yazar Saday Budaqlıya :

ola, bir yüz ildən sonra gələsən bu dünyaya.

Saday deyir:

gələcəyik, mütləq gələcəyik...

Tofiq gülümsünür  :

gələcəyik, Saday bəy, gələcəyik, amma bu gün yedimiz cız-bızı yeyə bilməyəcəyik.

Saday bəy deyir :

cızbızı demirəm, amma yəqin ki, qara ikra yeyəcəyik.

YENİ İLİNİZ MÜBARƏK, A BİZİM QƏZETİN MÜBARƏK OXUCULARI! ALLAH BİZLƏRİ DAİMA GÖRÜŞDÜRSÜN!

 

abdin[email protected]
tofigabdin.com

 





31.12.2012    çap et  çap et