525.Az

Polşada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçirdi


 

Polşada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçirdi<b style="color:red"></b> Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.
 
Varşava Dövlət  Universitetinin tələbəsi  Ramal Məmmədlinin verdiyi məlumata görə, aksiya zamanı iştirakçılar tərəfindən "İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından çıx!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Terrorizmə qarşı olan savaşda Azərbaycanın yanında olun!" kimi şüarlar və Azərbaycan Respublikasının dövlət himni səsləndirilİB.
 
Aksiyada iştirak etmək məqsədi ilə Polşanın Vrotslav, Lodz, Krakov və digər şəhərlərindən azərbaycanlılar Varşava şəhərinə gəlib.
 
Keçirilən aksiyanın məqsədi düşmənə, azərbaycanlı gənclərin Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını göstərmək, eyni zamanda azərbaycanlı gənclərin Qarabağ müharibəsi başlayarsa vətənə qayıdaraq, ordu sıralarına qatılmağa hər an hazır olduğunu göstərməkdən ibarət olub.
 
Aksiyada 50 nəfərdən çox azərbaycanlı iştirak etmişdir və aksiya heç bir insident yaşanmadan başa çatıb.
 





11.04.2016    çap et  çap et