525.Az

Xoreoqrafiya Akademiyasının tələbəsi beynəlxalq festivalında


 

Xoreoqrafiya Akademiyasının tələbəsi beynəlxalq festivalında <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Gürcüstan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət Universiteti və məşhur xoreoqraf Nataliya Digmelasşvilinin təşkilatçılığı ilə Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə III Beynəlxalq festival-müsabiqəsində iştirak edib.

BXA-dan verilən məlumata görə, akademiyanı festivalda II kurs tələbəsi Fərid Kazakov (müəllim-repetitor əməkdar artist Rimma İsgəndərova) təmsil edib.

Məşhur İtaliya bəstəkarı Tomaso Albinoninin “Adajio” əsəri üzərində qurulan rəqslə çıxış edən tələbə festivalda müvəffəqiyyətlə çıxış edib və “tamaşaçı rəğbəti” mükafatına layiq görülüb.

Vəfa MƏMMƏDLİ

 





11.04.2016    çap et  çap et