525.Az

Kollaborasionist


 

Kollaborasionist<b style="color:red"></b>

Artıq neçə müddətdir ki, respublikamızın ictimaiyyəti Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında “Daş yuxular” roman-rekvieminin dərc olunması faktına sözün birbaşa anlamında “hücuma keçib”. Özü də elə bir coşquyla ki, bu hadisə artıq nə vaxtdan bəri qəzet səhifələrində serial kimi təqdim edilən və heç də bundan az ləkəli olmayan iki personaja, daha doğrusu iki sabiqə – parlament deputatı və universitet rektoruna olan maraq da tamamilə itdi. İsmayıllı rayonunda baş verən xoşagəlməz hadisələr də ikinci plana keçdi. O rayonda ki, camaat bizim yüksək çinli məmurlarımızın ayı əti yeyən balalarının artıq əndazəni aşmış qudurğanlıqlarından bezərək, bu balalardan birinə məxsus olan və içində, necə deyərlər, heç də xoşməramlı işlərin baş vermədiyi oteli və maşınları yandırmışdı.

Görünür, respublika rəhbərliyi hətta öz balalarını belə ağıla gətirmək iqtidarında olmayan bir-iki “əbədi” nazirimizi düz yola dəvət etməli, ya da işdən azad etməlidi. Bunun vaxtı çoxdan çatıb. Amma xoşbəxtlikdən başqa nümunələr də olur. Mənim respublikanın əvvəlki rəhbələrindən ikisinin oğluyla – Oktay Axundov və Teymur Bağırovla tanışlığım olub. Həyatdan erkən getmiş unudulmaz Oktayla bizi dostluq telləri bağlayırdı. Onlar dərin ziyaları və dürüstlükləri ilə fərqlənirdilər, atalarının adlarından və vəzifələrindən sui-istifadə etmələri haqda söhbət belə ola bilməzdi.

Əkrəm Əlisliyə və onun “Daş yuxular” romanına qayıdaq. Əkrəm əvvəllər də öz eksentrikliyi, epataja can atması, qalmaqal yaratmağa həvəsli olmasıyla seçilib. Hələ sovet dönəmlərində, Qarabağ münaqişəsinin ilkin mərhələsində onun elə həmin “Drujba narodov” jurnalına verdiyi müsahibəni xatırlamaq kifayətdir. Yadımdadı, həmin müsahibədə o, müəyyən nala-mıxa vurmaqlarla yanaşı, erməninin tərəfini tutmuşdu və belə bir bəyanat da vermişdi ki, (iqtibasın dəqiqliyinə zəmanət verməsəm də, mənanı olduğu kimi təqdim edirəm) bəs o, azərbaycanlılardan çox başqa millətlərin nümayəndələri ilə ünsiyyət zamanı özünü daha rahat hiss edir.

Həm də onunla fərqləndi ki, milli parlamentdə deputat kimi düz beş ilini tam sükut içində  keçirdikdən və deputatlıq müddəti başa çatdıqdan dərhal sonra bəyanatla çıxış etdi. Demə o, bütün bu illər ərzində belə bir şərəfsiz parlamentdə oturduğuna görə vicdan əzabı çəkib, insanların gözlərinə baxmağa utanıb. Görən, bu uzun illik mazoxizm samballı deputat maaşı və pensiyası almaq naminə edilib? Deyə bilmərəm.

“Drujba narodov”un redaksiyası nədənsə roman-rekviyemi müəllif haqqında məlumatları sadalamaqla, onun Azərbaycan dövlətinin ən ali ordeni də daxil olmaqla aldığı bütün ordenləri və mükafatları gözünə qatmaqla dərc edib. İlk öncə bunun məqsədini anlamaq çətindi, axı, redaksiya özü bəyan edir ki, Əkrəm Əylisli qırx ildən artıqdır, jurnalın daimi müəlliflərindən sayılır və bu mənada da deməli, jurnalın daimi oxucularına yaxşı tanışdı. Amma romanı oxuyanda məsələnin nə yerdə olduğunu anlayırsan. Bəli, oxucu bilməlidi ki, müəllif hansısa sıradan biri yox, kifayət qədər nüfuzlu, üstəlik hakimiyyətin kölgəsi də üstündə olan ciddi yazıçıdı. Ümumiyyətlə, bu romanın dərciylə bağlı bütün vaqeə qəribə bir dumana bürünüb. Əvvəl bəyan olundu ki, əsəri müəllif özü çevirib, sonra deyildi, bəs onu rus dilində yazıb. Bu da şübhəli məsələdi, çünki Əkrəmin ruscası kifayət qədər səthidi. Sonra deyildi ki, roman Mirzə Hüseynzadənin redaktəsi ilə dərc olunur. Mənə qəti çatmır, jurnalın yüksək peşəkarlığa malik redaktorları hara qeyb olub?!

Yüz faiz əminəm ki, əsərin dərcinə hazırlıq mərhələsində bu işə tamamilə başqa adamlar əl qoyublar, çünki dərc olunmuş romanda bizə təqdim edilən rus dili Mirzə Hüseynzadənin həm tərcüməçilik, həm də redaktorluq səviyyəsindən üstündü. Sözümün təsdiqi kimi xeyli sayda dini, təxminən mistik məqamlardan birini – əsərin baş qəhrəmanı Saday Sadıqlının Əylis kəndindəki erməni kilsəsi barədə düşüncələrini nümunə gətirirəm.

“... O, Qospodi, gta je ona – vanqskaə üerkovğ...

Jeltovo –rozovıy solneçnıy luç, proxodə skvozğ kronu vısokoy, slovno toçenıy topolğ, çereşni, padal na samıy üentr kamennoqo kupola üerkvi i dalee siəl, ne menəə ni üveta, ni silı na verşine stoəvşey poodalğ qorı. Gtot solneçnıy svet, to poəvləöhiysə, to medlenno qasnuhiy i isçezaöhiy s üerkovnoqo kupola, Saday Sadıxlı odnajdı, buduçi v prekrasnom raspolojenii duxa, sravnil s ulıbkoy Boqa, siəniem qlaz Vsevışneqo...”

Daha bir nümunə gətirmək istəyirəm. Düzdü, bu nümunə o biri qədər təsirli olmasa da, əsərin dərcinə hazırlığın azərbaycanlı təfəkkür sahibləri tərəfindən aparılmadığına dəlalət edir. Fərzani həkimin doktor Abbasəliyevin sağ olub-olmamasıyla bağlı sualına aktyor Nüvariş belə cavab verir: “Jiv, doktor. İ otliçno jivet... ehe krepok, kak ledorub”. Bu “ledorub” məni tamamilə heyrətləndirdi. Çünki bu sualı istənilən azərbaycanlı belə cavablandırardı: “top kimidi, yaxud qoz kimidi”. Rusun cavabı isə belə olardı: “Kak oqurçik, üvetet i paxnet!” “Ledorub” tamam fərqlidi, bu ifadə nə azərbaycanlının, hətta nə rusun leksikonunda var. Necə deyərlər, bu yerdə xoruzun quyruğu görünür.

Romanda əsas məqam Əylis kəndinə girən türk əsgərlərinin dinc əhalini – erməniləri gülləbaran etməsidi. Bu səhnə sarsıntı yaratmaya bilməz. Silahsız insanları qırmaq bəraəti olmayan bir cinayətdi. Bu yerdə mən müəlliflə tamamilə razıyam. Amma Əkrəm heç də başqalarından pis bilmir ki, belə hadisələri yazarkən, bu vəhşiliklərin törədildiyi tarixi şərait mütləq nəzərə alınmalıdı.

Türk əsgərləri Şaumyan başda olmaqla dişlərinə qədər silahlanmış erməni daşnakların 1918-ci ildə Bakıda, başqa şəhərlərdə və yaşayış məntəqələrində törətdikləri qırğınların, kütləvi işgəncələrin qarşısını almaq üçün Azərbaycana gəlmişdilər. Bu əsgərlər bura 1914-1916-cı illərin dəhşətli rus-türk müharibəsindən sonra gəlmişdilər. Həmin müharibədə məşhur başkəsənlər Andronik, Dro, Aramın başçılığı altında bəzi vaxtlarda hətta yüz əlli minə qədər erməni könüllüsü rus qoşunlarının tərəfindən vuruşurdu. Bu könüllü dəstələrin əsasını o vaxtkı erməni katalikosunun xeyir-duasını almış Türkiyə vətəndaşları olan ermənilər təşkil edirdilər. Onlar həmin müharibədə talançılıqla məşğul olaraq, bütöv kəndləri viran qoyaraq öz həmvətəndaşlarına arxadan zərbə endirmişdilər. Bu haqda yazıları həmin hadisələrin canlı şahidi olmuş Rusiya Baş Qərargah rəisi, həmin dönəmlərdə Türkiyə ərazisində döyüş yolu keçmiş L.Bolxoviddinovun “Raport”undan, müstəqil tədqiqatçılar – avstriyalı Erix Fayqlın, amerikalı ər-arvad Mak-Kartlilərin və bir çox başqalarının kitablarından oxumaq olar.

Romanda bir  müsbət azərbaycanlı obraz yoxdu. Yox, üzr istəyirəm, Əylisdə erməni qızcığazı öz evində gizlədib böyüdən Mirzə Vahab adlı bir abırlısı var. Amma bu bir çəllək balın içinə bir qaşıq zəhər qatmasa Əkrəm Əkrəm olmazdı: “... i, koneçno, nasilno sdelal svoey jenoy”. Buna da şükür ki, Vahabı uşaqbazlıqda ittiham etmir.

Romandakı bütün azərbaycanlı personajlar mənfi ayamalara malikdi: “axsaq dəli Çingiz”, “murdar Şaban”, “cəllad Məmməd Tağı”, “şizik Qafil”, “çaqqal Abdulla”, “qaban Qulam” və s. Onlara rəğmən ermənilər – “dünyada tayı-bərabəri olmayan mədəni, dürüst, zəhmətkeş insanlardı”. Yeri düşəndə Əylisli öz qəhrəmanlarının diliylə Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin ünvanına alçaldıcı sözlər işlətməyi də lazım bilir.

Amneziyanın ağır formasından əziyyət çəkən Saday Sadıqlının romanda “Ağa” adıyla təqdim olunan respublikanın keçmiş rəhbəri haqqında dediyi sərt ifadələr heyrət doğurur: “Bannoy vodiçkoy sebe druzey zarabatıvaet. Daet kajdomu çto-to, otnimaə samoe qlavnoe v çeloveke – eqo dostoinstvo. Kastriruet duşu naroda, çtobı sdelatğ ix tiximi i posluşnımi...” Və ardınca: “Polojennuö kajdomu qosudarstvennuö kvartiru daet s takim odoljeniem, budto vse doma v qorode dostalisğ emu ot eqo pokoynoqo otüa”.

Xoşbəxtlikdən öz qəhrəmanından fərqli olaraq, Əkrəm Əylisli amneziyadan əziyyət çəkməyib və yəqin mənzilləri, mükafatları, vəzifələri, başqa imtiyazları necə məmnunluqla aldığı yaxşı yadındadı.

Yazıçı Böyük Bəy kimi qabartdığı özünün keçmiş məsləkdaşına və dostuna da rəhm etmir. Aydın məsələdi ki, prezident Elçibəyi nəzərdə tutur. Əsərdə o, Volodya Ulyanovun uşaqlığından bəhs edən hekayələrdəki kimi mərhəm, xeyirxah personaj kimi təqdim olunmaqla yanaşı, eyni zamanda Mixail Şatrovun pyeslərindəki qəddar, sinik Vladimir Lenini də xatırladır.

Hər halda belə bir sual ortaya çıxır: bu əsəri yazarkən müəllif nə məqsəd güdüb? Yalnız XX əsrin əvvəllərində 12 kilsəsi olan, rahib Maştosun erməni əlifbasını yaratdığı, yerli məktəbində tanınmış yazıçı Raffinin dərs dediyi, hamıda mərhəmət və insana sevgi dolu hisslərin çuğlandığı, ləyaqətli və xeyirxah adamların – ermənilərin və adamlıqdan çıxmış qəddarların – azərbaycanlıların (hansılar ki, bacardıqca “insanlıq adlanan hər şeydən kənar durmağa çalışırdılar”) yaşadıqları doğma kəndi Əylisi tərənnüm etmək üçünmü?

Özünün müsahibələrindən birində Əkrəm Əylisli xahiş edir ki, roman siyasiləşdirilməsin, bəs, “Duş yuxular” sadəcə “özlərindən sonra üstündə ağlanmayan ağrılar saxlamış həmyerlilərimin xatirəsinə həsr olunmuş” bədii əsərdi. Amma bu, tamamilə siyasi romandı və erməni mətbuatı da bunu dərhal başa düşüb məhz belə qiymətləndirdi. Bütün erməni saytları qürur hissindən boğula-boğula yazırlar ki, bəs, nəhayət, 12 kilsəsiylə birlikdə Əylisin və deməli, həm də bütün Naxçıvanın erməni torpaqları olduğunu təsdiqləyən bir azərbaycanlı tapıldı. Ermənilər yalnız Qarabağ torpaqlarına iddialarıyla tanınmır, həm də Ermənistan dünyanın çox güman yeganə ölkəsidi ki, onunla həmsərhəd olan dörd dövlətdən üçünə qarşı ərazi iddiası var.

Bu yerdə televizorda yayımlanan bir epizodu xatırladım. O vaxt prezident Heydər Əliyev protokol qaydalarına uyğun olaraq, o vaxtkı Ermənistan prezidenti Köçəryanı Azərbaycan torpağına, Sədərək kəndinə gəlişi münasibətilə salamlayarkən, o, həyasızcasına hırıldayaraq, guya zarafatla soruşmuşdu: “Məgər bura Azərbaycan torpağıdı?”

Əgər Qarabağ problemini özləri üçün faktiki həll etsələr, yəni, Qarabağı və ətraf rayonları qamarlaya bilsələr, ermənilər öz qızmış baxışlarını Naxçıvana çevirəcəklər. Bu mənada “Daş yuxular” romanı onların istəklərinin gerçəkləşməsi yolunda nəhəng ideoloji silahdı. Şübhə yoxdu ki, Əylislinin bu əsəri çoxsaylı erməni diasporunun səyləri ilə xaricdə, dünyanın bir çox dillərində dəfələrlə nəşr olunacaq.

Düzünü desək, bizim bəzi ziyalıların bu cür qaranlıq, ağla sığmayan mövqeyi mənə çatmır. Məgər onlar Əylislinin Azərbaycan xalqına vurduğu və təsirini hələ neçə illər sonrası belə hiss edəcəyimiz bu zərbəni dərk etmirlər, yoxsa dərk etmək istəmirlər? Belələrinin dedikləri yalnız bir sözdən ibarətdir: “Mən romanı oxumamışam, amma Əkrəm yaxşı yazıçıdı”, Kim buna şübhə edir? Amma burada söhbət Əylislinin yaradıcılıq istedadından yox, 1915-ci il “erməni soyqırımı” iddialarının yüzilliyi ərəfəsində dəqiq hesablanmış məqsədli siyasi diversiyadan gedir. Ermənilərin ideoloji maşını bütünlüklə və var-gücüylə ərazi və digər iddialarını əsaslandırmağa və yaymağa yönəldiləcək. 2006-cı ildə yazılan romanın indi, bu əlamətdar təqvim ərəfəsində dərc olunması da bunu göstərir.

Və sonuncu. Özünün digər müsahibəsində Əkrəm Əylisli deyir ki, bu əsəriylə o, hardasa erməni yazıçılara müraciət edir. Bəs, onlar da bir gecədə bütün 1300 sakininin öldürüldüyü və ya işgəncələrə məruz qaldığı Azərbaycan şəhəri  Xocalıya görə günahlarını etiraf etsinlər. Müqəddəs sadəlövhlükdür! Erməni yazıçıları Əkrəmin həmkarı Zori Balayanın simasında artıq çoxdan bu faciəyə hay veriblər:

“... Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən (Xocalıda – A.X.) birinə girəndə əsgərlərimiz 13 yaşlı türkü pəncərəyə mıxladı. Uşaq qışqırmasın deyə, Xaçatur anasının döşünü kəsib onun ağzına basdı. Sonra mən o uşağın qarnını, başını, döşünün dərisini soydum.

Mən saata baxdım. 7 dəqiqədən sonra uşaq qan itirmədən öldü. Birinci peşəm həkim olduğundan mən humanist adamam. Bu uşağın başına gətirdiklərimə görə heç də özümü xoşbəxt saymıram. Sonra Xaçatur uşağın meyitini şaqqalayıb onlarla bir kökdən olan itlərə atdı. Axşam başqa üç türk uşağının başına da eyni oyunu açdıq...”

Bəlkə Əkrəm nə vaxtsa qeyri-insani əzablar içində ölmüş bu dörd azərbaycanlı balası üçün də yas saxlasın?

P.S. Kollaborasionist – Faşistlərin işğal etdikləri torpaqlarda, faşist qəsbkarlarıyla fəal əməkdaşlıq edən şəxs. Ən məşhur kollaborasionistlərdən biri müharibə qurtarandan sonra məsuliyyətə cəlb edilərək Norveç məhkəməsi tərəfindən mühakimə olunmuş, 1920-ci ildə Nobel mükafatı almış Norveç yazıçısı Knut Hamsundur.

“Zerkalo” qəzeti

 





18.02.2013    çap et  çap et