525.Az

Oskar laureatı bu gün 100 yaşını qeyd edir


 

Oskar laureatı bu gün 100 yaşını qeyd edir<b style="color:red"></b> Hollivudun klassikasına çevrilən “Küləklə sovrulmuşlar” filminin (1939-cu il) qəhrəmanı Oliviya de Hevillend  bu gün 100 illik yubileyini qeyd edir.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa ad gününü yaxın dostlarının əhatəsində qeyd edir.
 
De Hevillend 2 qat Oskar mükafatı laureatıdır.
 
O, “Küləklə sovrulmuşlar” filmində Melani, “Robin Qudun sərgüzəştləri” (1938), “Hər kəsə özününkü” (1946) və “Varis” (1949) filmlərində rol alıb.
 
Oliviya de Hevillend sonuncu dəfə 1988-ci ildə “Onun sevdiyi qadın” filmində rol alıb.
 
Hazırda aktrisa Parisdə yaşayır.
 





01.07.2016    çap et  çap et