525.Az

İsa Muğannanın “Məhşər” romanı yenidən nəşr olundu


 

İsa Muğannanın “Məhşər” romanı yenidən nəşr olundu<b style="color:red"></b>

Yazıçının bütün əsərləri oxuculara yeni düzəliş və əlavələrlə təqdim olunacaq

Hədəf Nəşrlərinin  mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “XAN” (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində nəşr olunmuş bu roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir.

Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”.

İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.

Qeyd edək ki, yazıçı ilə bağlanmış müddətsiz müqaviləyə  əsasən, İ.Muğannanın bütün əsərlərinin (müəllif tərəfindən olunmuş yeni düzəliş və əlavələrlə) çapı və yayım hüququ yalnız Hədəf Nəşrlərinə məxsusdur. Kitabların satışından yazıçıya yüksək faizlə qonorar veriləcək. Bu üzdən, yazıçının əsərlərini saytlara yerləşdirən və ya “pirat” şəkildə çap edən şəxslərdən və qurumlardan xahiş olunur, məsələyə obyektiv yanaşaraq görkəmli yazıçının maraqlarını da nəzərə alsınlar.

 





15.03.2013    çap et  çap et