525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur  <b style="color:red">(davamı)</b>

Bolivarın özü isə bu vaxt Mirandanın taleyini təkrar etməkdən güclə qaça bildi. O, Kartaxenaya çata bildi, orada Boqotadan separatçı fraksiyanı sıxışdırıb çıxarmaq vəzifəsini həll etməli idi. O, bunu uğurla bacardı. Sonra o, Yeni Qranadanın liman şəhəri olan Kartaxenanı mühasirəyə aldı, lakin inqilabi qüvvələri birləşdirməkdə uğur qazanmadı və Yamaykaya qaçmalı oldu.

Sürgündə o, öz enerjisini yenə də Böyük Britaniyadan kömək almağa sərf etdi. Bu məqsədlə ingilis xalqını inandırmaq üçün öz karyerasının ən böyük sənədi olan “Yamaykadan məktublar”ı yazdı. O, qeyd edirdi ki, “Bizi İspaniya ilə birləşdirən bağlar (saplar) qırılmışdır”. “Azadlığı sevən xalq axırda azad olacaqdır”. Bolivar Çilidən və Argentinadan tutmuş Meksikayadək nəhəng panoramanı təsvir etdi. O, iftixarla deyirdi: “Biz bəşər irqinin mikrokosmuyuq. Biz iki okean arasına sıxılmış ayrıca dünyayıq, incəsənətdə və elmlərdə gəncik, lakin bəşər cəmiyyəti kimi qocayıq. Biz nə hindularıq, nə də avropalıyıq, ancaq biz onların hər birinin parçasıyıq”. “Müstəqillik hərəkatı kataklizmindən görən hansı növ hökumət meydana gələcəkdir?”. “Amerikan dövlətləri despotizm və müharibənin vurduğu yaraları və çapıqları sağaltmaq üçün paternal dövlətlərin cəhdlərinə möhtacdır”.

O, Böyük Britaniya hökumətinin modeli əsasında konstitusiya respublikalarının yaradılmasını təklif edirdi, onların irs qaydasında təşkil edilən yuxarı palataları və ömürlük seçilən prezidentləri olmalı idi. Axırıncı maddədən Bolivar bütün karyerası boyu yapışmışdı, bu, onun siyasi düşüncəsinin ən şübhəli cəhəti idi.

“Yamaykadan məktublar”da Bolivar özünü böyük beynəlmiləlçi kimi göstərir. Bütün ispan-amerikan millətlərinin nümayəndələrinin Panama kimi mərkəzi bir yerdə yığışacağı günü səbirsizliklə gözləyərək, o, yazırdı: “Panama yarımadasının Amerika üçün yunanlardan ötəri Korinf boğazı kimi olacağı ümidi necə də ifadə edilə bilməyən bir şeydir. Allah qoysa, bir gün biz respublikaların, krallıqların, imperiyaların nümayəndələr konqressinin açılmasının yaxşı taleyindən istifadə edəcəyik. Burada dünyanın qalan millətləri ilə sülh və müharibə məsələləri müzakirə ediləcəkdir”.

1815-ci ildə İspaniya müstəqilliyə şirniklənmiş müstəmləkələrinə, Atlantik okeandan bu vaxtadək heç vaxt keçməmiş güclü ekspedisiya qoşunu göndərdi. Onun komandanı Pablo Morillo idi. Nə Böyük Britaniya, nə Birləşmiş Ştatlar kömək vəd etmədiklərindən, Bolivar özünə Fransa ağalığından azad edilmiş kiçik respublika olan Haitidə məskən tapdı. Burada o, dostcasına qarşılandı, ona həm də pul və silah verildi. Üç il həlledici olmayan məğlubiyyətlər və qələbələr baş verdi. 1817-ci ildə Bolivar Orinoko regionunda qərargah yaratmağı qərara aldı. Bu ərazini müharibə viran qoymuşdu və ispanlar onu buradan asanlıqla çıxara bilməzdi. Bir neçə min əcnəbi əsgərlərin və zabitlərin, onların əksəriyyəti britaniyalılar və irlandlar idi, xidmətini qurdu və öz paytaxtını Anqosturada (indiki Syudad Bolivar) təşkil etdi, qəzet nəşr etməyə başladı və düzənliyin inqilabi qüvvələri ilə yaxşı əlaqələr qurdu. Onların lideri Xose Antonio Paes Bolivarın hakimiyyətini tanıdı və 1819-cu ildən bütöv regionun axırıncı komandanlığında möhkəm şəkildə qaldı. Həmin ilin yazında ispan mövqelərinin qərb flanqında onlara hücumun baş planını təqdim etdi. O, əvvəlcə öz ümidini Karakası azad etmək üzərində cəmləşdirmişdi, lakin bu vaxt diqqətini yeni Qranada vitse-krallığına hücum etməyin cəsarətli layihəsi üzərində cəmləşdirdi.

Düzənlikdə vətənpərvərlərin qoşunu onları məhv etməyə çalışan ispanların cəhdlərinə cavab verirdi. Onların lideri Santander Bolivarla əlaqəyə girdi və 12 iyun 1819-cu ildə Bolivarın və Santanderin orduları görüşdülər və birləşdilər.

Bolivarın Yeni Qranadaya hücumu hərb tarixində daim ən cəsarətli əməliyyat kimi qiymətləndiriləcəkdir. Britaniya legionu da daxil olmaqla, kiçik ordunun (2500-ə qədər adam) həmləsi düzənlikdən keçirdi, lakin bu vaxt yağış mövsümü olduğundan çaylar göllərə dönmüşdü. Bolivarın köməkçilərindən birinin dediyi kimi, onlar yeddi gün ərzində qurşaqlarına qədər suda addımlamaqla irəliləyirdilər. Gəmilərin üzdüyü ön çay üzülüb keçildi, onlardan çoxu inək dərisindən düzəldilmiş qayıqlardan istifadə edirdilər. Lakin düzənliklə yürüş And dağlarına dırmaşmaq ilə müqayisədə Bolivara uşaq oyunu kimi görünürdü. Şaxtalı külək dağ keçidinin yüksəkliyindən əsirdi və soyuqdan çox sayda adam ölürdü. Yorğunluqdan itki xeyli çox idi. Buradan onlar Yeni Qranadaya töküldülər. İspanlar təəccübdən özlərinə gəldikdə, Bolivarı geri oturtmaq artıq çox gec idi.

Bir neçə döyüş getdi, həlledici döyüş 7 avqust 1819-cu ildə Boqotada baş verdi. Burada royalist ordunun əsas hissəsi Bolivara təslim oldu. Üç gün sonra isə o, Boqotaya girdi. Bu Cənubi Amerikanın şimalının tarixində dönüş nöqtəsi oldu.

Yorulmaq bilməyən Bolivar öz vəzifəsini başa çatdırmağa girişdi. O, Santanderi administrasiyanın vitse-prezidenti vəzifəsinə təyin etdi və 1819-cu ilin dekabrında Anqosturada keçirilən konqress qarşısında meydana çıxdı. Bolivar prezident və hərbi diktator oldu. Özü dediyi kimi, Yeni Qranada və Venesuelanın ittifaqı vuruşduğu erkən günlərdən onun məqsədi olmuşdu. O, israr edirdi ki, qanunvericilər yeni dövlətin yarandığını elan etsinlər. Bu federasiya idi və üç departamentdən ikisi – Venesuela və Kito (Ekvador) o vaxtdan hələ də royalistlərin nəzarəti altında idi. Bu, yalnız kağız üzərindəki bir nailiyyət idi. Buna baxmayaraq, Bolivar bilirdi ki, nəticədə o, hökmən qələbə çalacaqdır.

İspaniyada inqilab ispan kralını məcbur etdi ki, qarşısında dayanan liberalizm ideallarını tanısın və onu bu hərəkəti təbii olaraq Cənubi Amerikadakı ispan qoşunlarını pozurdu, dağıdırdı. Bolivar Morillonu atəşkəs danışıqlarını başlamağa inandırdı və iki döyüşçü Santa Anada 1820-ci ilin noyabrında unudulmaz bir şəraitdə görüşdülər. İmzalanan müqavilə altı aylıq müddətə düşmənçiliyə son qoydu. Vuruş başa çatdıqda Bolivar anladı ki, onun sayca üstün canlı qüvvəsi ilə Venesuelada ispan qoşunlarını məğlub etmək asan olacaqdır. 1821-ci ilin iyununda Karabobo döyüşü Karakasın qapılarını açdı və Bolivarın Vətəni nəhayət ki, azad oldu.

Həmin ilin payızında Kolumbiya üçün konstitusiya layihəsini hazırlamaq üçün Konqress Kukutada çağırıldı. Konstitusiyanın maddələri Bolivarı razı salmadı. O, prezident seçilməsinə baxmayaraq, düşünürdü ki, onun yaratdığının sağ qalması və mövcudluğunu davam etdirməsi üçün möhkəm təminat vermək nöqteyi-nəzərindən bu maddələr çox liberaldır. Administrasiyanı Santanderin himayəsinə qoyub icazə istədi ki, öz hərbi kampaniyasını davam etdirsin.

İlin sonunda Ekvador azad oldu. Bu kampaniyada Bolivara onun zabitlərindən ən istedadlısı olan Antonio Xose de Sukre kömək etdi. Bolivar şimaldan Kiotoya çıxışı müdafiə edən dağlarda ispanlarla döyüşə girdi. Sukre isə Sakit okean sahilindən içərilərə yürüş etdi. 24 may 1822-ci ildə qələbə çaldı, bu, Ekvadoru ispan zülmündən azad etdi. Sonrakı günü paytaxt təslim oldu və Bolivar qüvvələrini Sukrenin ordusu ilə 16 iyunda birləşdirdi.

Kitoda Xilaskar öz ömrünün ən böyük ehtirası ilə görüşdü, bu diribaş və gözəl Manuela Saens idi. Bu qız Bolivar kimi igid bir sərkərdəyə ideal qadın idi, amazonkanın və kurtizankanın əsl qarışığı idi. Qız qızğın inqilabçı kimi Xilaskarın məhəbbətini sərbəst qaydada qəbul etdi və onu döyüş meydanından prezident sarayına qədər müşayiət etdi.

Kolumbiya ərazisi bu vaxt bütünlüklə İspaniyadan azad oldu, onun yeni hökuməti Birləşmiş Ştatlar tərəfindən tanındı. Yalnız Peru ispanların əlində qalırdı. Peru problemi Bolivarı və Argentina inqilabçısı Xose de San Martini bir araya gətirdi. San Martin qitənin cənub hissəsi üçün mübarizə aparırdı, Bolivar isə şimalın azadlığına nail olurdu. Üstəlik o, artıq Limaya daxil olmuşdu və Perunun müstəqilliyini elan etmişdi.

Lakin ispan qüvvələri yüksəkliklərə geri çəkildilər və San Martin onları izləməyi bacarmadığından, Bolivarla məsləhətləşməyi qərara aldı.

26 iyun 1822-ci ildə iki sərkərdə Ekvadordakı Quayakil liman şəhərində görüşdü və onların söhbəti o vaxtdan ziddiyyət mənbəyinə çevrildi. Yəqin ki, San Martin Bolivardan hərbi kömək xahiş etdi və üstəlik istəyirdi ki, Latın Amerikasının sərhədləri və siyasi gələcəyi barədəki problemləri onu başa düşməsinə nail olsun. Onların arasında azacıq hüsn-rəğbət var idi. Bolivar parlaq, ambitsiyalı, eqosentrik olmaqla inandırılmışdı ki, o, bir “seçilmiş oğuldur”, Allah tərəfindən öz xalqının müstəqilliyini tamamlamaq üçün seçilmişdir. San Martin isə sakit, dinməz və mülayim adam idi. Bolivara təsir göstərməkdə onun uğursuzluğu, demək olar ki, qabaqcadan qəbul edilmiş bir qərar idi və Quayakildən qayıtdıqdan sonra Limadakı vəzifəsindən istefa verdi və sürgünə yollandı. Bəlkə də o, bu hərəkəti ilə Bolivarın əlini sərbəst qoymaq istəmişdi.

Bolivarı tam ambitsiyalara aparan yol artıq açıq idi. 1823-cü ilin sentyabrında o, Limaya gəldi. İspan ordusu Limadan şərqdə Sierranı işğal etmişdi və onların mövqeyi hücuma əlverişli olmayan hesab edilirdi. Lakin sınaqlardan uğurla keçdikdən sonra bu, Bolivar üçün çətin deyildi. Adamlar, atlar, qatırlar və sursat ardıcıl olaraq ordu düzəltmək üçün yığılırdı və 1824-cü ilin yayında o, ölkənin uca tacına çıxdı. Qərargahın başçısı kimi Sukre yenə də onun fərasətli köməkçisi olaraq qalırdı. İlk baş döyüşdə Bolivar asan qələbə çaldı, sonra isə kampaniyanın uğurlu mərhələsini Sukreyə qoyub getdi. 4 dekabr 1824-cü ildə ispan vitse-kralı mühüm döyüşü uduzdu və bütöv ordusu ilə birlikdə təslim oldu.

Bolivar bu vaxt Kolumbiya və Perunun prezidenti idi. Qitənin yalnız kiçik hissəsi – Yuxarı Peru hələ də royalist qoşunları tərəfindən müdafiə olunurdu. Regionun azad olması Sukrenin üzərinə düşdü və 1825-ci ilin aprelində o, vəzifəsinin başa çatdığı barədə məlumat verdi. Yeni millət bu vaxt “Xilaskar” adından sonra “Boliviya” adlanmağını seçdi. Onun dühasının bu uşağı üçün Bolivar konstitusiya layihəsini hazırladı. Bu bir daha onun avtoritarizmə meylini nümayiş etdirirdi: ömürlük prezident, hakimiyyəti olmayan qanunvericilik orqanının yaradılması və səs hüququnun yüksək dərəcədə azaldılması. Bolivar özünü bu yaratdığına həsr etmişdi, lakin sosial alət kimi o uğursuz idi.

Bolivar bu vaxt öz karyerasının zirvəsinə çatdı. Onun hakimiyyəti Kariblərdən Argentina-Boliviya sərhədinə qədər uzanırdı. O, sərt xəstəliyinə qalib gəldi, qısa müddətə Peruda olduqda xəstəlik onu bir neçə aylığa praktiki olaraq əlil etmişdi. Onun digər sevimli layihəsi olan İspan-Amerikan Dövlətləri Liqası 1826-cı ildə öz bəhrəsini verdi. O, uzun müddət Amerika respublikaları arasında ittifaq müqaviləsi bağlanmasını təbliğ etmişdi, lakin bunun zəifliyini o, dəqiq olaraq dərk edirdi. 1824-cü ildən belə müqavilələr Kolumbiya, Peru, Meksika, Mərkəzi Amerika respublikaları və Rio de la Plata birləşmiş əyalətləri tərəfindən imzalandı və ratifikasiya edildi.

Bolivarın orijinal təklifləri ilə müqayisə edildikdə, bu fraqmentar xarakterli bir iş idi. O vaxtdan yalnız Kolumbiya, Peru, Mərkəzi Amerika və Meksika öz nümayəndələrini göndərmişdi. Birləşmiş Ştatlardan olan nümayəndə heyəti heç vaxt Panamaya gəlib çıxmadı. İttifaq müqaviləsini imzalamağa gəlmiş dörd millət digər millətləri də onlara qoşulmağa dəvət etdi. Ümumi ordunun və hərbi-dəniz donanmasının olması planlaşdırılırdı və nəzərdə tutulurdu ki, federal dövlətlərin təmsilçilik assambleyası iki ildən bir toplansın. Onun çox kiçik nəticələrinə baxmayaraq, dövlətlər arasındakı bütün mübahisələrə girişməkdə Panama konqressi yarımkürənin gələcək həmrəyliyi və qarşılıqlı anlaşması üçün künc daşına çevrildi. Amerika Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Bolivara, beynəlmiləl birliyin müdafiə və tətbiq edilməsində dünyada buna səmimi qaydada maraqlı olan birinci dövlət xadimlərindən biri kimi baxa bilərdilər.

Lakin Bolivara məlum idi ki, onun yarımkürə təşkilatı barədəki planları yalnız məhdud şəkildə qarşılanır. Onun müasirləri fərdi milli dövlət hədlərində düşünürdülər, Bolivar isə yalnız qitə həddində düşünürdü. Daxili siyasətdə o, bir avtoritar respublikaçı kimi hərəkət etməkdə davam edirdi. Onun tərəfdarlarından çoxu ona tac təklif edirdilər, lakin Xilaskar köhnə “Birinci Simon” tituluna üstünlük verirdi.

(Ardı var)

 





18.03.2013    çap et  çap et