525.Az

BSU-da Bayraq Günü


 

BSU-da Bayraq Günü <b style="color:red"></b> Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Mənim varlığımın cilası bayraq” adlı geniş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün hər bir Azərbaycan vətəndaşı üçün qürur və şərəf günü olduğunu bildirərək, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz”  fikrini xatırladıb.

Rektor beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını,  hərbi gücünü təmsil etdiyini vurğulayıb. BSU rektoru Azərbaycanın bayrağının daim uca olması üçün gəncləri dövlət başçısı İlham Əliyev ətrafında daha sıx birləşməyə çağırıb.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova dövlət bayrağının rəmzi mənaları haqda danışıblar.

Sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş “Bayraq yürüşü”ndə iştirak edən BSU-nun professor-müəllim heyəti və tələbələrinin fotolarını əks etdirən slayd nümayiş olunub.

BSU-nun professoru Habil Məmmədov Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqları haqqında məlumat verib, bayraqların görüntülərindən ibarət slayd nümunəsini mərasim iştirakçılarına təqdim edib.

Tədbirin bədii hissəsi BSU nəzdindəki  Məktəb-lisey Kompleksinin şagirdlərinin çıxışıə ilə başlanıb. Sonra tələbələr tədbir iştirakçılarını müxtəlif dillərdə salamlayaraq Azərbaycan bayrağının  əzəmətindən danışıblar.
 





08.11.2016    çap et  çap et