525.Az

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi


 

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
 
APA-nın məlumatına görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.
 
Sonra millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər.
 
Daha sonra prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
 





10.01.2017    çap et  çap et