525.Az
Yanoş Ader yenidən Macarıstan prezidenti seçildi
Macarıstan parlamentində ikinci turda keçirilən səsvermə nəticəsində Yanoş Ader yenidən ölkənin prezidenti seçib.
APA “Reuters”ə istinadən bildirir ki, 170 deputatdan 131-i onun prezidentliyinin lehinə səs verib.
Aderin rəqibi, müxalif partiyadan olan namizəd Laslo Mayteni 39 səs qazanıb.
Ölkə başçısının yeni prezidentlik müddəti mayın 10-dan başlayacaq.
13.03.2017 çap et