525.Az

Sumqayıtda Rok Festival keçiriləcək


 

Sumqayıtda Rok Festival keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Rok Festival-gənc rokçulara dəstək” layihəsi çərçivəsində  Sumqayıt şəhərində rok festival keçiriləcək.

525.az-ın məlumatına görə, festival Sumqayıt və Bakı şəhərində yaşayan gənc rok ifaçıların iştirakı ilə 19 may tarixində Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutacaq. Rok festivalda ümumilikdə 12 ifaçının iştirakı nəzərdə tutulub.

Layihənin icraçısı Eyvaz Qocayev açıqlamasında bildirib ki, məqsəd gənc rok ifaçılarının tanıdılması, onları gələcək fəaliyyətə stimullaşdırmaqdır: “Sumqayıt şəhəri  ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb. Hazırda da kifayət qədər peşəkar və həvəskar  rok ifaçıları vardır ki, festival çərçivəsində onların öz istedadlarını nümayiş etdirməsi üçün şərait yaradılacaq. Rok festivalın keçirilməsini istedadlı gənc rok ifaçıların həvəsləndirilməsi ilə yanaşı həm də roka olan marağın artırılması baxımından önəmli hesab edirik.”

 





30.04.2013    çap et  çap et