525.Az

Labardini: "Meksika ilə Azərbaycan arasında əlaqələr inkişaf edir"


 

MEKSİKANIN AZƏRBAYCANDAKI SƏFİRİ FƏALİYYƏTİNİN 3 İLİNİN TAMAM OLMASI MÜNASİBƏTİLƏ MƏTBUAT KONFRANSI KEÇİRİB

Labardini: "Meksika ilə Azərbaycan arasında əlaqələr inkişaf edir"<b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini fəaliyyətinin 3 ilinin tamam olması münasibətilə mətbuat konfransı keçirib.

Səfirlikdən verilən məlumata görə, səfir "Meksika və Azərbaycan artıq daha yaxın" adlı təqdimatla çıxış edib. R.Labardini bu illər ərzində iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı istiqamətində səfirliyin həyata keçirdiyi tədbirlər barədə danışıb.


Bildirilib ki, Meksika ilə Azərbaycan arasında xeyli məsafə olmasına baxmayaraq, iqtisadiyyat, ticarət və xüsusilə mədəniyyət sahəsində reallaşdırılan layihələr iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırır, əlaqələri inkişaf etdirir.

Səfir 2007-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın Azərbaycanda Səfirliyinin açıldığını qeyd edib, diplomatik nümayəndəliklərin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün mühüm zəmin yarandığını, qarşılıqlı rəsmi səfərlərin sayında artım müşahidə olunduğunu vurğulayıb.

R.Labardini bildirib ki, iki ölkə arasında ticarət mübadiləsi əhəmiyyətli dərəcədə artıb: "Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2017-ci illər ərzində ticarət dövriyyəsində orta hesabla 9,6 faiz artım müşahidə olunub. Bu, Meksika və Azərbaycan sahibkarlarının birgə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını göstərir".

Qeyd edək ki, R.Labardini Meksikanın Azərbaycandakı ilk səfiridir. O, 2015-ci ildə bu vəzifəyə təyinat alıb.

Ceyhun ABASOV

 





23.05.2018    çap et  çap et