525.Az

Prezident sərəncam verdi


 

Prezident sərəncam verdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz şəhərinə abadlıq-quruculuq işlərinin davam etdirilməsi yolunda növbbəti sərəncamını verib. 525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:

"Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

 





10.07.2013    çap et  çap et