525.Az

Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur


 

Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur<b style="color:red"></b>

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur. 

APA-nın məlumatına görə, bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.

 





25.05.2018    çap et  çap et