525.Az

İstirahət günü bəzi yerlərdə leysan olacaq


 

İstirahət günü bəzi yerlərdə leysan olacaq<b style="color:red"></b>

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam  mülayimləşəcək. 

Havanın temperaturu gecə 14-17° isti, gündüz  19-23° isti, Bakıda  gecə  14-16° isti, gündüz  19-21° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 60-70 % olacaq. 

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. 

Cənub çimərliklərində (Türkan,  Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu  17-18° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-27° isti, dağlarda gecə 8-13° isti,  gündüz  13-18° isti təşkil edəcək.

 





26.05.2018    çap et  çap et