525.Az

Parlamentdə DYP-nin rəhbərliyi ilə deputatların görüşü olacaq


 

Parlamentdə DYP-nin rəhbərliyi ilə deputatların görüşü olacaq<b style="color:red"></b>

Millət vəkilləri Dövlət Yol Polisinin (DYP) rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin dünən keçirilən birgə iclasında deputat Elşən Musayev deyib ki, dəfələrlə parlamentdə DYP-nin rəhbərliyi ilə deputatların görüşünün keçirilməsi ilə bağlı məsələlər qaldırılıb:

“Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da, bir çox nəzərəçarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.

Deputat Tahir Kərimli də dəfələrlə millət vəkilləri ilə DYP əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib: “Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, “Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.

Komitə sədri Əli Hüseynli isə söz verib ki, DYP-nin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə yaz  sessiyasının sonunadək keçiriləcək.

Kamil HƏMZƏOĞLU

 





26.05.2018    çap et  çap et