525.Az

“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi baş tutub


 

“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi baş tutub<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə dahi bəstəkar Qara Qarayevin 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəni Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri İlahə Qismət öncə təşkilatın fəaliyyəti, ardından isə layihə haqqında ətraflı məlumat verib. Həmçinin, layihənin hazırlanmasında əməyi keçən qurumlara öz təşəkkürünü bildirən İ.Qismət layihənin təkcə Qara Qarayev yaradıcılığına deyil, ümumən Azərbaycan musiqi sənətinə diqqət kimi dəyərləndirib.

Azərbaycan Dillər Uniiversitetinin məsul şəxsi Bədirə Kərimova çıxışında Qara Qarayevin həyat və yaradıcılığına qısa nəzər salıb.

Tədbirdə, həmçinin, mərhum bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş video-çarx, ardınca musiqili konsert proqramı və layihə çərçivəsində keçirilən müsabiqədə yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Q.Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Belə ki, səhnədə Q.Qarayev - “Eskiz”, “Violinvə f-noüçünsonata”, Prelüd, A. Əzimov - “Violinvə f-noüçünsonata-poema”, A.Məlikov -”Prelüd”, V.Adıgözəlov - “Laylay”, İlahə Qismət - “Xatirələr” romans, Aysel Hacıyeva - “Mavigözlüm” romans, Nigar Əliyeva “Soyqırım” kvintet, Vüqar Məmmədzadə “Kvartet” ifa olunub.

Mərasimdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda, layihə çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev - 100 adlı sərgi də nümayiş olunub.

Sonda MƏİDİB Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakültəsinin dekan müavini Bədirə Kərimova tərəfindən  layihənin 15 fəal iştirakçıları  diplom və hədiyyələrlə mükafatlandırılıb.

 





22.05.2018    çap et  çap et