525.Az

"Fransa münaqişənin sülh yolu ilə həllinə kömək edir"


 

"Fransa münaqişənin sülh yolu ilə həllinə kömək edir"<b style="color:red"></b>

"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir".

APA-nın xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib. 

Fransalı nazir deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var:

"Mövcud status kvo həll variantı deyil. Biz sülh və regionda stabillik istəyirik. Ümid edirik ki, növbəti aylar  ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".

 





27.05.2018    çap et  çap et