525.Az

XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər


 

XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər<b style="color:red"></b>

"Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik". 

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drianla görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib. 

E. Məmmədyarov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi bu gün də Fransa ilə Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıq var:

"Sənaye parklarında Fransa şirkətlərinin  iştirakı ilə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik. Bu gün Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət  göstərir. "Bakubus" da Fransaya məxsus şirkətdir". 

Nazir əlavə edib ki, görüşdə Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib:

"Həm təkbətək, həm də geniş tərkibdə keçirilmiş görüşdə bunu müzakirə etdik. İnanırıq ki, Fransa həmsədrliyi daha da faydalı olacaq və sülh yolu ilə münaqişəni həll edə bilərik".

 





27.05.2018    çap et  çap et