525.Az

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq


 

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq<b style="color:red"></b>

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq. 

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.

 





28.05.2018    çap et  çap et