525.Az

Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib


 

Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525-ə verilən məlumata görə, görüş zamanı hərbi-texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi Yücel Karaüz iştirak edib.

 





11.07.2013    çap et  çap et