525.Az

Düşmən Füzulidə kombaynı atəşə tutdu


 

Düşmən Füzulidə kombaynı atəşə tutdu <b style="color:red"></b>

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub. 

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, insident nəticəsində xəsarət alan olmayıb. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

 





29.05.2018    çap et  çap et