525.Az

Rövşən Rzayev məcburi köçkünləri qəbul etdi


 

Rövşən Rzayev məcburi köçkünləri qəbul etdi<b style="color:red"></b>

Mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib.

Komitədən APA-ya verilən xəbərə görə, Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər. 

Bakı şəhərindən və bölgələrdən qəbula gələn məcburi köçkünlər ayrı-ayrılıqda dinlənilib, müraciət olunan məsələlərlə bağlı geniş izahat verilib. 

Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. 

Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada ərizələr təqdim edilib.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

 





30.05.2018    çap et  çap et