525.Az

Türkiyədə təhsil alan azərbaycanlı qızın uğuru


 

HƏMYERLİMİZ AYSEL ƏLİYEVA TÜRKİYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONQRESDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

Türkiyədə təhsil alan azərbaycanlı qızın uğuru<b style="color:red"></b>

Mayın 26-dan 27-dək Türkiyənin Eskişehir Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konqres keçirilib.

Eskişehir Azərbaycanlılar dərnəyi, Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Afyon Kocatəpə Universitetinin Turizm fakültəsinin tələbəsi, həmyerlimiz Aysel Əliyeva "Azərbaycanda turizm və ərəb turistlərinin Azərbaycan haqqında düşəncələri" mövzusunda məruzə ilə çıxış edib.

O, “525”ə açıqlamasında bildirib ki, konqresdə çıxış etmək üçün müsabiqə elan edilmişdi: "Təşkilatçılara 600 məqalə təqdim olunmuşdu. Onlardan yalnız 20-si tədbirdə çıxış etmək imkanı qazandı. Xoşbəxtəm ki, həmin məruzəçilərdən biri də mən oldum".

Universitetdə magistr dərəcəsində təhsil alan A.Əliyeva hazırda Konya, Afyon və Mersin şəhərlərində keçiriləcək beynəlxalq konfranslarda iştirak etmək üçün elmi məqalələr üzərində işləyir: "Gələcək planım doktoranturaya qəbul olunmaqdır. Öz peşəmi bütün incəliklərinə qədər bilmək, turizm sahəsində mütəxəssis olmaq istəyirəm. Bu yolda hər çətinliyin öhdəsindən gəlmək üçün əzm, iradə və bacarığımı səfərbər edəcəyəm".

CEYHUN

 





30.05.2018    çap et  çap et