525.Az

Bakı-Qazax yolunda körpüdə qəzalı vəziyyət yaranıb


 

Bakı-Qazax yolunda körpüdə qəzalı vəziyyət yaranıb<b style="color:red"></b>

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən körpü-yol ötürücüsündə qəzalı vəziyyət yarandığından, təmirə dayandırılacaq.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, körpünün Bakı-Qazax istiqamətində hərəkət hissəsi təmir üçün yol nişanları ilə bağlanıb. Əraziyə beton konstruksiyalar gətirilib. Yaxın günlərdə konstruksiyaların dəyişdirilməsinə start veriləcək.
 
Qeyd edək ki, bu yol avtomobillərin, o cümlədən ağır tonnajlı yük avtomobillərinin Bakı, Gəncə, Qazax, Gürcüstan Respublikası istiqamətində və əks istiqamətdə intensiv hərəkət etdiyi yoldur. Son 10 il ərzində üçüncü dəfədir ki, Bakı-Qazax yolunun 116-cı kilometrliyində adı çəkilən körpü-yol ötürücüsünün bir hissəsində beton konstruksiyaların yenilənməsinə qərar verilib.
 
APA-nın sualını cavablandıran “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məsələ ilə bağlı daha sonra geniş açıqlama veriləcəyini bildirib.

 





11.07.2013    çap et  çap et