525.Az

Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətiylə tanış oldu


 

NAZİR: "SOSİAL MÜDAFİƏ SİSTEMİNDƏ ŞƏFFAFLIQ VƏ ƏDALƏTLİLİYİN TƏMİN EDİLMƏSİ BAŞLICA FƏALİYYƏT PRİNSİPLƏRİDİR"

Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətiylə tanış oldu <b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.

Nazirlikdən verilən məlumata görə, S.Babayev fondun bölmələrinin hər birinin fəaliyyəti, məcburi dövlət sosial sığorta iştirakçılarının qeydiyyata alınması və sığorta haqlarının uçotunun təşkili, büdcə proqnozlaşdırmasının, sosial ödənişlərin, sosial xidmət və proqramların, büdcə icrasının uçotunun həyata keçirilməsi və digər istiqamətlərdə aparılan işlərlə yerindəcə tanış olub.

Fondun əməkdaşları öz vəzifə funksiyalarının icrası ilə bağlı gördükləri işlər barədə nazirə məlumat veriblər.

S.Babayev Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq, sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb.

Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Nazirliyin 142 - Çağrı mərkəzində də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. S.Babayev hər bir müraciətin operativ cavablandırılmasını, aidiyyatı qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsini, Çağrı mərkəzinin fəaliyyətinin daha da təkmil şəkildə qurulmasını tapşırıb.

Ceyhun ABASOV

 





30.05.2018    çap et  çap et