525.Az

Xalq şairi Söhrab Tahir yad edildi


 

Xalq şairi Söhrab Tahir yad edildi <b style="color:red"></b>

Xalq şairi Söhrab Tahirin doğum günü münasibətilə unudulmaz sənətkarın anım mərasimi keçirilib.

Tədbir iştirakçıları 27 mayda İkinci Fəxri xiyabana gələrək şairin xatirəsini yad edib, məzarı üstə gül dəstələri qoyublar.

Şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimini açaraq bildirib ki, Söhrab Tahir öz yaradıcılığının leytmotivini Bütöv Azərbaycan ideyasının tərənnümü təşkil edib.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərən şair bütün həyatını bu ideal uğrunda mübarizəyə həsr etmişdi.

O, eyni zamanda, ədəbiyyatşünas alim və ictimai xadimtək tanınırdı. Xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi yad edir.

AYB-nin şöbə müdiri Sayman Aruz, Xəzər Universitetinin tələbələri Pinar Məmmədzadə, Aytac Həsənova, Səkinə Ələkbərli, Nəzrin İsmayılova şairin xatirəsinə ehtiramlarını ifadə ediblər. Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi Canəli Canəliyev, Nizami rayonu 12 nömrəli məktəbin şagirdi İbrahim Əhmədov Söhrab Tahirin "Azərbaycanım", "Vətən" adlı şeirlərini səsləndiriblər.

Şairin qızı Nəsibə Tahiri ömrünün son aylarınadək Söhrab Tahirin gənclik enerjisi ilə yaşayıb-yaratmasından söz açaraq şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına minnətdarlığını bildirib.

 





30.05.2018    çap et  çap et