525.Az

"Ekoleks" İctimai Birliyi seminar keçirdi


 

"Ekoleks" İctimai Birliyi seminar keçirdi<b style="color:red"></b>

Dünən Bakıda "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İctimaiyyətin və biznes nümayəndələrinin ekonişanlanma barədə məlumatlandırılması" adlı layihəsi çərçivəsində seminar keçirilib.

Layihənin əlaqələndiricisi Sevil İsayeva ətraf mühitin mühafizəsi və istehlakçıların təhlükəsizliyi normalarına cavab verən ekonişanlar barədə iştirakçıları məlumatlandırıb. S. İsayeva bildirib ki, layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi və sahibkarların məlumatlandırılması yolu ilə istehlak və istehsal mədəniyyətinin yüksəlməsinə, məhsul və xidmətlərinin ixrac qabiliyyətinin artmasına dəstək olmaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı nazirlikləri, Heyvandarlıq Elmi-Tədqiqat  İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat  İnstitutu, Əkinçilik Elmi-Tədqiqat  İnstitutu və Meyvəçilik Elmi-Tədqiqat  İnstitutunun nümayəndələrinin iştirak etdiyi seminarda dünyada oturuşmuş ekoloji nişanlanma təcrübəsi barədə müzakirələr aparılıb.

Sonda  layihə eksperti Azərbaycanda ekonişanlanmanın ilkin şərtləri, çətinlikləri və gözləntilər barədə təqdimatla çıxış edib, ekonişanlanma ilə bağlı tövsiyələr səsləndirilib.

Ruzbeh MƏMMƏD

 





30.05.2018    çap et  çap et