525.Az

"Həkim çatışmazlığı daha çox regionlarda müşahidə edilir"


 

"Həkim çatışmazlığı daha çox regionlarda müşahidə edilir"<b style="color:red"></b>

"Həkim çatışmazlığı daha çox regionlarda müşahidə olunur. “Respublika üzrə həkim çatışmazlığı var” demək doğru deyil".

APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova deyib.

Onun sözlərinə görə, həkim çatışmazlığı müəyyən ixtisaslarla bağlıdır.

Nazirlik rəsmisi qeyd edib ki, regionlarda çalışan səhiyyə kadrlarının həvəsləndirilməsi üçün tədbirlər genişləndiriləcək, məsələ ilə bağlı təkliflər hazırlanır.

 





30.05.2018    çap et  çap et