525.Az

AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək


 

AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək<b style="color:red"></b>

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək. 

Bu barədə APA-ya AMEA-dan məlumat verilib. 

Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.

 





30.05.2018    çap et  çap et