525.Az

İstanbuldakı Bakı parkı abadlaşdırıldı - Foto


 

İstanbuldakı Bakı parkı abadlaşdırıldı - <b style="color:red">Foto</b>

Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətiylə İstanbulun Beşiktaş rayonunun Fulya səmtindəki Bakı parkının abadlaşdırma işlərindən sonra açılış mərasimi keçirilib.

Beşiktaş bələdiyyəsinin həyata keçirdiyi abadlaşdırma işlərindən sonra təşkil edilən açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun konsulu Esmira Hüseynova Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşılıq münasibətlərinin qədim tarxə malik olduğunu deyib.

”Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevncimiz, kədəri isə bizim kədərimizdir”-  sözlərinin iki qardaş ölkə arasındakı münasibətlərinin təməlini təşkil etdiyini xatırladan E.Hüseynova, 1991-ci ildən sonra isə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ümumi fəlsəfəsini ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət”- düsturunun müəyyənləşdirdiyini vurğulayıb. Esmira Hüseynova abadlaşdırma işərindən sonra yenidən açılan Bakı parkının iki ölkə arasındakı münasibətlərin inkişafının simvollarından biri olduğunu deyib.

Konsul Hüseynova Bakı parkının abadlaşdırmadan sonra yenidən açılmasını Azərbaycan Cümhuriyyətinin qurulmasının 100-cü ilinə böyük töhfə kimi xarakterizə edib.

Mərasimdə çıxış edən Beşiktaş bələdiyyə sədri əvəzi Tahir Doğaç abadlaşdırmadan sonra açılan Bakı parkının “Bir yaşıl sahə yox,bir yanan alov və yaxınlaşma simvolu olduğunu” vurğulayıb.

Tahir Doğaç iki ölkənin bələdiyyələri arasındakı münasibətlərin dərinləşdirilməsi istiqamətində hər şeyə hazır olduqlarını vurğulayıb.

İstanbul Türkiyə -Azərbaycan Dostluq, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Səfər Qaraqoyunlu açılış mərasimindəki çıxışında iki ölkə arasındakı münasibətlərin inkişafında dövlət  başçılarının böyük rolu olduğunu vurğulayıb.

Səfər Qaraqoyunlu Azərbaycan Cümhuriyyətinin  qurulmasının 100-cü ilində Bakı parkının abadlaşdırılaraq istifadəyə verilməsinin Cümhuriyyətə böyük töhfə olduğunu sözlərinə əlavə edib.

Bakı parkının yenidən açılış mərasimində Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tunis, Hindistanın və Şimali Kipr Türk Cümhuriyyətinin  İstanbuldakı Baş konsulluqlarının əməkdaşları iştirak ediblər.

Aydın Ağazadə
İstanbul

 





31.05.2018    çap et  çap et