525.Az

Eminin konserti baş tutdu- Fotolar


 

Eminin konserti baş tutdu- <b style="color:red">Fotolar</b>

Məşhur müğənni-bəstəkar Emin “Yaşıl Teatr”da solo konsert verib.

Axşam.az-ın məlumatına görə, bir-birindən gözəl mahnılarını ifa edən Emini gecədə rəqs qrupu müşaiyət edib.

Sənətçinin pianoda ifası qonaqlar tərəfindən bəyənilərək qarşılanıb.

Konserti dinləməyə gələnlər arasında Eminin atası, iş adamı Araz Ağalarov və Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub.

Proqramın maraqlı anlardan biri də tamaşaçıların havaya qırmızı şar uçurması idi.
Gec saatlara qədər davam edən konsertdə Emin onu dinləməyə gələn hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, müğənni Çingiz Mustafayev, Fərid Məmmədov, Rühəngiz Allahverdiyeva da konsertdə qonaq qismində iştirak edib.





 





12.07.2013    çap et  çap et