525.Az

“Hüquqşünas Qadınlar Assosiasiyası”ndan növbəti layihə


 

“Hüquqşünas Qadınlar Assosiasiyası”ndan növbəti layihə <b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatlarının ictimai müzakirəsinin keçirilməsi” layihə həyata keçirib.

Birliyin sədri Xanım Əhmədzadə deyib ki, hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edən Azərbaycan dövləti “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşularaq, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə edən ilk ölkə olub: 

“Ölkəmizdə hasilat sənayesində şəffaflıq və hesabatlılıq müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amil olduğundan, müasir standartların tətbiqi uğurla davam etdirilir.

(HSŞ)-ın  beynəlxalq prinsiplərinə dövlətimizin sadiqliyini “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı da təsdiq edir.
Təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün davamlı idarə edilməsi məqsədilə bir sıra təəbbüslər reallaşıb, (HSŞ) üzrə Komissiya yaradılıb. Əksər hallarda vətəndaşlar hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunmasına, yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa aid mühüm hesabatlardan, şəffаflığın artırılmasına dair müvafiq qаnunlаr və təşəbbüslərdən xəbərsiz olurlar.

Cəmiyyətdə sosial ədalət və bərabərlik prinsipinin əldə olunmasına, demokratik təsisatların  inkişafına təsir edən əsas amillərdən biri də  vətəndaşların rifahı naminə qəbul olunmuş qərarların təbliq olunması, geniş məlumatlandırılması və ictimai müzakirəsidir. İctimai müzakirələr dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin inkişafına, vətəndaşın öz dövlətinə inamının və güvəninin artmasına, cəmiyyətin gələcək potensialının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə, vətəndaş məmnunluğunun güclənməsinə müsbət təsirini göstərir. Cəmiyyətdə bu sahə haqqında yaranmış informasiya azlığını nəzərə alaraq, bizim İctimai Birlik “HSŞ” prosesləri və hesabatlarınınictimai müzakirələrini keçirməyi planlaşdırır”.

O deyib ki, höhumətin gəlir və хərcləri barədə ictimаiyyətə geniş məlumatların vеrilməsi, ictimai müzаkirələrin keçirilməsi dаyаnıqlı inkişаf üçün müvafiq və rеаl vаriаntlаrın seçilməsinə, şəffaflığın  güclənməsinə кöməklik еdə bilər.
 





31.05.2018    çap et  çap et