525.Az

"İlham Əliyev və Paşinyan arasında yaxın həftələrdə görüş olacaq"


 

"İlham Əliyev və Paşinyan arasında yaxın həftələrdə görüş olacaq"<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər. 

APA-nın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Armenia" telekanalına bildirib. 

"Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam", - deyə o qeyd edib.

 





31.05.2018    çap et  çap et