525.Az

Erməni silahlıları mövqelərimizi atəşə tutublar


 

Erməni silahlıları mövqelərimizi atəşə tutublar<b style="color:red"></b> Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
 





12.07.2013    çap et  çap et