525.Az

Xəzər Universitetində Birinci Beynəlxalq Tək Sağlamlıq Konfransı keçirilir - Foto


 

Xəzər Universitetində Birinci Beynəlxalq Tək Sağlamlıq Konfransı keçirilir - <b style="color:red">Foto</b>

Bu gün Bakıda Xəzər Universitetinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Tək Sağlamlıq Konfransı işə başlayıb.

“Tək Sağlamlıq: Problemlər və onun həlli” mövzusunda keçirlən tədbirdə Xəzər Universitəsinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edib.

Bildirilib ki, Xəzər Universiteti Harvard Universitetinin Planet Sağlamlıq Alyansı konsorsiumunun tərkibinə daxil edilib. Bu, dünyada 95-dən çox universitet, dövlət təşkilatları və tədqiqat institutları daxil olan bir konsorsiumdur. Planetar Sağlamlıq Alyansını məşhur Rokefeller Fondu maliyyələşdirir.

Qeyd olunub ki, bu tədbirlə eyni vaxtda İngiltərənin Edinburq Universitetində də konfransı keçirilir. Xəzər Universitetində keçirilən tədbir konsorsiumun tərəfdaş konfransı kimi elan edilib.

İki günlük konfransda insan, heyvan və bitki daxil olmaqla, ən yaxşı səviyyədə sağlam qida və ətraf mühitə nail olmaq üçün yeni tək sağlamlıq tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda tək sağlamlıq potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar və müzakirələrin aparılması nəzərdə tutulub. 

C.ABASOV





 





01.06.2018    çap et  çap et