525.Az

SHAPE Eurasia-2018 Bakıda: regional transformasiya və insan kapitalı


 

SHAPE Eurasia-2018 Bakıda: regional transformasiya və insan kapitalı<b style="color:red"></b>

İyunun 1-dən 3-dək Bakıda ictimai inkişafa öz töhfəsini vermək istəyən və müxtəlif sahələrdə uğur qazanmış yaşı 30-dək olan gəncləri birləşdirən Global Shapers cəmiyyəti üzvlərinin altıncı illik görüşü keçiriləcək.

“Şeyper” adlandırılan bu gənclərin indiki görüşünün mövzusu regional transformasiyadır.

Görüşdə təhsil islahatları, sahibkarlığın inkişafı və texnologiyalar, inkişafın regional strategiayalarındakı dəyişikliklər dövründə insan kapitalının aşkarlanması metodu kimi qadınların rolunun artırılması məsələləri müzakirə olunacaq.

Global Shapers cəmiyyəti – Ümumdünya İqtisadi Forumunun təşəbbüslərindəndir. Bakıdakı diskussiyalarda bu cəmiyyətin, dünya üzrə Ümumi Daxili Məhsulun 30 faizə qədərini istehsal edən 24 ölkədən olan, ən öncül nümayəndələrinin iştirakı gözlənilir. Tədbir ADA Universitetində keçiriləcəkdir.

Tədbiri Global Shapers cəmiyyətinin 2015-ci ildə Sumgait Hub adı altında yaradılmış Sumqayıt filialı ADA Universitetinin və Sapphire Hotels Group-un dəstəyi ilə təşkil edir.

Keçiriləcək diskussiyalarda əsas məqsəd şeyperlərə öz təcrübə və ideyalarını bölüşmək imkanı yaratmaq, perspektivdə regionun inişafına müsbət təsir göstərə biləcək əlaqələri və əməkdaşlığı möhkəmləndirməkdir.

“Yalnız təhsil sisteminin özünü dəyişməklə biz gələcəkdə robotlarla rəqabət apara bilərik”, -  32,7 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin adamlarının siyahısında 18-ci yeri tutan “Alibaba Group” şirkətinin qurucusu Cek Ma belə deyib.

SHAPE Eurasia 2018 diskussiya forumunun spikerləri arasında  “LKI Consulting” kripto PR-şirkətinin qurucusu Laura İnameddinova, “Mandala Group” şirkətlər qrupunun həmtəsisçisi Ceyms da Kosta, “Storro BV” şirkətinin həmtəsisçisi və  biznesin inkişafı üzrə baş mütəxəxsisi Yori Kamfius və bir çox başqaları var.

Spikerlər arasında Azərbaycanı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, həmin Universitetin aparat rəhbəri Şəfəq Mehrəliyeva, “Azercell” şirkətinin strategiyalar və innovasiyalar departamentinin direktoru İmran Bağırov, həmçinin Azərbaycanda startaplar üçün investisiya fondunun  (Khazar Ventures) qurucusu Məmməd Kərimov təmsil edəcəklər.

Konfrans çərçivəsində BAKU EXPO 2025 də müasir dünyada insan kapitalının inkişafına öz baxışlarını bölüşəcəkdir.

Global Shapers cəmiyyətinin əsası 2011-ci ildə Davos forumu kimi tanınan Ümumdünya İqtisadi Forumunun yaradıcı olan professor Klaus Şvab tərəfindən qoyulub. Öz qabiliyyətini ictimai maraqların inkişafına yönəltmək istəyən istənilən peşə sahiləri bu cəmiyyətə qzv ola bilərlər.

Sumqayıt filialının rəhbərinə ötən ilin sentyabrında professorla söhbət etmək və regional trendləri, həmçinin gənclərin yüksək texnologiyalardan istifadə etməklə Azərbaycanda iqtisadi proseslərə müsbət təsir göstərmək imkanları barədə müzakirə aparmaq müyəssər olub.

 





01.06.2018    çap et  çap et