525.Az

Baş direktor: "İTV-də kadr islahatları aparılacaq"


 

Baş direktor: "İTV-də kadr islahatları aparılacaq"<b style="color:red"></b>

"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik". 

APA-nın xəbərinə görə, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib. 

Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar". 

B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər".

 





01.06.2018    çap et  çap et