525.Az

Bəstəkar Şəfiqə Axundovanın vəziyyəti ağırdır


 

Bəstəkar Şəfiqə Axundovanın vəziyyəti ağırdır<b style="color:red"></b>

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Şəfiqə Axundova iyulun 11-də Bakıdakı Klinik Tibbi Mərkəzə qəbul olunub.

 Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun APA-ya verdiyi məlumata görə, bəstəkar xəstəxananın reanimasiya şöbəsində yatır:  “Şəfiqə xanım hazırda reanimasiya şöbəsindədir. Bəstəkarı xroniki qan dövranı çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə qəbul etmişik. Vəziyyəti hələlik ağırdır. Müalicə-müayinə işləri davam edir”.
 
Xatırladaq ki, Ş. Axundova son bir ayda anadan olduğu Şəki şəhərində yaşayıb. O, iyulun 10-da xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir qədər sonra təcili yardım maşını ilə Bakıya yola salınıb.
 
Ş. Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

 





12.07.2013    çap et  çap et