525.Az

Xəzərin sahilində 10-15 yaşlı qızın meyiti tapılıb


 

Xəzərin sahilində 10-15 yaşlı qızın meyiti tapılıb<b style="color:red"></b>

 Xəzər dənizinin Azərbaycan ərazisində çürümüş qız meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Xaçmaz rayonuna düşən sahilində qeydə alınıb.
 
İyulun 11-də Xaçmaz rayonunun Turist kəndi ərazisində, Xəzər dənizinin sahilində bədəninin bir hissəsi çürüməyə məruz qalmış 10-15 yaşlı qız uşağının meyiti aşkar edilib. Hadisə yerinə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları çıxıb.
 
Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 





12.07.2013    çap et  çap et